Qurban Qurbanov: “Arsenal” Mxitaryanı Bakıya gətirməməklə düzgün addım atıb”

15:14 3.10.2018 611
Qurban Qurbanov: “Arsenal” Mxitaryanı Bakıya gətirməməklə düzgün addım atıb”

“Dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq. İngiltərədə çox ciddi baş məşqçilər çalışır. Yaxşı hazırlaşmışıq. Əlavə şərhə ehtiyac yoxdur. Çalışacağıq ki, yaxşı mübarizə apararaq, istədiyimiz oyunu nümayiş etdirək”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turunda evdə İngiltərənin “Arsenal” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl deyib.

46 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb…

– Henrix Mxitaryanın Bakı gəlməməsinə münasibətiniz necədir: Bu, bizim üçün üstünlükdür?

– Futbolun siyasətə qarışmasını istəməzdim. Amma bəzən bunsuz mümkün deyil. Belə hallarda hər bir klub öz futbolçusunu daha da qoruyub saxlamaq istəyir, əlavə söz-söhbət olması haqda düşünmək istəmir. İdmanda belə hallara rast gəlmişik. Bura gələn və normal qarşılanan idmançılar da olub. Təbii ki, təzyiqlər olub və bu, normaldır. Elə insanlar var ki, müharibədə öz əzizlərini itirib. Ola bilər ki, emosiolarını saxlaya bilməsinlər. Eyni anda 10-15 nəfər təzyiq edirsə, bu, hamının etirazı deməkdir. Ona görə klub düzgün addım atıb. Mxitaryanın olmaması hamımız üçün yaxşıdır. Onun oyundan qorxmağa yox, digər məsələyə görə.

– Donald Gerryenin yoxluğunda Abbas Hüseynova, yoxsa Ansi Aqolliyə şans verəcəksiniz?

– Tək Gerye yox, bir neçə futbolumuz oynamır. Təxmini heyəti bilirəm. Amma hələ vaxtımız var. Sabah oyunda qəti qərar veriləcək.

– Unai Emerinin komandası Arsen Vengerin dövründəki “Arsenal”dan hansı elementlərə görə fərqlənir?

– Onların oyununu izləmişəm. Emerinin daha çox qol vurmağı tələb etdiyi oyunçularının açıqlamalarından da görünür. “Arsenal” köklü klubdur. Nə qədər yeni baş məşqçi gəlsə də, onlar topla oynamağı çox xoşlayırlar. Emeri bu cür turnirlərdə çox təcrübəlidir. İşlədiyi klublarda böyük uğurlar əldə edib. Xüsusən də Avropa Liqasında. Hiss olunur ki, komandada sürətli oyunçuların sayı çoxalıb. Bu, müasir futbolda önəmli amildir. Sabah bəzən onlara qarşı təkcə topla yox, mübarizədə diqqətli olmalıyıq. Arsen Vengerin oyununun öz gözəlliyi, Emerinin oyununun öz gözəlliyi var.

– “Qarabağ” “Arsenal”dan xal ala biləcək?

– Bu cür klubların Azərbaycana gəlməsi ölkə futbolu və bizim üçün böyük təcrübə, futbolun sevilməsi üçün şansdır. Azarkeşlərimiz belə oyunlara daha çox böyük maraq göstərir. Hər oyundan sonra 2-3 min azarkeşimiz çoxalırsa, yaxşıdır. Amma hər şeyə real baxmaq lazımdır. Belə böyük klublara qarşı oynamışıq və uğurlu oyunlarımız da olub. Azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salmalıyıq.

– Psixoloji baxımdan vəziyyət necədir?

– Hər şey normaldır. Futbolçularımızın da böyük təcrübəsi var. Məncə, psixoloji tərəfdən problem olmayacaq. Futbolçularımız rahat, oyundan həzz almaq üçün özlərini yaxşı tərəfdən göstərəcəklər.

– İngiltərə mətbuatının yazdığına görə, “Arsenal” oyuna ikinci heyətlə çıxacaq. Bu, komandanız üçün müsbət haldır?

– Məgər “Arsenal”da ikinci heyət var? İnanmıram ki, oradakı oyunçular ikinci heyət sayılsın. “Arsenal”a qarşı oynadığımızı yaxşı bilirik.

– “Kukesi” və “Şerif”lə görüşlərdə stadion dolmurdu. Amma bu dəfə fərqli olacağı gözlənilir. Düşünmürsünüzmü ki, azarkeşlər üçün rəqib komandanın adı daha çox önəmlidir?

– Böyük klublara qarşı maraq tam başqa olur. İstər-istəməz azarkeş bunu hiss edir, onları görmək istəyir. Özümüz də böyük klublara maraq göstəririk. Bizim üçün stadionun dolu olması vacibdir. Amma heç vaxt təkcə stadionda olanları düşünməmişik. Azarkeşlərimiz çoxdur. O qədər azarkeş tanıyıram ki, stadiona gəlmir, amma ən sadiq azarkeşlərimizdən biridir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO