“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə işbirliyində olan şirkətlər dövlətə nə qədər ziyan vurur

13:50 3.04.2024 38
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə işbirliyində olan şirkətlər dövlətə nə qədər ziyan vurur

Məlum olduğu kimi martın 26-da Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirilib və Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib. Eyni zamanda, “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi E.Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıb.

Müşavirədə həm də Bakı şəhərində aparılan abadlıq-quruculuq işlərinin vəziyyəti müzakirə edilib. Sözügedən sahədə aparılan müzakirələrin tam təfərrüatı açıqlanmasa da bəllidir ki, son dövrlər paytaxtda görülən əsaslı tikinti və təmir məsələlərinə diqqət yönəldilib.

Məlum olduğu kimi Bakı şəhərində abadlıq-quruculuq işlərinin həyata keçirilməsini ancaq İcra Hakimiyyətinə tabeli Mənzil-Kommunal Təsərrüfatı Departamenti, qurumun rayon idarələri və “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti təmin edir. Son illər Bakı şəhər İcra Hakimiyyətinə tabeli qurumların, “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rayon idarələrinin ərazilərində əsaslı tikinti və təmir məsələlərinə hər il dövlət büdcəsindən milyonlarla manat dövlət vəsaitinin ayrıldığı da heç kimə sirr deyil.

Qeyd edək ki, son dövrlər elektron mediada Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon idarələri tərəfindən keçirilən şübhəli tenderlərlə bağlı çoxsaylı təkzibolunmaz məlumatlara rast gəlinir. Elə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti, təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarət üçün hələ 2019-cu ilin fevralında yaradılmış “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin də adı bu mənada az hallanmır.

Aktualinfo.org “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin Eldar Əzizovun təbirincə desək Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunması ətrafında apardığı yeni araşdırmanı diqqətinizə çatdırır.

“Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC son illər Bakı şəhərində əsaslı tikinti və təmir, abadlaşma işlərinin həyata keçirilməsi məqsədi ilə onlarla şirkətlə yüz milyonlarla manat dəyəri olan satınalma müqavilələri bağlayıb. İqtisadçı olmayan hər bir kəs də bu satınalmalara diqqət etdikdə büdcə vəsaitlərindən heç də səmərəli istifadə olunmadığını görər. “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin müqavilə bağldığı şirkətlərin böyük əksəriyyətinin fəaliyyəti şübhəli məqamlarla doludur. Apardığımız araşdırmada o da məlum oldu ki, bu şirkətələr dövlətə həm də hərtərəfli ziyan vurur. Həm büdcədən ayrılan vəsaitləri talamaqla, həm də dövlətə olan vergi öhdəliklərindən yayınmaqla. “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin belə şirkətlərlə bağladığı yüzlərlə müqavilələrdən bir neçəsini diqqətinizə çatdırırıq.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “STAR CONSTRUKTION-12” MMC ilk satınalma müqaviləsi 19.03.2020-ci ildə Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması üzrə bağlanılıb. Dəyəri 16.983.435,6 manat.

19.03.2020-ci ildə məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalınması üzrə 2.592.341,98 manat.

11.06.2020-ci ildə sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinin satın alınması üzrə 2.993.911,36 manat.

03.06.2021-ci ildə Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri üzrə 16.559.900 manat.

10.06.2021-ci ildə Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması üzrə 13.470.942,89 manat.

23.11.2021-ci ildə Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması üzrə 9.892.535,44 manat.

Göründüyü kimi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “Star-Construktion-12” MMC iki ilə yaxın müddətdə ümumi dəyəri 62 493 064 manat olan 6 satınalma müqaviləsi bağlnılıb. MMC-nin hazırda dövlət vaxtında ödənməyən 4 316 025.46 manat vergi borcu var.

İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Star Construktion-12” QSC 4 mart 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Bayramov Mirsahib Atamalı oğludur. Azadlıq radiosunun araşdırmasında da şübhəli məqamlar üzə çıxıb: 2016-cı ilin martında yaradılan “Star-Construktion-12” MMC həmin ilin 3-4 ayı ərzində Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş Ucar rayon mədəniyyət idarəsinədək çoxsaylı dövlət qurumlarının keçirdiyi 27 tenderdən qalib ayrılıb. Cəmi 3 ay əvvəl yaradılan bir şirkətin hansı resurslarla ölkənin ən müxtəlif yerlərində eyni vaxtda təmir, abadlıq, mal və avadanlıqların təchizatını həyata keçirdiyi çox maraqlıdır.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “SKY PARADİSE CONSTRUCTION” MMC arasında Bakı şəhəri ərazisində yerləşən parklarda abadlıq işlərinin həyata keçirilməsinin satın alınması üzrə 6.582.988,72 manat məbləğində satınalma müqaviləsi 21.10.2022-ci ildə bağlanılıb. MMC-nin hazırda dövlət vaxtında ödənməyən 9 431 667.58 manat vergi borcu var.

Elektron mediada 14 Mart 2023-cü ildə yayılmış məlumata görə “Sky Paradise Construction” MMC-yə (VÖEN: 5500451631) gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib. bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. İşə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanov baxıb.
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “KASPİAN-AZ” MMC arasında Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması üzrə 26.459.081,61 manat məbləğində satınalma müqaviləsi 01.06.2022-ci ildə bağlanılıb. MMC-nin hazırda dövlət vaxtında ödənməyən 1 931 179.41 manat vergi borcu var.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “TRİLLİANT ENGİNEERİNG” MMC arasında Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmirinin satınalınması üzrə 34.335.999,98 manat məbləğində satınalma müqaviləsi 10.05.2022-ci ildə bağlanılıb. MMC-nin hazırda dövlət vaxtında ödənməyən 3 556 872.29 manat vergi borcu var. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15.08.2023 tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edilib.

Açıq mənbələrdə “TRİLLİANT ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində də heç bir məlumat yoxdu. Şəhərsalma və Arxitektura komitəsinin məlumatlarında “Trilliant Engineering” MMC 2020-ci ildə Əliyev Soltan Əlibala oğlunun sifarişi əsasında Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 5-ci küçə, 27C ünvanında 1 mərtəbəli, 97.12 kvadratmetr fərdi yaşayış evinin tikintisini həyata keçirib. Burada da bir qəribəlik var. Bakı şəhər İcra Hakimiyyətinə tabeli “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti nə üçün böyük həcmdə işlər görmüş və görə biləcək təcrübəli şirkətlərə deyil, cəmi bir mərtəbəli bir ev tikmiş MMC-yə 34 mülyonluq dövlət sifarişini həvale edib?

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “MODUL XIDMƏT” MMC arasında mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların alınması üzrə 16.436.951,6 manat məbləğində satınalma müqaviləsi 10.05.2022-ci ildə bağlanılıb. MMC-nin hazırda dövlət vaxtında ödənməyən 471014.98 manat vergi borcu var.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “TİKİNTİ TƏCHİZAT BƏRPA” QSC arasında mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların satın alınması üzrə 4.639.760 manat məbləğində satınalma müqaviləsi 08.10.2022-ci ildə bağlanılıb. MMC-nin hazırda dövlət vaxtında ödənməyən 2 234 640.35manat vergi borcu var.

Göründüyü kimi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yuxarıda göstərdiyimiz şirkətlərlə bağladığı satınalma müqavilələrində şübhəli məqamlar çoxdu. Belə ki, bu MMC-lərin hər birinin dövlətə külli miqdarda vergi borcu yaranıb. Sanki, hər biri bir neçə milyonluq tenderi udub aradan çıxıb.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əliyev Abit Sadıq oğludur. Bu o Abit Əliyevdir ki, Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra karyerasında yüz səksən dərəcə dönüş yaranmışdı. Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmiş Eldar Əzizov onunla yolunu hələ də davam etdirir. Eldar Əzizov sadıq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etdi. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri leqal nəzarəti həvalə etməyi üstün tutdu. Dövlət tərəfindən İcra Hakimiyyətinə şəhərdə abadlıq, təmir-tikinti işləri üçün ayrılmış vəsaitlər artıq Abit Əliyevin əli ilə paylanır. Yəni, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC heç bir iş görmür, sadəcə Bakı şəhər İcra Hakimiyyətindən pulu alıb, başqasına sıfariş edir. Bu da qurumun heç də dövlət vəsaitlərinin səmərəli istifadəsinə nəzarət üçün yaradılmadığından xəbər verir. Bunları yuxarıda göstərdiyimiz faktlar da təsdiq edir.

Bütün bu göstərilənlərdən sonra hesab edirik ki, BŞİH-də bir müşavirə də dövlət vurduğu hərtərəfli ziyanın qarşısının alınması məqsədi ilə, təcili olaraq “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin direktoru Abit Əliyevin fəaliyyətinin araşdırılması üçün çağrılmalıdır.

Aktualinfo.org
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO