Ramin Abdullayev Namiq Hümmətovun himayəsi altında terror qurbanlarını süründürür - İTTİHAM VAR...

12:58 9.04.2024 35
Ramin Abdullayev Namiq Hümmətovun himayəsi altında terror qurbanlarını süründürür - İTTİHAM VAR...

Krılovun təmsilləri bizim bəzi məmurların lap özlərinə oxşayır. Çexovun komediyalarının personajları da onların canına yapışır. Amma biz yenə də Axundovun “qəhrəmanları”na üstünlük veririk.

Nə də olmasa məmurlarımız öz milli tragikomediyamızdır. Yazarlarımız da onları bu gün üçün yazıblar. Sanki iki yüz il sonranı görüblər.

Kişilər görüblər ki, biri lap elə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevdir. “Yol əhvalatı” filmində Siyavuş Aslanın sözü olmasın, “adama nə qədər deyərlər, qurtar bu xırda-xuruş alverdən…”
Amma Ramin Abdullayev xırda-xuruş alverdən tutmuş yekə gəlirlərə qədər hər işə qol qoyur, baş kəsir. Onun tikinti şirkətləri ilə işbirliyi, yeyinti sərgüzəştləri artıq dillərdə dastandır.

Ən böyük tragik əməli isə Gəncədə erməni terrorundan zərər çəkən insanları indiyə qədər süründürməsidir. Hətta Hitlerin fürerləri bu dərəcədə əzazil olmayıblar, amma Ramin Abdullayev o hadisədən 4 il keçsə də, vətəndaşları incitməkdə davam edir.

Gəncə şəhərindəki 700-dən çox zərər görmüş, ya da məhv olmuş tikili hələ də öz aqibətini gözləyir. Bu işlər Ramin Abdullayevin keçirdiyi şifahi tenderlər yolu ilə özünə yaxın olan “Konqo” və “Parlaq” şirkətlərinə həvalə olunub. Hər iki şirkət üç il ərzində dövlət büdcəsini talan emtəkdən başqa iş görməyib. Aidiyatı şəxslır isə nə yoxlayır nə də danlşır. Sadəcə susmaq qlzlldır deyib ,,susurlar”.

Bu yekəlikdə korrupsiyanın başında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevin dayandığı bildirilir. Sual olunur:

Bəs, bu “milli fürer” – Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri olan Ramin Abdullayev bu cəsarəti haradan alır? Kimə belə arxayındır ki, oturduğu postda, əyləşdiyi kresloda onu istər Krılovun obrazı adlandır, istərsə Qoqolun “6-cı palatası”nın personajı söylə, Gəncə sakinlərinin problemləri ilə bağlı “tükünü də tərpətmir ki tərpətmir “.Çünki onun öz lideri, öz biət etdiyi şəxs var – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birnci müavini Namiq Hümmətov…

Namiq Hümmətov, “Axırıncı aşırım”da deyildiyi kimi, “Kərbəlayı oturub Qarabağlarda, külli-ixtiyarı da verib Qəmlonun əlinə” – o da bu səlahiyyətləri verib Ramin Abdullayevə. Onu əmin edib ki, qətiyyən narahat olma, sənin “krışa”n da mənəm , patronun da. Necə deyərlər arxanda da dağ kimi durmuşam, pul qazanmaq üçün istədiyini elə, sənə kimsə toxuna bilməz.

Bax, bu da bizim milli faciəmizdir. Çünki məmurlardan yarımamışıq. Onların korrupsioner, müştəbeh, xalqın və dövlətin puluna göz dikməsi azmış kimi, erməni terrorundan əziyyət çəkmiş Gəncə sakinlərinə belə diqqəti yoxdur.
Yəni məmur rüşvətxor da ola bilər, qanunsuz iş də görər, di gəl, onun bir vətənpərvərlik, millətsevərlik heysiyyatı olmalıdır. Fəqət belə görünür ki, Ramin Abdullayev və onun arxa-dayağı olan komitə sədrinin 1-ci müavini Namiq Hümmətovda bu keyfiyyətlər ya yoxdur, ya da tam məsuliyyətsiz, laqeyd adamlardırlar. Bu qədər laqeydlik olarmı? Gözıərinin helə də yaşı qurumayan şəhid analarımıza bacılarımıza göstərdiyimiz ,,qayğı” budurmu? Hər halda, buna oxucular qiymətə verə bilər.

Oxucu qiymətinə qədər artıq bu işə bir də Prezident Administrasiyası rəhbəri, hörmətli Samir Nuriyevin də hüquqi qiymət verməsinə ehtiyac var. Gəncə terrorundan zərər çəkənlər PA rəhbərinə xahiş və müraciətində qeyd edirlər ki, S.Nuriyev adıçəkilən şəxslərin – məmur adına xələl gətirən Ramin Abdullayev və Namiq Hümmətovun bu süründürməçiliyi barədə tədbir görülməsi üçün müvafiq tapşırıq versin. Bəli, Gəncə camaatı inanır, inanır ki, əsrimizin “fürer”ləri haqda hörmətli Samir Nuriyevin də ədalətli rəyi olacaq. Hər halda, istər Prezident Aparatının rəhbəri, istərsə də Baş purokrorluq ,hüquq mühavizı orqanları , 4 ildir davam edən bu özbaşınalıqdan agah olsa, komitə sədrinin müavini və Abdullayevin vəziyyəti heç də yaxşı olmayacaq…Dia-az.info

Ardı var…
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO