Bir müddət əvvəl rəsmi qurumlar tərəfindən öldüyü deyilən İŞİD lideri Əbu Bəkir Əl Bağdadinin yeni səs yazısı yayılıb.
Zamantv.az publika.az-a istinadla xəbər verir ki, səs yazısında İŞİD lidderi Türkiyə-Amerika münasibətlərindən də danışıb.
Çıxışında İŞİD lideri təşkilat üzvlərini cihada çağırıb, eyni zamanda müxtəlif mövzularla bağlı açıqlamalar verib.
Səs yazısında rahib Brunsona görə Türkiyə ilə münasibətlərini pozan ABŞ-ı lağa qoyan Bağdadi iki ölkə arasında yaşanan gərginlikdən danışıb.
Bağdadi Türkiyənin Brunsonu sərbəst buraxmamasının ABŞ-ın zəifliyini göstərdiyini bildirib.
"Röyters" xəbər agentliyinin məlumatına görə səs yazısının İŞİD liderinə aid olub-olmaması istiqamətində araşdırma aparılır. Bağdadinin sonuncu səs yazısı 2017-ci ilin sentyabrında yayılıb.
Zamantv.az