Mahirə Osmanlı - 50

10:19 6.04.2024 121
Mahirə Osmanlı - 50

İşıqlı, iffətli həyat aynası - Mahirə Osmanlı

Ömür arzulara aynadır. İnsan bu aynada necə var, elə də görünür. Ömrü gah yaza, gah da payıza döndərən illər isə insana xəbər vermədən sürətlə ötüb keçir. İllər keçdikcə də insan yalnız xatirələrin qoynunda çırpınır. Bu minvalda, mətanətli xanım, fədakar həyat yoldaşı, əzəmətli qadın, övladlarının xoş ovqatla böyümələri üçün saçlarını süpürgə edən Mahirə Osmanlı da ömrünün 50-ci pilləsini qalxır və bura necə gəlib çıxdığından xəbər tutmayıb. Bəlkə də ailəsi, dostlar-tanışlar onu 50 yaşı münasibətilə təbrik edəndə bilib ki, artıq ömrün yarı çağındadır, xatirələr onu da qoynuna alıb...
Mahirə xanım tək bir ailənin yox, onu tanıyan qohum-əqrabanın dəyər verdiyi, xüsusi hörmət etdiyi, böyük-kiçik yeri bilən insandır. Onun insanlıq fəhmindən ailəsinin, övladlarının qəlbinə işıqlı həyat nəğmələri hopub. Çünki o, həm də həyatı dərindən dərk edən işıqlı bir anadır. O, bu şahanəlikdə həyatı öz yaşantıları ilə eyni ahəngdə birləşdirib. Həmçinin, böyüklərindən aldığı tərbiyə ilə müasir həyatın nəbzini də tutmağı bacarıb, həyatın gözəlliklərini duyğu selində həmişə işığa batırıb. Ona görədir ki, ailəsi, övladları bu qədər işıqlı insanlardır...
Məhz həyat yoldaşı Vüqar da onun ailəcanlı, halal iffətli bir qadın olduğunu elə aşağıdakı işıqlı misralarla ifadə edib:

Gözaltı baxışı, incə yerişi,
Bir də qara xalı, zərif bədəni,
Görəndə üzündə siyah telini,
Ağlımı başımdan alıbdır mənim.

Döyünür eşqinlə sinəmdə ürək,
Yolunu gözlərəm əldə gül-çiçək,
Bu fani dünyada sevib-sevilmək
Hər zaman başımın tacıdır mənim.

Olsa da eşqində ağrı-acılar,
Yaşadar Vüqarı sənli arzular.
Gizli yox, lazımsa, deyim aşikar,
Osmanlı Mahirə yarımdır mənim.


Vüqarın bu şeiri 1992-ci ildə yazılıb. İllər sürətlə ötüb keçib. O, həyat yoldaşına bu il - 2024-cü ildə ad günü ilə əlaqədar yeni bir şeir yazıb, orada da onun daxili insan məziyyətlərini fövqəl hislər kimi ifadə edib:

Bu gün tamam olur düz əlli yaşın,
Əlli yaşın iqbalına can deyim.
Çoxdur ürəyimdə sənli arzular,
Bu hisləri anlayana can deyim.

Sənsən ürəyim də, sənsən canım da,
Olasan həmişə mənim yanımda.
Mən də səninkiyəm, balalarım da,
Qızlarına, Cəlalına can deyim.

Mahirə, Vüqar səni hara aparır?
Əlliyə çatdırıb, yüzə aparır.
Ürəyin istəyən yerə aparır,
Apardığı o ünvana can deyim.


Bu şeir parçalarından da görünür ki, Vüqarın həyat yoldaşı və övladları üçün döyünən ürəyi bir xalıya bənzəyir. Onun lirik qənaətləri bu «xalı»dakı buta və ilmələrə bənzəyir. Hər iki şeirdəki məna xoş, ürəyəyatan fikirlərlə doludur. Onun həyat yoldaşına olan sevgisi bu şeirlərdə təkcə bir təbrik mətni deyil, həm də yaşadıqları həyatın fövqüdür.
Ailəsinə olan sevginin gücünə bax ki, Vüqar həyat yoldaşına olan hislərini şeirlə ifadə edir. Onun aşağıdakı şeiri də elə bu zərurətdən qaynaqlanır:

Nə qədər gözlərim sözümə baxır,
Sənin gül üzünü görməliyəm mən.
Nə qədər ki, dilim söz tutur hələ,
Səni sevdiyimi deməliyəm mən.

Könlümdə yüz istək, min arzu vardı,
Eşqinlə yaşayıram gör neçə vaxtdı.
Bu, alın yazısı, yoxsa ki, baxtdı,
Həyatım boyunca bilməliyəm mən.

Ömrünün əllisindən otuzu mənli,
Hörmətim, izzətim aşikar, bəlli.
Sənsiz bu dünyada mən yalqız, dəli,
Qismət olsun, yüzdə də səninləyəm mən.

Mahirə hər zaman nəfəsimdədi,
Etibar, sədaqət hədəfimdədi,
Vüqarın məhəbbəti bil, əbədidi,
Bunu dönə-dönə deməliyəm mən.


Bu şeirdə də əsl sevgi notları təlatümdədir. Bəlli olur ki, Vüqar həyat yoldaşına nə qədər bağlıdır. Bu, təkcə mahirəyə sevgi deyil, həm də ona bir hörmət hissidir.
Vüqarın təbrik sözlərindəki hislər əvvəlcə cizgi kimi görünür, sonra öz rənginə və ruhuna dolur, o, bu hisləri böyük bir gül dəstəsi kimi həyat yoldaşına təqdim edir.
Altı aprel Mahirə Osmanlının ad günüdür. Mahirə Osmanlı 06.04.1974-cü ildə Gürcüstan Respublikası Qardabani rayonunun Kalinino kəndində anadan olub. 1981-ci ildə 1-ci sinfə gedib. 11- ci sinfi 1989-90-cı illərdə Şıxlıda oxuyub. 1990-cı ildə BDU-ya qəbul olub, 1995-ci ildə oranı qurtarıb. Həmin ildən də qüsurlu uşaqların təlim-tərbiyyəsi ilə məşğul olan xüsusi məktəbdə riyaziyyat müəllimi kimi çalışır. Ailəlidir, 2 qızı, 1 oğlu və 1 nəvəsi var.
2024-cü il sentyabrın 11-də Vüqarla Mahirə Osmanlının evliliklərinin 30 ili tamam olacaq. Heç şübhəsiz, həmin an da Vüqarın içində həyat yoldaşına lətafətli bir şeir cücərəcək.
Əlli yaşınız mübarək, hörmətli Mahirə Osmanlı! Siz bu illəri elə-belə yaşamamısınız. Cəmiyyətə, ailənizə həmişə bağlı olmusunuz, neçə illərdir də qüsurlu uşaqların təlim-tərbiyyəsi ilə məşğulsunuz. Belə bir çətin sahədə mütəmadi işləyə bilmək özü də bir şərəf hissidir. Siz bu sahədə də ömrünüzün işıqlı anlarını gələcəyin neçə-neçə qurucusuna fəda etmisiniz və edirsiniz. Allahdan sizə möhkəm can sağlığı, uzun və daha mənalı ömür arzulayır, həyat yoldaşınızla birlikdə həmişə övladlarınızın həyat, tale sevincini yaşamağı-dadmağı diləyirik.
Dərin hörmətlə:

Xəyal İmrə
Mahirə Osmanlı - 50
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO