Azərbaycanda "kənd yumurta"sı bahalaşdı - RƏSMİ AÇIQLAMA

14:05 29.10.2018 574
Azərbaycanda "kənd yumurta"sı bahalaşdı - RƏSMİ AÇIQLAMA

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev son günlər ölkədə yaşanan yumurta çatışmazlığı və onun qiymətinin bahalaşması məsələlərinə aydınlıq gətirib.

Zamantv.Az xəbər verir ki, A.Vəliyev ölkə.az-a açıqlamasında deyib ki, yumurta çatışmazlığının və qiymət artımının sənaye quşçuluğuna heç bir təsiri yoxdur:



"Hazırda Azərbaycanda sənaye üsulu ilə yumurta istehsalı öz qaydasında gedir. Burada yalnız problem fərdi təsərrüfatlarla bağlı ola bilər. İndi payız ayı olduğu üçün kəndlərdə fərdi təsərrüfatlarda olan quşlar artıq yumurtadan kəsilib. Çünki havalar soyuyanda quşların 50-70 faizi yumurtadan kəsilir. Bizim "kənd yumurtası" adlandırdığımız məsulların da bahalaşmasına səbəb budur. Ancaq bizim yerli istehsalımız əvvəlki qaydada gedir".

Cəmiyyət sədri bir sıra ekspertlərin quşların kütləvi qırılması ilə bağlı səsləndirdiyi iddialara da cavab verib.

O deyib ki, bu il Azərbaycanda kütləvi quş qırılması faktı olmayıb və burada heç bir məsələ əhalidən gizlədilməyib:

"Sentyabrın 15-dən etibarən Azərbaycanda tədris mövsümü başlayıb. Bu zaman tələbələrin Bakıya axını baş verir. Tələbələr də ən çox yediyi qida yumurta olur. Ona görə də yumurta məhsuluna alıcılıq qabiliyyəti yüksəlib, tələbat çoxalıb. Ancaq yenə də deyirəm, sənaye üsulu ilə istehsal olunan yumurtaların qiymətində heç azalma və ya bahalaşma müşahidə edilməyib. Müqavilə ilə kim nə qəfər məhsul istəyirsə, o qədər də istehsal edilir. Kimsə deyirsə ki, guya quşlar kütləvi şəkildə qırılıb və bu əhalidən gizlədilib, bu səhv fikirdir. Bəs bu qədər yumurtalar bazara haradan gəlir? Sadəcə olaraq indi fərdi təsərrüfatlarda yumurta, demək olar ki, yoxdur. Biz tez-tez rayonlara gedirik. İndi rayonlarda qətiyyən yumurta qalmayıb. Bu da Azərbaycanda satılan yumurtanın təxminən yarısına bərabərdir. İndi "kənd yumurta"sı yoxdur deyə, bu cür şərait yaranıb".

A.Vəliyev qeyd edib ki, sözügedən problemin aradan qaldırılması üçün dövlət tərəfindən lazımi addımların atılması çətin məsələdir:

"Çünki ətlik istiqamətində olan quşlar tez ət verdiyi üçün onu kəsirlər. Ancaq yumurtalıq quşlarda məsələ fərqlidir. Yumurtalıq quşlar təxminən 2 il saxlanılır, sonra 1,5 il yumurta verir, yenə dayanır. Ona görə də həmin quşlara biz deyə bilmərik ki, indi yumurta azdır, yumurta verin və sairə. Rayonlarda fərdi təsərrüfatlarda kimsə qiyməti qaldırırsa, bunun bizə heç bir bağlılığı yoxdur. Onlara biz nəzarət edə bilmərik. Sənaye üsulu ilə istehsal olunan təsərrüfatlarda heç bir qiymət artımı mövcud deyil".



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə ölkə.az-a açıqlamasında bildirib ki, rayonlarda kənd yumurtasının qiyməti təqribən 100 faiz qalxıb:

"Biz rayon şöbələrindən müvafiq məlumatlar toplamışıq. Misal üçün, Qusarda 20 qəpiklik kənd yumurtasının qiyməti 40 qəpiyə qalxıb. Bu da bizi narahat edir. Bunun konkret səbəbləri mövcuddur. Birincisi, payız ayı olduğu üçün əhalinin yumurtaya olan tələbatı artıb. İkincisi, kənd və rayonlarda toyuqların yumurtaması azalıb. Üçüncüsü isə bu il Azərbaycanda böyük quş qırğını olub. Digər bir səbəb isə quş yemlərinin bahalaşmasıdır. Yəni, yem baha olduğu üçün insanlar saxladıqları quşları ətə veriblər. Ümid edirəm ki, yumurtanın qiyməti aşağı enəcək".

Ekspert qeyd edib ki, Azərbaycanda yumurta çox ucuz qiymətə satıldığı üçün fabriklər də yumurtanı aşağı qiymətə satmağa məcbur idi:

"Hazırda fabriklərdə bir yumurtanın maya dəyəri 15 qəpik təşkil edir. Ümid edirəm ki, bu belə də davam edəcək".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO