17 yaşlı oğlanın ata qatili olmasının TƏFƏRRÜATLARI

17:00 17.09.2018 502
17 yaşlı oğlanın ata qatili olmasının TƏFƏRRÜATLARI

Göygöl rayonun Yeni Qızılca kəndində dəhşətli qətl törədilib. Belə ki, kənddə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevə balta və bıçaqla xəsarət yetirərək onu öldürüb.

Yeni Qızılca kənd icra nümayəndəsi Saleh Babayev Moder.az-a bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib:

“Eşqin olduqca ağıllı, tərbiyəli uşaq idi. Bu il 11-ci sinfə keçirdi. Onun bu əməli törətməsilə hansısa çatışmazlıqları olduğunu düşünməyin. Təbii ki, cinayətinə haqq qazandırmıram. Amma bu cinayəti törətməyə vadar edən səbbələri olub. Mərhum atası olduqca aqressiv biri idi. Düzdür, içki aludəçisi deyildi, amma vaxtaşırı içirdi. Ekspertizadan sonra bilinəcək hadisə vaxtı Ramil içkili olub, yoxsa yox. Bundan başqa, evdə tez-tez dava salırdı, həyat yoldaşını çox döyürdü, ona qarşı amansız idi. Bunu bütün kənddə hamı bilirdi. Çünki hadisə dəfələrlə təkrarlanmışdı. Buna görə də, Eşqin atasını öldürdü”.

Kənd nümayəndəsi qeyd edib ki, sözügedən ailənin üzvləri Daşkəsən qeydiyyatlıdırlar:

“Amma bizim kənddə torpaq alıb ev tikmişdilər. Burada yaşayırdılar. Eşqin Quluyev hadisə yerindən qaçmamışdı. Polislər gələndə də özü qətli törətdiyini deyib və təslim olub”.

S.Babayevin sözlərinə görə, mərhum artıq dəfn edilib:

“Onu Daşkəsəndə dəfn ediblər. Qadının vəziyyəti çox ağırdır. Nə qədər əzazil olsa da yoldaşı ölüb, oğlu da tutulub. Ailənin Eşqindən başqa bir qız övladı da var. Onu da deyim ki, bütün olanların səbəbkarı mərhum Ramil özü oldu. Qadının heç bir günahı yoxdur. Hamı bilir ki, oğul da, anası da necə insanlardır”.

Qeyd edək ki, faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO