SOCAR Energy Georgia və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb (FOTO)

12:32 24.10.2018 667
SOCAR Energy Georgia və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb (FOTO)

Oktyabrın 23-də SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin bir sıra rəhbər vəzifəli işçilərinin müşayəti ilə Gürcüstanda işgüzar səfərdə olub.

SOCAR-dan Trend-ə verilən məlumata görə, səfər çərçivəsində, Tbilisidə SOCAR rəhbərliyi və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Kobulia arasında işgüzar görüş baş tutub.

Görüş zamanı SOCAR Energy Georgia şirkətinin baş direktoru Mahir Məmmədov və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Kobulia “Əməkdaşlıq haqqında memorandum” imzalayıblar.

Memorandum sosial-iqtisadi inkişafın təşviqi, yüksək dağlıq rayonların həyat səviyyəsinin yaxşılaşdırılması, turizm və istirahət sahələrinin inkişafına dəstək, istilik təchizatının alternativ yollarla təmin edilməsi istiqamətlərində əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.

Daha əvvəl SOCAR ölkənin kurort ərazisi olan Sairmedə ekoloji cəhətdən səmərəli Virtual Boru Kəməri layihəsini həyata keçirib. Virtual qaz kəməri texnologiyası təbii qazın sıxılmış təbii qaz (STQ) şəklində ucqar məntəqələrdə yaşayan istehlakçılara nəql olunması metodudur. Dünya praktikasında təbii qaz nisbətən qısa məsafələrdə STQ şəklində nəql olunur. Sairme mövcud qaz qəbulu məntəqəsinin 52 km-liyində yerləşir. Buna görə də pilot layihədə qazın STQ şəklində nəqlindən istifadə olunması qərara alınıb. Memorandum imzalandıqdan sonra bu istiqamətdə əməkdaşlığın davamlı olması məqsədi ilə işçı qrupunun yaradılması nəzərdə tutulur.

Səfər çərçivəsində SOCAR heyəti soydaşlarımızın sıx məskunlaşdığı Marneuli rayon mərkəzində yerli icmanın nümayəndələri ilə açıq görüş keçirib, bu bölgədə yaşayan soydaşlarımızın sosial problemləri ilə maraqlanıb və onların həlli yolları barədə müzakirə aparıblar.

Qeyd edək ki, SOCAR-ın Gürcüstanda həyata keçirdiyi sosial məsuliyyət layihələrinin əsas məqsədi şirkətin bu ölkədə həyata keçirdiyi biznes fəaliyyətinin dayanıqlığını təmin etmək, orada yaşayan soydaşlarımıza sosial dəstək tədbrilərini mütəmadi olaraq həyata keçirməkdir. Bu istiqamətdə Gürcüstanın dövlət ali məktəbilərində təhsil alan və Gürcüstan vətəndaşı olan soydaşlarımızın təhsil haqlarının ödənilməsi, onlara təqaüdlərin verilməsi, kənd təsərüfatı texnikasının soydaşlarımızın sıx məskunlaşdığı regionların yerli idarəetmə orqanlarına təmənnasız verilməsi, həmçinin Azərbaycanın milli irsinin qorunması, milli mədəniyyətimizin təbliğ olunması kimi tədbirləri göstərmək olar. SOCAR Gürcüstanda biznes fəaliyyətinə 2006-cı ildə başlayıb. Elə həmin ildə də neftin Qərb bazarlarına nəql edilməsi məqsədilə Kulevi Neft Terminalı satın alınıb. “SOCAR Georgia Petroleum” MMC 115 yanacaqdoldurma məntəqəsi, 16 xidmət mərkəzi və 5 neft terminalına malik olduğu Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir. “SOCAR Georgia Gas” MMC Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanmasını həyata keçirir və 670 mindən artıq abonentə xidmət göstərməklə yerli qaz şəbəkəsini idarə edir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO