Bayrağımıza sayğısızlığı bir yana... - FOTO, VİDEO

11:26 8.03.2024 56
Bayrağımıza sayğısızlığı bir yana... - FOTO, VİDEO

Gundemxeber.az-ın əldə etdiyi məlumatlaradan, video-çəkilişdən aydın oldu ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəsi Muradov Nazim Abusət oğlu, həm üçrəngli Azərbaycan bayrağına hörmətsizlik edir, həm də media qurumlarının əməkdaşlarına qarşı sui-qəsd etmək planı düzüb qoşur. Baş verən olayla bağlı yayımlanan çəkilişi gördükcə, sanki özözlüyümüzdə dəhşətə gəldik. Yəni, həmin çəkilişdən görünür ki, şəhər üzrə nümayəndə Nazim Muradov üçrəngli Azərbaycan bayrağını rəhbərlik etdiyi inzibati binada yağış sularının axıdılması üçün nəzərdə tutulan su-boru xəttinə bağlatdırmış və belə bir səbəbdən də, bayrağımız olduqca yarasız görkəmə düşmüşdür. Sual oluna bilər ki, görəsən Masallı rayonunda strateji bir sahəyə rəhbərlik edən bu şəxsin, üçrəngli Azərbaycan bayrağına nifrət etməsinə səbəb nədir? Məgər, həmin bayrağı şəhər üzrə nümayəndəliyin giriş qapısının üst hissəsinə, yaxud da binanın daha görkəmli yerinə asmaq olmazmı? Yəqin ki, olar! Deməli, xalqımızın qanı-canı bahasına əldə etdiyi və bu gün də qoruyub yaşatdığımız üçrəngli Azərbaycan bayrağının, Nazim Muradovun rəhbərlik etdiyi şəhər üzrə nümayəndəliyin binasında çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su-boru xəttinə bağlanmasının hansısa səbəbi var. Bu haqda geniş ictimaiyyət məlumatlı olmasa da, yəqin ki, şəhər üzrə nümayəndə lazımınca məlumata malikdir ki, o, bayrağımıza qarşı belə bir hörmətsizliyin olmasına göz yumur.

Digər tərəfdən, Nazim Muradovun Azərbaycan bayrağına qarşı qol qoyulan hörmətsizliyi ictimailəşdirən media qurumunun Çinarə adlı xanım əməkdaş(lar)ına qarşı sui-qəsd edəcəyi ehtimalı da, məhz ortaya düşündürücü sualların çıxmasına səbəb olur. Yəni, həyata keçirilən çəkilişdən görünür ki, xanım əməkdaş danışığı zamanı dönə-dönə bildirir: “Biz Nazim Muradov tərəfindən həyatımıza ola biləcək zoraklıqların, sui-qəsdin qarşısının alınması üçün, ilk öncə DİN-nin 102 xidmətinə zəng etməyə, daha sonra isə polis əməkdaşlarının köməyindən istifadə etməyə məcbur olduq”. Bəli, çəkiliş xanım jurnalistin söylədiklərini tam şəkildə təsdiq edir. Deməli, polis əməkdaşlarının qətiyyətli addımları olmasaydı, o halda xanım jurnalistlərin həyatları hansısa acı sonluqla nəticələnərdi. Bütün bunlar onu söyləməyə əsas verir ki, Masallı RİH başçısının Masallı şəhər üzrə nümayəndəsi Nazim Muradovda nə vətən, nə xalq, nə də ki, üçrəngli bayrağımıza qarşı sevgi hissi formalaşmayıb. Belə olan halda, görəsən bu şəxsin strateji bir sahəyə rəhbərlik etməsinə nə dərəcədə mənəvi haqqı çatır? Yəqin ki, yox! Görünən dağa nə bələdçi?!
Daha ətraflı video görüntüdə izləyə bilərsiniz.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO