Qızlar evdən niyə qaçır? - PSİXOLOQ AÇIQLADI

19:13 26.11.2018 547
Qızlar evdən niyə qaçır? - PSİXOLOQ AÇIQLADI

Son günlər tez-tez azyaşlıların, xüsusilə də qızların evdən qaçdıqlarına dair məlumatlar oxuyuruq. Aralarında isə yetkinlik yaşına çatmayanlar, 18 yaşı tamam olan uşaqlar və qızlar da var. Bu gün sığınacaqlara müraciət edən qızların sayı çoxdur. Böyük əksəriyyətinin bu addımı atmasına səbəb isə ailədaxili şiddət, məhdudiyyətlərin qoyulması, sərbəstliyin olmamasıdır.

Bəs görəsən, sərbəstlik yoxdursa, uşaqlar bu cür addım atmağa necə cəsarət edə bilirlər? Və ya əksinə, onları buna sövq edən əsas səbəblər hansılardır? Valideyn-övlad münasibətləri hansı səviyyədə qorunmalıdır ki, bu, uşaqlarda psixoloji problemlərə çevrilməsin, onları evdən qaçaraq "sərbəstlik" axtarışına sövq etməsin?

Milli.Az bildirir ki, bu barədə oxu.az-a açıqlama verən psixoloq Təranə Kazımlı deyir ki, buna əsas səbəb ailələrdə düzgün tərbiyə metodunun olmamasıdır:

"Bu gün bizə müraciət edən şəxslərin çoxunda təsbit etdiyimiz səbəb budur. Biz hər zaman valideynlərə deyirik ki, övladlarınızı öz dövrünüzdə olduğu kimi, sizə verilən tərbiyə üsulları ilə yetişdirməyə çalışmayın. Müasir dövrün uşaqlarını onların dövrünə uyğun şəkildə yetişdirmək, tərbiyə etmək lazımdır.

Uşaqların yaşı neçə olur-olsun, bu məsələnin kökü ailəyə dayanır. Necə ki uşaqların uğuru, nailiyyətləri valideynlərin zəhməti hesab edilir, eləcə də, uşaqların bu kimi səhvlərə yol verməsi də bir növ valideynlərin məğlubiyyətidir. Övladlarına düzgün istiqamətdən yanaşmamasıdır. Ailələrin reabilitasiyasına ciddi ehtiyac var.

Təbii ki, biz bu barədə ailələrə deyəndə, heç kim öz səhvini qəbul etmək istəmir. Amma bizə müraciət edərək, övladlarının gələcəyini düşünən valideynlər də az deyil. Onlar bu səhvlərin fərqinə varır və onları aradan qaldırmaq üçün psixoloq köməyi alırlar. Demokratik ölkədə yaşasaq da, ailələrimiz demokratik deyil. Bu məsələni Avropa, Rusiya, Amerika ilə müqayisə etməyə dəyməz. Çünki onlar uşaqlarına hələ 5-10 yaşlarından məsuliyyət yükləyirlər.

Məktəb çantalarını özləri daşıyır, yıxılanda heç kim qaçıb onları qaldırmır və s. Belə-belə uşaqlar öz məsuliyyətlərini dərk etməyə başlayırlar. Sərbəst həyat bu deməkdir. Çünki onların valideynləri də sərbəst böyüdülüb. Amma biz bu sərbəstliyi vermirik. Bizdə hər şeyə evdə valideyn qərar verir, məktəbdə müəllim. Bu isə uşaqları sıxır, onları qəti şəkildə düzgün olmayan "çıxış yolları" axtarmağa sövq edir".

Psixoloq deyir ki, gələcəkdə potensial ana olacaq qızların evdən qaçmasının artması yaxın 10-15 il ərzində cəmiyyəti uçuruma aparacaq:

"Bəli, bu gün qızlar evdən qaçır və hansısa rəfiqəsinin evinə gedir. Və ya sosial şəbəkələrdə tanış olduğu "dostlar"ın yanına. Onlar düşünür ki, bu, onlar üçün gələcək vəd edir. Bir məsələ var ki, yetkinlik yaşına çatmayanlar tapılaraq ailəyə qaytarıla bilir, bəs 18 yaşı tamam olmuş qızlar necə? Onlara geri dönmək üçün hansı vədlər verilir?

Burada kinolar, sosial şəbəkələrdə düzgün olmayan fikirlərin təsiri altına düşməsi də rol oynayır. Qızların evdən qaçmasının ağır fəsadlarını isə sonradan heç bir şəkildə aradan qaldırmaq olmur. Ona görə də valideynlər qız uşaqlarına qarşı diqqətli olmalıdırlar. Bir ara "hörümçək adam" cizgi filmi uşaqların psixologiyasına pis təsir etmişdi. Uça bilərəm deyib, binalardan özünü atan uşaqlar belə var idi. Valideynlərin bu gün uşaqlardan əsas tələbi budur: dərsini oxu, əlaçı ol, gələcəkdə adam ol. Adam olmaqla, savadlı olmaq fərqli-fərqli anlayışlardır.

Valideynlər uşaqları ilə ünsiyyət qura bilmirlər. Hər kəsin əlində mobil telefon, saatlarla sosial şəbəkələrdə gəzişirlər. Diqqət və qayğıdan kənarda qalan uşaq isə, təbii ki, ardıcıl səhvlərə yol verəcək. Valideynləri də qınamaq olmaz. Çünki gec saatlara qədər çalışan ailələr var ki, məqsədləri övladlarını maddi tərəfdən təmin edə bilməkdir. Amma uşaqlarla söhbət etmək, problemləri ilə maraqlanmaq lazımdır.

Şiddət görən fərdlər bunu gələcəkdə ailələrində də tətbiq edəcək. Bu isə övlad və valideyn arasındakı emosional körpünün qırılmasının nəticəsidir. Cəmiyyət belə fərdlərin əlində puç olub gedəcək. Heç bir ailə dəyəri qalmayacaq".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO