"Mənzil məsələsilə bağlı 100-dən çox məktub yazmışam..." - GİLEY

14:58 5.12.2018 516
"Mənzil məsələsilə bağlı 100-dən çox məktub yazmışam..." - GİLEY

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5035, ev 2, mən.,152-də kirayədə yaşayan Əfqanıstan Müharibəsi və 2-ci qrup Qarabağ Müharibəsi əlil zabiti Arif Əlheybət oğlu Salahov prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ilə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a dxil olan müraciətin mətnində deyilir:

"Mən, Arif Əlheybət oğlu Salahov bir Əfqanıstan Müharibəsi iştirakçısı və II qrup Qarabağ Müharibəsi əlili kimi son ümidlə Sizə müraciət edirəm.

1988-89-cu illərdə Əfqanıstanda Sovet qoşunları tərkibində döyüçmüş və göstərdiyim fədakarlığa görə bir neçə dəfə təltif edilmişəm.

1992-ci ildən könüllü olaraq Qarabağ müharibəsində iştirak etmiş və döyüşlər zamanı ağır yaralanmışam. Sağaldıqdan sonra hərbidə işimi davam etdirmişəm. 38 ildir ki, hərbidəyəm. Hərbidə olduğum zaman 2000-ci ildə Ulu öndər Heydər Əliyevin göstərişilə mən və digər bir hərbiçini Moskvaya Rusiya Müdafiə Nazirliyinin “Zolotoşveynıy” fabrikinə toxuma işləri üzrə ( general poqonları və bayraqlar üzrə) 3 aylıq təhsil almağa göndərmişdik. Təhsilimizi başa vurub 2002-ci ilə qədər hərbidə işimizi davam etdirdik.

Lakin 2002-ci ildən əlilliyim hərbçi kimi əmək fəaliyyətimi davam etydirməyə imkan vermədiyindən ev şəraitində indiyədək müalicəmi davam etdirirəm.

Hazırda iki oğlum da mənim kimi hərbçidirlər. Biz 4 nəfərdən ibarət ailə olaraq 1994-cü ildən indiyədək Bakı şəhərinin Biləcəri qəsəbəsində kirayə mənzildə yaşayırıq. Baxmayaraq ki, 1992-ci ildə döyüşə getdiyim zaman hərbidə ev növbəsinə durmuşdum. Lakin sonradan maraqlananda bildirdilər ki, sənin növbəyə durduğun sənədləri müəmmalı səbəbdən itiriblər. Sən yaxşısı budur ki, yenidən mənzil növbəsinə dayanmaq üçün yaşadığın rayonun İcra Hakimiyyətinə müraciət edəsən. Mən də yenidən 2006-cı ildə Binəqədi rayon İcra Hakimiyyətində bir Əfqanısat və Qarabağ döyüşçüsü və əlili kimi mənzil növbəsinə dayandım. Son 12 ildə dəfələrlə yuxarı aidiyyatı orqanlara müraciətlər etsəm də, yalnız formal cavablar verməklə kifayətləniblər.Qeyd edirlər ki, “Sizə 2018-ci ildə mənzil veriləcəkdir...” Baxmayaraq ki, mənzil məsələsilə bağlı 100-dən çox məktub yazmışam. 10 noyabr 2018-ci ildə Əmək və Əhalinin Sosial Təminat nazirliyində qəbulda oldum. Məni rəsmi qəbul edən cavan oğlan bildirdi ki, “sənə ev verilə də bilər, verilməyə də” 2015-ci ildən həmin nazirlikdə avtomobil növbəsinə də durmuşam. Amma nə mənası. Heç ildə iki dəfə verilməli olan benzin pulunu da nazirlik vermir. Bu pullar da kimlərinsə cibinə axır. Yeni nazir də xəbərsizdir. Son 3 ayda 3 dəfə Baş nazirin müavini cənab Əli Əhmədovun qəbuluna yazıldım. Və hər dəfə də özünü Əli müəllimin köməkçisi kimi təqdim edən Musa adlı şəxs qəbul edirdi. Mən Əli müəllimi soruşduqda isə hər dəfə bir bəhanə göstərib qeyd edirdi ki, Əli müəllim iclasdadır, xarici səfərlərdədir, nahar edir və s. Musa müəllimin də mənə cavabı bu oldu ki, “ Get camaat evi necə alır, sən də zəhmət çək elə al.” Açığı mən bu cavablardan ,ələ salmalardan, bürokratiyadan bezmişəm. Evdə də ailəm danlayır ki, Əfqanıstanda, Qarabağda can qoydun, sağlamlığını itirdin, budrmu sənə verilən qiymət? Cavab verə bilmirəm.

Cənab Ali Baş Komandan! Siz hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuş biz vətəndaşların yanında olmusunuz, bizim mənzil-məişət və digər problemlərimizin həll olunmasına köməklik etmisiniz.

Cənab Ali Baş Komandan! Mən inanıram ki, müraciətim Sizə şəxsən çatarsa məmuniyyətlə mənim mənzil problemimin həll olunmasına köməklik göstərilməsi barədə göstəriş verərdiniz. Odur ki, son dəfə ümidlə Sizə KİV vasitəsilə müraciət edərək xahiş edirəm. Mənim də haqqım çatan mənzillə təmin olunmağıma köməklik göstərin ki, tezliklə bu dünyanı tərk edəndə öz mənzilimdə gözlərimi yumum ki, vaxtilə uğrunda döyüşüb qanım tökülən vətən torpağında rahatlıqla əbədi uyuya bilim. Əvvəlcədən minnətdarlığımı bildirirəm".

Dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO