Fransanın paytaxtı Parisdə naməlum şəxslər bıçaqla kütlənin üzərinə hücum edib.
Zamantv.az "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə şəhərin Trappes bölgəsində qeydə alınıb.
Hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Polisin aksiyanı həyata keçirənlərdən birini zərərsizləşdirdiyi bildirilir.
"Reuters" agentliyi isə İŞİD-in hücumun məsuliyyətini öz üzərinə götürdüyünü yayıb.
Zamantv.az