“Atəşgah”ın hökumətin sığorta siyasətinə qarşı sabotajı

12:17 11.04.2018 514
“Atəşgah”ın hökumətin sığorta siyasətinə qarşı sabotajı
Sığorta şirkəti vətəndaşlarda sığorta ilə bağlı inamsızlıq yaratmaqla məşğuldur, vətəndaşa dəymiş ziyanı ödəməmək üçün ən müxtəlif variantlara əl atırlar

Sığorta şirkətlərinin qanunsuzluqları, vətəndaşlara dəyən ziyanı ödəməmələri ilə bağlı redaksiyamıza mütəmadi şəkildə şikayətlər daxil olur. Bu cür şikayətlərin böyük faizi “Atəşgah” Sığorta Şirkətinin payına düşür.

Bu günlərdə “Atəşgah”ın vətəndaşa ziyanı ödəmək istəməməsi ilə bağlı daha bir şikayət daxil olub. “Yeni Müsavat”a şikayət edən Göyçay rayon sakini Məmmədov Elvin Ziyafəddin oğlu bildirib ki, 1 aprel 2018-ci il tarixdə Göyçay-Ucar yolunda özünə məxsus “QAZel” markalı, 23 BF 568 dövlət nömrə nişanlı yük avtomobili ilə hərəkət edərkən qarşı tərəfdən gələn 23 BJ 644 dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı avtomobil yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, onun maşınına çırpılıb: “”VAZ” markalı maşın yüksək sürətlə hərəkət edirdi, ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün gəlib mənə çırpıldı. Qəza nəticəsində avtomobilim yararsız hala düşdü. Hadisə yerinə gələn “Atəşgah” sığorta şirkətinin əməkdaşı, qəza eksperti avtomobilə baxış keçirdi, şəkillər çəkdi, sonra avtomobil mağazalarından detalların qiyməti ilə maraqlandı və dəyən ziyanın 1050 manat civarında olduğu müəyyənləşdi. Bildirdim ki, bu yalnız detalların puludur, usta xərci də azı 250-300 manat tutacaq. Lakin məbləğ dəyişmədi. Aprelin 9-da isə mənə “Atəşgah”dan zəng edib deyirlər ki, sənə dəymiş ziyana görə cəmi 420 manat kompensasiya yazırıq. Bildirdim ki, mənim aldığım detalların pulu 1000 manatdan da artıqdır, niyə 420 manat yazırsınız? Bu vətəndaşı aldatmaqdır, sığorta əməkdaşının özbaşınalığıdır. Bildirirlər ki, biz bunu yazırıq, vəssalam. Sığorta şirkəti faktiki olaraq qanunsuzluq edir. Camaatdan pul yığırlar, amma bir ziyan dəyəndə min bir bəhanə ilə dəyən ziyanı ödəməkdən imtina edirlər. Sığortanın vaxtından bir gün ötəndə, yol polisi sürücüləri cərimələyir. Bunu belə əsaslandırırlar ki, qəza törətsən qarşıdakı şəxsə dəyən ziyanın ödənməsinə problem yaranmasın. İndi mənim maşınımı vurublar və pulumu da tam ödəmək istəmirlər. Belə olan halda bu sığortanın nə mənası var? Niyə pul ödəməliyik onlara? Şikayət edəndə deyirlər ki, nə bilirsən elə”.
Şikayətçi bildirir ki, əməkdaşlarının ona dəyən ziyanı tam ödəmək istəməməsi ilə bağlı “Atəşgah”a şikayət edib: “Bu dəfə dedilər ki, gəlib sizin maşına yenidən baxış keçirəcəyik. Hansı ki, qəza ekspertləri hadisə yerinə gəlib və baxış keçirib, qiymətləndirmə də olub. Mən bir mebel şirkətinin mebellərini daşıyıram və maşınım hər gün reysə çıxmalıdır, sifarişləri çatdırmalıyam. Sığorta əməkdaşları qəza olan günü mənə dedilər ki, biz pulu minimum 15 günə ödəyə biləcəyik, sən işin dayanmasın deyə özün maşınını təmir etdir, sığorta ödəyənədək gözləmə. Mən də elə qəza olan gündən başlayaraq detalları alıb, maşını təmir etdirmişəm. İndi təmir olunmuş maşına onlar baxış keçirəcəklərini deməklə, faktiki olaraq vətəndaşı ələ salmağa cəhd edirlər. Mən bu özbaşınalıqla bağlı cənab prezident İlham Əliyevin elektron ünvanına da müraciət yazacam”.
Nəzərə çatdıraq ki, prezident İlham Əliyev icbari sığorta sisteminin təkmilləşdirilməsi üçün bir neçə sərəncam imzalayıb, qanunda dəyişiklər edilib. Eyni zamanda ölkədə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı da müzakirələr gedir, pilot layihələr həyata keçirilir. Vətəndaşlar isə belə özbaşınalıqlarla üzləşəndə, haqlı olaraq hesab edir ki, onun maşınına dəyən ziyanı ödəmək istəmədikləri kimi, xəstəxanaya düşəndə də orada can sığortası ilə bağlı da eyni vəziyyət yaranacaq. Faktiki olaraq sığorta şirkətləri hökumətin yürütdüyü sığorta siyasətinə zərbə vurmaqla, buna bəri başdan inamsızlıq yaratmaqla, hökumətin sığorta siyasətinə qarşı sabotajla məşğuldurlar.

Musavat.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO