Rza İbadov yenidən siyasətə qayıdır? - İDDİA

13:00 18.09.2018 846
Rza İbadov yenidən siyasətə qayıdır? - İDDİA

Yerli medianın yaydığı məlumata görə, keçmiş deputat, hazırda Londonda yaşayan və orda biznes quran Rza İbadov yenidən Azərbaycanda peyda olub. Xəbər agentlikləri onun səfərinin şəxsi xarakter daşıdığını bildirsələr də, qəfil gəlişinin səbəbi barədə də dəqiq informasiya verilmir.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub. Hakim Yeni Azərbaycan Partiyasının əsas funksionerlərindən biri kimi tanınıb.

Daha sonra isə o, sürətlə Azərbaycan hakimiyyətinin gözündən düşüb və 2005-ci ildə Böyük Britaniyadan sığıncaq alıb. O, Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub. Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə beynəlxalq axtarışa verilib. Lakin 27 oktyabr 2015-ci il tarixdə isə onun barəsində cinayət işinə xitam verilib.

Rza müəllimin 2005-ci ildə Milli Məclis seçkilərində Rövnəq Abdullayevə biabırçıcasına məğlub olaraq ölkədən getməsindən sonra onun vətəni ziyarət tarixlərinə ekskurs etsək, görərik ki, əski MM üzvü adətən Azərbaycanda ya ciddi hadisələr ərəfəsində, ya da ki, mühüm hadisələr vaxtı təşrif buyurur.

Xatırladaq ki, yerli mətbuat dekabr ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin baş tutacağını yazır və ölkədə Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı müzakirələrin intensivləşdiyi bir dönəmdə Rza İbadov kimi aktiv siyasi keçmişi olan iddialı bir şəxsin Bakıda görünməsini təsadüf olduğunu ehtimal etmirik.

Məlumatlı oxucularımız xatırlayar ki, Rza müəllim son parlament seçkiləri ərəfəsində də vətəninə qayıtmışdı. Və o zaman da hakimiyyət dairələrinə yenidən mandat sahibi olmaq üçün minnətçi düşmüşdü. Lakin buna baxmayaraq, Rza İbadovun reablitasiyası mümkün olmamışdı. Onun barəsindəki məhkəmə qərarı gec dəyişdirildiyindən YAP-ın keçmiş ağır silahlarından biri və sonradan ölkədən qaçmağa məcbur olan cənab İbadovun arzusu ürəyində qaldı.

Yuxarıda da qeyd etdiyimiz kimi, növbədənkənar parlament seçkiləri barədə söyləntiləri eşidər-eşitməz Rza İbadovun Bakıda peyda olmasını heç də təsadüfi hesab etmək olmaz. Əldə etdiyimiz məlumata görə keçmiş deputat yenidən reablitasiya olunmaq üçün hakimiyyətə minnətçi düşüb və bunun üçün şəxsən özü Bakıya təşrif gətirib.

Mənbə billdirib ki, Bakıya gəlməklə Rza İbadov göstərmək istəyir ki, özünü günahsızdır və hakimiyyətdən də çəkinmir. Çünki qorxacaq heç bir şey etməyib. Bunula da Rza İbadov dolayısı ilə hakimiyyətə sədaqətli olduğunu nümayiş etdirir.

Keçmiş deputat özünü tam təmizə çıxara və iddialarını təmin edə bilcəkmi, bunu zaman göstərəcək?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
pia.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO