“Bank of Baku” ağır vəziyyətdə - Fəaliyyətinə xitam veriləcək

15:15 26.09.2018 502
“Bank of Baku” ağır vəziyyətdə - Fəaliyyətinə xitam veriləcək

Azərbaycan bank sektorunda rəqabət artdıqca aktivlərindən səmərəli istifadə edə bilməyən, kredit bazarında problemlər yaşayan və riskli müştəri kontingenti uğrunda mübarizədə məğlub olan bankların bazarda kiçildiyi müşahidə olunur.

Zamantv.Az EkoNews-a istinadən xəbər verir ki, bank sektorunda məcmu kapitalının ən çox azalması "Bank of Baku”da müşahidə edilir. Hazırda bankın məcmu kapitalı 37.7 milyon manat təşkil edir. Bu da Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən banklar üçün təyin etdiyi məcmu kapitalın həcmindən təxminən 13 milyon manat azdır. 2017-ci ilin birinci rübündə "Bank of Baku”nun məcmu kapitalı 62.3 milyon manat, ikinci rübündə isə 46.9 milyon manat təşkil edib. Statistik məlumatlar göstərir ki, ötən illə müqayisə də məcmu kapital kəskin azalıb.

Bankın aktivləri də kəskin formada azalıb. Ötən ilin bu rübündə 474.9 milyon manat təşkil edən aktivlər bir il ərzində 175.4 milyon manat azalaraq 299.5 milyon manat təşkil edir. Bu da bankın faiz gəlirlərinin səmərəli formada istifadə olunmaması, xalis gəlirlərin azalması ilə izah oluna bilər. Bankların ən çox kreditlərdən qazanc əldə etdiyini nəzərə alsaq, "Bank of Baku”da verilən kreditlərin problemli olduğunu deyə bilərik. Elə bunun nəticəsidir ki, bankın kredit həcmləri azalıb.

Ötən il "Bank of Baku”nun kreditlərinin həcmi 209.8 milyon manat təşkil edirdisə, bu il 23.3 milyon manat azalaraq 186.5 milyon manat olub. Onu qeyd etmək yerinə düşər ki, bank istehlak kreditlərini digər banklara nisbətən yüksək faizlə, 27-29% ilə təklif edir.

Son zamanlar isə bankın müştəriləri xidmət səviyyəsinin aşağı olması haqqında sosial şəbəkə vasitəsi ilə narazılıqlar ifadə edirlər. Sentyabrın 19-da internet bankçılıq xidmətində yaranmış problem 4 gün sonra həll edilib. Bank isə bu haqda ictimaiyyətə heç bir informasiya verməyib.

İstər nizamnamə kapitalının Azərbaycan Mərkəzi Bankın qoyduğu tələblərdən az olması, istərsə də aktivlərin və kredit həcminin azalması bank üçün həyacan siqnalı hesab olunur. Bu kimi amillər Bankın fəaliyyət lisenziyasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xitam verilmə riskini artırır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO