Bu ilin 6 ayında sığortaedənlərin penya və maliyyə sanksiyaları üzrə 57 mln. manata yaxın borcu silinib

14:00 31.10.2018 482
Bu ilin 6 ayında sığortaedənlərin penya və maliyyə sanksiyaları üzrə 57 mln. manata yaxın borcu silinib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin səviyyəsinə söğortaedənlərin Fonda məcburi dövlət sosial sığorta haqqı (MDSSH) üzrə borclarının ödənilməsi səviyyəsi birbaşa təsir göstərir.

“Report” xəbər verir ki, bu, Hesablama Palatasının “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə rəyində öz əksini tapıb.

Rəydə qeyd olunub ki, məcburi dövlət sosial sığortası sahəsində borcların tənzimlənməsi istiqamətində cari ildə əsaslı addımlar atılıb, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli qanunu qəbul edilib və 01.04.2018-ci il tarixdən qüvvəyə minib: “Həmin qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin Fondun uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş MDSSH üzrə borcları tam məbləğdə, 2-ci maddəsinə əsasən 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Qeyd edilən qanunun 3-cü maddəsində həmin qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin Fondun uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10%-inin ödənildiyi halda maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90%-inin, 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30%-i ödənildikdə maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70%-inin, 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50%-i ödənildikdə maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50%-inin silinməsi qeyd edilib, 4-cü maddəsində həmin qanunun 1-ci, 2-ci və 3-cü maddələrinin ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilib, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edildiyi vurğulanıb”.

Sənəddə bildirilib ki, təqdim edilmiş müvafiq məlumatlara əsasən 01.07.2018-ci il tarixə sığortaedənlərin Fonda borcunun məbləği 306 623,8 min manat (282 639,3 min manat borcun əsas məbləği (92,2%), 23 775,2 min manat penya və maliyyə sanksiyaları (7,7%), 209,3 min manat digər borclar (0,1%)) təşkil edib, borcun məbləği ilin əvvəlinə olan 371 708,9 min manat (290 717,7 min manat borcun əsas məbləği (78,2%), 80 773,3 min manat penya və maliyyə sanksiyaları (0,1%), 217,9 min manat digər borclar) məbləğə nəzərən 65 085 min manat (8 078,4 min manat borcun əsas məbləği üzrə, 56 998,1 min manat penya və maliyyə sanksiyaları üzrə, 8,6 min manat digər borclar üzrə) azalıb.

“Göründüyü kimi, məbləğ baxımından ilin əvvəlinə nisbətən əsas azalma maliyyə sanksiyaları üzrə olub ki, bu da, əsas etibarilə, yuxarıda qeyd olunan qanunun qüvvəyə minməsindən sonra görülmüş müvafiq tədbirlərlə əlaqələndirilə bilər. Belə ki, Fondun Kollegiyasının 2014-cü il 18 noyabr tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 6.11-ci bəndi ilə Fond orqanının sərəncamları ilə sığortaedənlərin bank hesablarından silinən, eləcə də təyinatı göstərilməyən (ödəniş sənədlərində ödənilən vəsaitin MDSSH üzrə borcun əsas məbləğinin, maliyyə sanksiyaları (o cümlədən penya) üzrə borcun və ya cari öhdəliklərin ödənilməsinə aid olması konkret göstərilmədikdə) ödəniş sənədləri üzrə daxil olan vəsaitlərin borcların ödənilməsinə aid edilməsi növbəliliyi müəyyən edilib, həmin növbəliliyə əsasən ilk növbədə ödənişi bir ildən çox olmamaqla gecikdirilən borcların, sonra bir ildən çox olmamaqla hesablanmış penya və maliyyə sanksiyalarının, sonra cari hesabat dövrünün birinci və ikinci ayları üzrə yaranan öhdəliklərin, sonra cari hesabat dövrünün üçüncü ayı üzrə yaranan öhdəliklərin və sonda digər borcların ödənilməsi nəzərdə tutulub. Başqa sözlə, ilk növbədə borcun əsas məbləği ödənilməlidir və bu əsasdan da əsas borc üzrə ödənilmiş məbləğ daha böyük olmalıdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilən qanun 2018-ci ilin ilk 6 ayı ərzində cəmi 3 ay müddətində qüvvədə olub və ilin sonuna debitor borcların aradan qaldırılması istiqamətində daha nəzərəçarpan nəticələrin əldə ediləcəyini ehtimal etmək olar”, - deyə rəydə vurğulanıb.

01.01.2018-ci il və 01.07.2018-ci il tarixlərə Fondun mənbələr üzrə debitor borclarının məbləği

Bu ilin 6 ayında sığortaedənlərin penya və maliyyə sanksiyaları üzrə 57 mln. manata yaxın borcu silinib

Rəydə o da qeyd edilib ki, 01.07.2018-ci il tarixə Fondun debitor borclarının 25 492,9 min manatı (24 469,6 min manat (96%) borcun əsas məbləği, 1 005,5 min manat (3,9%) penya və maliyyə sanksiyaları, 17,8 min manat (0,1%)) digər borclar) və ya Fondun ümumi debitor borclarının 8,3%-i büdcə təşkilatları üzrə formalaşıb, həmin borcların məbləği ilin əvvəlinə nisbətən 11 114 min manat və ya 77,3% artıb, təqdim edilmiş məlumatlara əsasən borclar, əsas etibarilə, cari ödəmələr üzrə formalaşıb. 01.07.2018-ci il tarixə borcların 124 994,2 min manatı (118 622,1 min manat (94,9%) borcun əsas məbləği, 6317,0 min manat (5,1%) penya və maliyyə sanksiyaları, 55,10 min manat digər borclar) və ya 40,8%-i dövlət mülkiyyətində olan qeyri-büdcə təşkilatları üzrə formalaşıb ki, bu da ilin əvvəlinə olan 179 512,5 min manat (136 094,5 min manat (75,8%) borcun əsas məbləği, 43 389,6 min manat (24,2%) penya və maliyyə sanksiyaları, 28,4 min manat digər borclar) borc məbləğindən 54 518,3 min manat azdır və ya həmin göstəricinin 69,6%-i qədərdir: “Göründüyü kimi, qeyd edilən sığortaedənlər üzrə borc ilin əvvəlinə nisbətən 54 518,3 min manat və ya təxminən borcun üçdə biri qədər azalıb, azalma, əsas etibarilə, penya və maliyyə sanksiyaları üzrə olub”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO