Nazirlər Kabinetinin vəzifəli şəxsi ilə “Göyçay-Şərab” ASC arasında MƏHKƏMƏ qalmaqalı - İLGİNC İDDİALAR...

20:31 3.04.2024 39
Nazirlər Kabinetinin vəzifəli şəxsi ilə “Göyçay-Şərab” ASC arasında MƏHKƏMƏ qalmaqalı - İLGİNC İDDİALAR...

“Göyçay-Şərab” ASC-nin rəhbəri Naib Kərimov Nazirlər Kabinetinin qəbul şöbəsinin baş inspektoru Qurban Sadıqov tərəfindən şantaj olunduğunu iddia edir.

Reportyor.info xəbər verir ki, bu barədə müraciət edən müəssisə rəhbəri Naib Kərimov bildirib ki, Qurban Sadıqov onun barəsində məhkəmələrdə əsassız iddialarla çıxış edərək onlardan külli miqdarda pul tələb edir:

Qurban Sadıqov “Göyçay-Şərab” ASC-nin adına necə kredit götürüb?

“2000-ci ildən “Göyçay- Şərab” ASC-yə rəhbərlik edirəm. Bu günə qədər müəssisəmizin heç bir banka borcu olmayıb və adı hər hansı məhkəmə çəkişməsində hallanmayıb. Qurban Sadıqov vəzifəsindən sui-istifadə edərək məhkəmələrdə əsassız iddialar qaldırıb, “Göyçay-Şərab” ASC-dən külli miqdarda pul tələb edir. Halbuki özü bizim müəssisənin adına bankdan yüksək məbləğdə kreditə pul götürüb və öz məqsədləri üçün xərcləyib. İndi də həmin pulu bizdən tələb edir. 2016-cı ildə Qurban Sadıqov o vaxt qudası, həm də mənim dostum olan Loğman Məmmədov vasitəsilə mənə yaxınlaşdı. Pula ehtiyacı olduğunu, lakin bankdan kredit götürməkdə çətinlik çəkdiyini bildirdi. Xahiş etdi ki, “Göyçay- Şarab” ASC-nin adına kredit götürülüb ona verilsin. Hətta “Paşa Bank”ASC-də özünün tanışları olduğunu dedi. Müəsssisəmisin adına götürdüyü kreditin müqabilində isə “Göyçay-Şərab” ASC-nin Nazirlar Kabineti səviyyəsində biznesinin genişləndiriləcəyinə vədlər verdi. Kreditin ödənilməsində heç bir problemin yaranmayacağını, özünün zamin olacağını və banka vaxtı-vaxtında pulu qaytaracağını dedi. Hətta bunun üçün ailasinə və qohumlarına məxsus 6 daşınmaz amlakı da kreditin taminatı kimi banka ipoteka qoyacağını söylədi. Mənim iştirakım olmadan “Paşa Bank”ın Bakıxanov küçəsi, Bridge Plazada yerləşən filialına gedib və kreditin bütün şərtləri ilə razılaşıb”.

750 000 min manat kimə verilib?

Naib Kərimov deyib ki, Qurban Sadıqovun xahişi ilə “Göyçay-Şarab” ASC-nin adına özünün əmlaklarını gorov qoymaqla “Paşa Bank”dan 750000 manat kredit götürülüb və tanışı Natiq Məmmədova verilib:

“Qurban Sadıqov bundan əvvəl də əmlkalarını girov qoyub kredit götürmək istəyib. Lakin bank kredit verməyib. Bundan sonra Qurban Sadıqov Loğman Məmmədov vasitəsi ilə məndən xahiş etdi ki, kredit “Göyçay-Şərab” ASC-nin adına rəsmiləşdirilsin. Bir məqamı qeyd edim ki, götürülən kreditin müqabilində banka Qurban Sadıqovun əmlaklarını giro qoyulub. Yəni, “Göyçay-Şərab” ASC girovluqda olmayıb.

Götürülən məbləğ isə elə bank filialının binasının yanında Qurban Sadıqovun tapşırığı ilə tanışı Natiq Məmmədova verilib. Bu proses isə Natiq Məmmədovun direktoru olduğu “Finans İnvest” Bank olmayan kredit taşkilatı MMC-ya maxsus NİVA 212140 markalı 99AM841 dövlat qeydiyyat nişanlı avtomobildə baş tutub. Həmin vaxt şahid kimi orada Namiq Bahəddin oğlu Mirzəyev, Hüseyn Nizam oğlu Rüstəmov, Rafiq Şamil oğlu Quliyev də iştirak edib. Daha sonra Natiq Məmmədov pulu Qurban Sadıqova çatdırıb. Bunu Qurban Sadlqovun özü də telefon vasitəsilə təsdiqləyib”.

Bank əməkdaşlarının ifadələri…

Naib Kərimovun sözlərinə görə Qurban Sadıqov banka olan borcunu yubatsa da, bununla bağlı xəbərdarlıqlar “Göyçay-Şarab” ASC-yə deyil, elə Qurban Sadıqovun özünə gəlib:

“Çünki bank da bilirdi ki, krediti Qurban Sadıqov götürüb, o da qaytarmalıdır. Bunu bank işçiləri də məsələ ilə bağlı keçirilən məhkəmə proseslərində təsdiqləyiblər. Təkcə onu nümunə gətirim ki, Qurban Sadıqovun bizə qarşı qaldırdığı Nərimanov rayon məhkəməsindəki iddia prosesində şahid qismində dindirilən “Paşa Bank”-ın işçiləri İntiqam Rövşən oğlu Əliyev və Cavid Cavan oğlu Mansurov kredit borcunun Qurban Sadıqova məxsus olduğunu və özü ödəyəcəyini bildiriblər. Hətta 2017-2018-ci illərdə krediti ödənilməsində külli miqdarda borcu yaranan Qurban Sadıqov ailəsinə məxsus Mersedes Galenvagen markalı avtomobili və Yasamal rayonu ərazisində yerləşən mənzili satmaq üçün bank işçilərindən xahiş edib. Bank əməkdaşları isə həmin əmlaklara baxış keçiriblər. Qeyd edim ki, Qurban Sadıqov götürdüyü 750 000 manatı uzun müddətə olsa da banka tam ödəyib”.

Qurban Sadıqovun vəkili şantaja niyə keçib?

Şikayətçi Qurban Sadıqovun “Göyçay-Şərab” ASC-yə qarşı qaldırdığı əsassız iddianı anlamadığını bildirib:

“Bu adam bizdən nə istəyir onu anlamıram. Heç bir fakta və reallığa söykənməyən iddialarla məhkəməyə müraciət edib. Əvvəlcə Nərimanov rayon, daha sonra isə Apelyasiya məhkəmələrində işə baxılıb. Hər iki məhkəmədə direktoru olduğum “Göyşay-Şərab” ASC-nin xeyrinə qərar verilib. Biz krediti onun götürdüyünə dair bütün sənədləri, səs yazılarını, və lazım olan materilları məhkəməyə təqdim etmişik. Hər iki məhkəmədə işə obyektiv baxılıb və sübuta yetirilib ki, Qurban Sadıqovun qaldırdığı iddia absurddur. Buna baxmayaraq yenə də bizə böhtan atır və 750000 manat məbləği bankdan guya bizim götürdüyümüzü iddia edir. Onu da deyim ki, işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən məhkəmə müəyyən edib ki, Natiq Məmmədova (pulu qəbul edən şəxs) Qurban Sadıqov və onun vəkili Əjdər Sarıyev tərəfindən təzyiqlər edilib. Bu adam vəkilini də bu işə alət edib. Vəkili Əjdər Sarıyev Natiq Məmmədova hədə-qorxu gələrək, məhkəmə instansiyalarında Qurban Sadıqovun xeyrinə ifadə verməsini tələb edir. Bu faktla bağlı Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2023-cil ii tarixli qərardadı ilə şahid Mərnmədov Natiq Seyid Həsən oglunun birinci instansiya rnəhkərnəsi baxışı zarnanı ifadə verərkən şahidi yalan ifadə verməyə məcburetmə cinayətin əlamətlərinin olub-olrnadığının müvafiq qaydada araşdırılrnası ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilrnəsi qərara alınıb”.

Qurban Sadıqov Loğman Məmmədovun adını niyə hallandırır?

Naib Kərimovun sözlərinə görə Qurban Sadıqovun vaxtilə qudası olmuş Loğman Məmmədovla da 2020-ci ildən başlayaraq məhkəmə çəkişməsi olub. 2023-cü ildə bütün məhkəmə instansiyaları təsdiq edib ki, Qurban Sadıqov və onun ailəsinin Loğman Məmmədova külli miqdarda borcu var. Son Ali Məhkəmənin qərarında Qurban Sadıqov və onun ailəsinim Loğman Məmmədova olan boru öz təsdiqini tapıb. Uzun müddət gedən məhkəmə qalmaqalında Qurban Sadıqov bir dəfə də olsun “Göyçay-Şərab” ASC-nin adından şikayət etməyib və heç bir iddia qaldırmayıb. Sadəcə sonuncu Ali məhkəmənin qərarından sonra Qurban Sadıqov Loğman Məmmədova külli miqdarda pul uduzduğunu görüb şantaj formasında zavoddan şikayət etməyə başlayıb. Ona görə də hazırda Qurban Sadıqov şərab zavodunu şərləmək istəyir və saxta üsulla varlanmaq istəyir.

Nərimanov və Apelyasiya məhkəmələrinin qərarı…

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6266/2023 saylı 19.12.2023-cü il tarixli qətnaməsi ilə Qurban Sadıqovun “Göyçay-Şarab” ASC-ya qarşı 7S0000 manat pul üstəgəl bank faizlərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməyib.

Şikayətçinin bildirdiyinə görə hazırda Qurban Sadıqov sözügedən iddiası ilə yenidən Ali Məhkəməyə müraciət edib. Bu addım isə ona, rəhbərlik etdiyi “Göyçay- Şərab”ASC-yə, eləcə də orada çalışanların işgüzar nüfuzuna xələl gətirir:

“Qurban Sadıqovun iddiaları tamamilə əsassızdır. Yalan və heç bir fakta söykənməyən məlumatlarla indi də Ali Məhkəməyə şikayət edib. Ümid edirəm ki, Ali Məhkəmə də Qurban Sadıqovun və onun vəkili Əjdər Sarıyevin hərəkətlərinə obyektiv qiymət verəcək”, – deyə Naib Kərimov qeyd edib.

Onu da əlavə edək ki, Naib Kərimov Qurban Sadıqovun bankla olan kredit müqaviləsi, 2016 və 2018-ci illərdə zaminliyini təsdiq edən sənədləri, eləcə də məhkəmə qərarlarını redaksiyamıza təqdim edib.

Bununla yanaşı “Bank Olmayan Kredit Təşkilatı Caspian İnvest” MMC-nin rəhbəri (pulu Naib Kərimovdan alan Natiq Seyid Həsən oğlu Məmmədov da öz növbəsində Bizim.Media-ya müvafiq sənədlər təqdim edib. Həmin sənədlərdə qeyd olunub ki, o, tanışı Qurban Sadıqovun “Paşa Bank”dan “Göyçay-Şərab” ASC-nin adına kredit götürülməsi, rəsmiləşdirilməsi və məbləğin Qurban Sadıqova şəxsən verilməsində iştirak edib. Bildirib ki, bankdan kreditlə götürülən 750000 manatın və üstəgəl bank fazilərinin Loğman Məmmədova və “Göyçay-Şərab”ASC-yə aiddiyəti yoxdur. Bu barədə Apelyasiya Məhkəməsinə də yazılı müraciətlər edib.

Məhkəmə çəşişməsi ilə bağlı Qurban Sadıqovla əlaqə yaratsaq da, məsələyə mövqe bildirmək istəməyib.(Reportyor.info)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO