Bakı ilə London arasında siyasi məsləhətləşmə: Qarabağ...

23:19 24.10.2018 530
Bakı ilə London arasında siyasi məsləhətləşmə: Qarabağ...

Oktyabrın 24-də Azərbaycan ilə Böyük Britaniyanın Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Axar.az xəbər verir ki, siyasi məsləhətləşmələri Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Böyük Britaniya tərəfindən isə Britaniya Xarici İşlər Nazirliyinin Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dankan aparıblar.

Nazir müavini X.Xələfov Azərbaycan ilə Böyük Britaniya arasında siyasi dialoqun intensiv şəkildə aparılmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanın Böyük Britaniya ilə tərəfdaşlığa önəm verdiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin 2018-ci ilin aprelin 26-da Britaniya Baş nazirinin dəvəti ilə bu ölkəyə səfərini xatırladıb və bunun ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verdiyini deyib. Nazir müavini yüksək səviyyəli qarşılıqlı səfərlərin bundan sonra da təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.

Xələf Xələfov Azərbaycanın enerji sektorunun inkişafı, eləcə də “Əsrin müqalivəsi”nin imzalanmasında və reallaşmasında Britaniyanın xüsusi rolunu qeyd edib, bu sahədə Britaniya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin davam etdirilməsinin vacibliyini nəzərə çatdırıb.

Nazir müavini, eyni zamanda, Azərbaycan tərəfinin Britaniya ilə qeyri-neft sektorunda da əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək, birgə sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə Britaniyanın daha fəal iştirakının arzuedilən olduğunu diqqətə çatdırıb.

Xələf Xələfov Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan “Tərəfdaşlıq sazişi”nin son vəziyyəti ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib. O, ölkəmizin Böyük Britaniya ilə “Brexit”dən sonra da əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu və bunun müvafiq sazişlə tənzimlənməsinin zəruriliyini qeyd edib.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycanın və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalına toxunan X.Xələfov ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqların heç bir nəticə vermədiyini təəssüflə diqqətə çatdırıb. Nazir müavini münaqişənin həm regional, həm də qlobal səviyyədə mənfi təsirləri barədə məlumat verib. O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarlar, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmasına impuls verilməsinin vacibliyini bildirib.

Nazir müavini deyib ki, hazırda mövcud olan bütün münaqişələrə münasibətdə beynəlxalq birlik tərəfindən ayrı-seçkiliyə yol verilməməli, beynəlxalq hüquq prinsiplərinə əsaslanan vahid yanaşma sərgilənməlidir.

Britaniyalı dövlət naziri Alan Dankan ikitərəfli münasibətlərin səviyyəsinə dair səslənən fikirlərlə tam razı olduğunu və əlaqələrin bir çox sahələr üzrə daha da inkişaf etdirilməsinin vacibliyini söyləyib. O bildirib ki, Britaniya və Azərbaycan iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq ruhundan irəli gələrək ən çətin və həssas məsələləri belə müzakirə etməyə qadirdir.

A.Dankan Azərbaycan və Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsinə ölkəsinin Breksitdən sonra da dəstək verəcəyini qeyd edib. Dövlət naziri Breksitdən sonra Azərbaycan ilə münasibətlərin ikitərəfli müstəvidə davam etdirilməsində Britaniyanın maraqlı olduğunu əlavə edərək, iki ölkə arasında Breksitdən sonra iqtisadi və ticarət əlaqələrinin tənzimlənməsinə dair Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin layihəsini təqdim edib.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin vacibliyinə toxunularaq, bu istiqamətdə də əlaqələrin inkişaf etdirilməsinin zəruruliyi vurğulanıb.

Görüşdə, həmçinin iki ölkə arasında viza rejiminin sadələşdirilməsi, insan hüquqları, regionda və dünyada baş verən son hadisələr və geosiyasi vəziyyət, “Şərq Tərəfdaşlığı” proqramı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, eləcə də hər iki ölkənin Xarici İşlər nazirliklərinin müvafiq əməkdaşları iştirak ediblər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO