Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər- 18-ci otaqda kim pul yığır?

16:30 15.08.2018 592
Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər- 18-ci otaqda kim pul yığır?

Bakı Şəhər Yol Polisi İdarəsinin yarıtmaz fəaliyyətinin doğurduğu narazılıqlarla bağlı ölkə mətbuatında mütəmadi olaraq silsilə yazılar dərc olunmaqdadır. Fəaliyyəti ən çox tənqid olunan strukturların başında gəlməsinə baxmayaraq adı çəkilən qurumun məsul şəxsləri bundan nəticə çıxartmaq əvəzinə özbaşınalıq və qanunsuzluqlarını daha da genişləndirirlər.

Zamantv.az Sfera.az-a istinadən xəbər verir ki, sözügedən saytın əməkdaşının bu günlərdə şahidi olduğu mənzərə həqiqətən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində təxirəsalınmaz islahatların aparılmasının vacibliyini bir daha təsdiq etməkdədir. Şahidi olduğumuz mənzərə burada qanunların işləmədiyini, kimlərinsə özünü qanundan üstün saydığını göstərir.

Cavad adlı mayorun "18-” sərgüzəştləri...

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində 18-ci otaq rüşvətin toplandığı əsas məntəqələrdəndir. Həmin otağın "küllü ixtiyarı” olan Cavad adlı mayorun isə öz qaydaları var. Burada avtomobillərə cərimə yazılmadan sənədlər alınır və sürücülər 18-ci otağa dəvət edilərək onlarla "profilaktik söhbətlər” aparılır. Amma sürücülərin həmin otaqda problemlərini həll etməsi də mayorun kefindən asılıdır. Belə ki, həmin şəxs kefi istəyəndə vətəndaşları çağırır, ürəyinə düşəndə bayıra çıxaraq, dost-tanışları isə laqqırtı vurur.

Əməkdaşımız bildirir ki, problemini həll etmək üçün 18-ci otağın qarşısında saatlarla gözləməyə məcbur olan vətəndaşlar iş vaxtı bayırda dost-tanışıyla deyib gülən mayora yaxınlaşıb tələsdiklərini deyərkən əsl həngamə qopur.

Ona müraciət edənlərə qarşı kobud rəftar etməkdən belə çəkinməyən "18-ci otağın ağası” açıq şəkildə bəyan edir ki, haçan işləyib, haçan çöldə siqaret çəkəcəyini, ya da dost-tanışlarıyla söhbət edəcəyini özü müəyyənləşdirir.

Mayorun xidməti otağına, iş fəaliyyətinə qayıtması da sürücülərə ayrı dərd yaşadır. 18-ci otaqda hər şey rüşvətlə həll olunur, mayor isə "mən beləyəm, kimə istəyirsinizsə şikayət edin” tipli meydanoxumalarla nə qədər qüdrətli olduğunu sərgiləməkdən xüsusi zövq alır. Avtomobillər heç bir protokol yazılmadan duracaqlara aparılır, vətəndaş haqqını tələb etmək istəyəndə və ya "cəriməni yazın” tələbi irəli sürəndə mayor sadəcə "burada işlər belə həll olunur” deməklə kifayətlənir.

Sfera.az əməkdaşı müşahidə etdiklərinin heç bir qanuna, qaydaya sığmadığını, hər hansı etirazın isə faydasızlığını nəzərə alaraq qarşılaşdığı problemin qanuni həlli məqsədilə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovla telefon əlaqəsi yaradıb.

Amma 18-ci otağın sahibi olan mayor bundan sonra da qanunun tələblərinə boyun əymək istəməyib. Belə ki, o açıq şəkildə əməkdaşımıza bildirib ki, heç kimi tanımır, tanımaq istəmir və yalnız özünün müəyyənləşdirdiyi qaydalarla işləməkdə israrlıdır.

Mövcud reallıqları nəzərə alanda belə nəticəyə gəlmək olar ki, hər kəsə meydan oxuyan Cavad adlı həmin mayor hansısa böyük məmurla qohum olduğuna görə özünü bu qədər qüdrətli hesab edir. Hər halda onun Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Sadıqovla lazım olduğundan az hesablaşması bu ehtimalımızı gücləndirir. 18-ci otağın müəmmalı sahibi olan həmin mayorun kimə güvənərək qanunlara meydan oxuması və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində baş verən digər ilginc maxinasiyalar haqda isə növbəti yazımızda daha geniş bəhs edəcəyik....
Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər- 18-ci otaqda kim pul yığır?
Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər- 18-ci otaqda kim pul yığır?
Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər- 18-ci otaqda kim pul yığır?
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO