Sahil Babayev özünü necə cəncələ salmaqdadır... - ƏƏSMN-də ikitirəlik...

15:00 20.08.2018 502
Sahil Babayev özünü necə cəncələ salmaqdadır... - ƏƏSMN-də ikitirəlik...

"ƏƏSMN-də ikitirəlik hpkm sürür". Bu ifadələr DİA.AZ-a göndərilən məqalədə yer alıb. Daha sonra məqalədə deyilir:

"4 aydır əmək və əhalinin sosial müdafiəsi naziri postunu daşıyan Sahil Babayev son vaxtlar özünün təbliğatında ciddi qüsurlara yol verməklə məşğuldur. Belə ki, son prezident seçkilərindən sonra cəmiyyətin diqqəti yeni gənc nazirlərə yönəldi. Kənd təsərrüfatı naziri vəzifəsinə gətirilən İnam Kərimov bu diqqəti özünün piarına yönəldə bildi. Yeni nazir özünün "qalstuksuz nazir" imicini yarada bildi. Onun bu və ya digər tədbirlərə qalstuksuz , sadə şəkildə görünməyi müəyyən mənada yenilik kimi qəbul olundu.
ƏƏSMN-dəki mənbənini məlumatına əsasən, son vaxtlar S.Babayev həmkarının bu metodundan yararlanmaq niyyətinə düşüb. Amma S.Babayev özünün piarını quran zaman ciddi qusurlara yol verdiyinin və həmkarının hərəkətlərini süni şəkildə təkrar etdiyinin fərqinə varmır. Ya da bunu ona çatdıra biləcək kadrı yoxdur. S.Babayev əlilliyi olan şəxslərlə nazirliyin hansısa müəssiəsində qalstuksuz görüşərək özünün sadə nazir imicini yaratmaq istəyir. Mətbuata yayılan bu şəkilərdəki süni görüntülər bunun kökündə nəyin durduğunu isə açıq şəkildə ortaya qoyur. Bu niyyətin nə olduğunu görmək üçün isə uzağa getmək lazım deyil. Nazirliyin facebook-dakı səhifəsin diqqət etmək kifayət edir. Belə görüşləri əks etdirən şəkillərin altına yalançı profillərdən nazirin ünvanına təriflər yağdırılır - "Sadə nazir" "təvözəkar adam" "əsl xalq adamı" və s. Bu şərhlərdə tənqid və ya alternativ fikir ümumiyyətlə yoxdur. Ən maraqlısı isə budur ki nazirliyin sosial şəbəkəsində yer alan bu şərhlərdə ancaq və ancaq naziri tərifləyirlər....
Görünür yeni nazir prezidentin onu bu posta niyə təyin etdiyini unudub. Ya da yeni nazir özünün piarını bu sahədə "qısır" olan adamlara tapşırıb.
Nazirlikdəki mənbənin bildirdiyi digər məlumata görə, gənc nazir özünün adamlarına nazirlikdə xüsusi imtiyazlar da verib. Həmin kadrların əksəriyyəti əvvəl işlədikləri yerlərdə əlavələri ilə birlikdə yüksək məvacib alan şəxslər olub. Onların indi ƏƏSMN-də 700-800 manatlıq işlərə təyinat alması və bu məbləğin həmin şəxsləri “qane” etməsi müəyyən suallar doğurur. Mənbənin məlumatına görə, sabiq işçilərə hər şeyin şəffaf olacağı deyilsə də, buna inanmaq çətindir. Çünki yeni nazirin yeni komandasında yer alan şəxslər əvvəl işlədikləri yerlərdə kifayət qədər yüksək məbləğə çalışıblar. Bu isə nazirlikdə müəyyən mənada ikitirəliyin yaranmasına gətirib çıxarıb.
Nazirin öz komandasına verdiyi digər imtiyazlar və onların ərköyün davranışları barədə növbəti yazılarımızda ətraflı məlumat veriləcək…"

Dia.az olaraq bütün tərəfləri dinləməyə hazırıq...DİA.AZ
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO