Dolların satışı bahalaşdı - BANKLARIN GƏTİRDİYİ SƏBƏBLƏR

17:16 10.12.2018 503
Dolların satışı bahalaşdı - BANKLARIN GƏTİRDİYİ SƏBƏBLƏR

Bu gün səhərdən başlayaraq banklar dolların satışını bahalaşdırıblar.

Oxu.Az xəbər verir ki, bahalaşma az olsa da, bazara təsir etməkdədir, buna baxmayaraq, valyuta satışı tam sərbəst şəkildə həyata keçirilir.

Qeyd edək ki, ötən həftənin əvvəlindən dolları 1.7020-yə satan əksər banklar hazırda valyutanın satışını 1.7030 manata elan ediblər. “Naxçıvan Bank” isə dollar almaq istəyənlərə daha yüksək mübadilə kursu təklif edir - 1.7050.



Dollar satışının sabit qalması “Paşa Holding”in bank qrupuna daxil olan iki bankda müşahidə edilir. Belə ki, “Paşa Bank” və “Kapital Bank” məzənnəni dəyişdirməyərək 1.7020 səviyyəsində saxlayıblar. Eyni zamanda, dövlət bankı olan “Azər-Türk Bank” da dolların satış kursunu artırmayıb. Digər 12 bank isə satışı 1.7030 kursu ilə həyata keçirirlər. Məzənnəni qaldırmış banklardan bir neçəsi ilə söhbətimiz zamanı məlum oldu ki, kursun yüksəlməsi dollara tələbatın artması ilə bağlı olub. Bankların valyuta ilə təminatında isə heç bir problem olmadığından müştərilər istədikləri qədər dollar ala bilirlər.



Məlumdur ki, Azərbaycanda bir neçə bank gəlirlərini məhz mübadilə kursu üzərində qurub. Ancaq bir qrup banklar da var ki, onlar mübadilə əməliyyatlarından qazanca çox böyük üstünlük vermirlər. Lakin bu banklar da dolların satış kursunu artırıblar. Bunun səbəbinə gəlincə, maraqlı da olsa, qeyd edək ki, banklar əlindəki dolları satmaq istəmirlər. Niyə?

İlin sonuna yaxın idxal əməliyyatları ilə əlaqədar olaraq bankların dollar satmaqda maraqlı olmadığını nəzərə alsaq, satış kursunun qalxmasında həm də bu amilin təsirini görə bilərik. Başqa sözlə, banklar əlindəki valyutanı müştərilərinin il yekununda idxal əməliyyatları üçün ödəmələrə və turizm məqsədləri üçün ehtiyat saxlamaq üçün xərcləmək istəmirlər.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda dollara tələbatın artması ancaq psixoloji faktorlarla bağlı olur. Bu ilin yazında Rusiya və Türkiyədə milli valyutaların bahalaşması nəticəsində mart-aprel aylarında dollar almaq istəyənlərin sayı kəskin artsa da, ölkənin monitar siyasətini həyata keçirən Mərkəzi Bank bu süni amili cilovlamağa və dollara tələbatın tam ödənilməsinə imkan yaratdı.

İqtisadçı ekspertlərin bir qismi isə ölkənin tədiyyə balansındakı profisiti nəzərə alaraq, dolların bahalaşmayacağını proqnoz edirlər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO