Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...

10:57 18.03.2024 48
Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...


“Dəryaz” qəzetinin internet saytında təqdim olunan “Sevda Məmmədovanın “69-u” yaş senzi tanımır” sərlövhəli, “Qazağın səhiyyə direktorunun bütün sülaləsi vəzifə basındadır” yarımbaşlıqlı birinci, “Qazağın səhiyyə direktoru xəstəxananın əmlakını “Əriklik”dəki villalarına daşıyıb” adlı ikinci məqalələr oxucular tərəfindən maraqla qarşılanıb. Qazax səhiyyəsindəki problemlərdən və Sevda Məmmədovanın qohumbazlığından yaxşı xəbərdasr olan rayon sakinləri redaksiyamıza rayon mərkəzi xəstəxanasında tüğyan edən özbaşınalıqlara dair əlavə informasiyalar veriblər. Ən əsası isə, məlumatlarla xanım baş direktorun xəstəxananın köhnə Doğum Evindən iki ədəd 60 tonluq su çənlərini villalarına apartdırdığı təsdiqlənib, özünü tibb bacısı kimi tanıdan Musayeva Arzu adlı sanitarın adı gecə növbəsinə yazılsa da, gecələr növbəyə çıxmaması, ixtisası olmadığı halda xəstələrə iynə vurması, tibb bacısı Ülviyyə Qocayevanın isə həkim kimi təqdim olunması və s. neqativ hallar davam etməkdədir. Baç direktor Sevda Məmmədovanın da tənqidi yazılara münasibəti məlumdur: “Nə oldu, yazdınız, məni də çağırdılar mərkəzə (Rayon İcra Hakimiyyəti nəzərdə tutulur-red.), gedib hər şeyi qaydaya qoydum”

Bu dəfə redaksiyamıza daxil olmuş video-çəkilişlə müşayiət olunan şikayətdə bildirilir ki,Qazax mərkəzi xəstəxanasında diş həkimi azyaşlı xəstəni valideynlərinin gözü qarşısında döyüb.

Belə ki, Ağstafa rayonunun Poylu kəndindən olan 6 yaşlı Qurbanlı Yusif Emil oğlu diş ağrısı ilə Qazax Rayon Xəstəxanasına aparılıb. Onu xəstəxananın Stamotoloji şöbəsinə yönləndiriblər. Ailə bildirir ki, stomatoloq Rövşən Məmmədov azyaşlının dişlərinə baxdıqdan sonra onu ilk əvvəl rentgenə göndərib, daha sonra dişin cəkilməsinə qərar verib. İlk əvvəl iynə vurub. Elə hər şey də iynənin vurulmasından sonra başlayıb. Azyaşlının anası iddia edir ki, həkim iynəni dişinə vurmaqla yanaşı, həm də alt dodağına sancıb. Bu vəziyyətdən ailə narahat olduğunu deyir. Ailə üzvlərinin sözlərinə görə, bu azmış kimi, həkim aqressivlik nümayiş etdirərək, övladlarının ilk əvvəl çənəsinə alətlə, daha sonra ayaq nahiyəsindən əli ilə sərt şəkildə vurub. Bundan sonra uşağın atası Emin ilə həkim Rövşən Məmmədov arasında mübahisə düşüb.

Öyrəndik ki, adı cəkilən diş həkimi Rövşən Məmmədov Qazax rayon mərkəzi xəstəxanasının direktoru Sevda Məmmədovanın dayısı oğludur. O, stomotoloji şöbənin müdiri imiş. Stomotoloji şöbənin digər bir həkimi də xəstəxana direktorunun bacısı Hüsniyyə Məmmədova adlı həkimdir. Üstügəl, bu həkimin də Kərim və Günay adlı övladları da dövlət xəstəxanasında özlərinə yer ediblər. Kefləri istəyəndə xəstəxanaya gəlib — gedirlər, amma bununla paralel olaraq özəl klinikada işləyirlər. Maraqlı burasıdır ki, Sevda Məmmədovanın bacısı Hüsniyyə Məmmədovanın oğlu Kərim xalasından (himayədarından) ilhamlanaraq xəstəxananın stomatoloji şöbəsinə rentgen aparatı gətirib. Sadəcə, bu həkim özü ücün pasiyentlərdən pulu toplayaraq cibinə işləyir. Bir sözlə, xəstəxananın direktoru Sevda Məmmədova yaxın qohumlarını bir yerə toplayaraq, sanki ailə xəstəxanasını qurub. Amma bu adama “gözün üstündə qaşın var” deyən yoxdur. Bilidrildiyinə görə, Sevda Məmmədovanı həm də Qazax rayon İcra Hakimiyyətinin başcısı olan Rəcəb Babaşov himayə edir.

Xatırladaq ki, Sevda Məmmədova və onun alçaq itaətinə boyun əyən yandaş səhgiyyə işçiləri əvvəlki məqalələrə mövzu vermiş şikayətçi Siranuş Eyyubovanın üstünə yalnız daşıdığı ada görə iftira ataraq, onun milli mənsubiyyətinə məsxərə etmişdilər. Görəsən, xəstəxana rəhbərliyi müalicə etmək əvəzinə döydüyü azərbaycanlı uşağı da “sıpa” adlandıracaq?

Əgər həkim azyaşlı xəstəni valideyninin gözü qarşısında döyürsə, təxmin etmək olar ki, o xəstəxanada yiyəsi yanında olmayan xəstələrlə necə qəddarcasına davranırlar.

Mövzuya qayıdacağıq.

Deryaz.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO