Paşinyan uçurumun kənarına çatdı - İNCƏLƏMƏ

11:09 6.03.2024 39
Paşinyan uçurumun kənarına çatdı - İNCƏLƏMƏ


Ermənistanın baş naziri Nikol Paşinyan hökumət üzvləri ilə qapalı görüşdə bəyan edib ki, ölkə Avropa İttifaqına üzvlük müraciətini ən geci payıza qədər Brüsselə yollamalıdır.

Yenixeber.org: N.Paşinyan açıq şəkildə bildirib ki, Rusiyanın təsirini azaltmaq və Moskvadan uzaqlaşmaqla bağlı Qərb ermənilərdən "konkret, praktiki qərarlarla addımlar" tələb edir: "Qərbin məqsədi Rusiyanı bölgəmizdən sıxışdırıb çıxarmaqdır".

Ermənistanın baş naziri hesab edir ki, Moskva artıq İrəvana arxa çevirdiyindən ermənilərin Qərbin tələblərini icra etməkdən başqa çıxış yolu qalmayıb.

İrəvandakı "Hraparak" qəzetinin əldə etdiyi məlumatlara görə, Ermənistanın xarici siyasət kursunda köklü dəyişikliklər etmək üçün zəruri etimad votumunu almaq məqsədilə N.Paşinyan Ermənistanda konstitusion referendum keçirmək istəyir.

Ermənistanda yaşanan proseslərin mahiyyəti kənardan baxışla daxildəki qarşıdurmaların kəskin təzadlarda olduğu müstəvidə nəzərdən keçirilərsə, fikrimizcə, daha doğlun mənzərə alına bilər.

N.Paşinyan hakimiyyətinin xarici siyasət kursunun nöqsanlarla zənginliyi ilə yanaşı, konkret istiqamətdən məhrum olduğu aydın görünür. Eyni zamanda, İrəvan müəyyən mənada "erməni bloku" adlandrıla biləcək hərbi-texniki və siyasi-iqtisadi birliyin formalaşmasına çalışır.

Çox nikbin şəkildə "birlik" adlandırıla biləcək, bölgədə Azərbaycan-Türkiyə tandeminə qarşı situativ müttəfiqlik təsiri bağışlayan topluya Ermənistan, Fransa, Hindistan, Yunanıstan və Kipr daxildir.

Yunanıstanın müdafiə naziri Nikolaos Dendiasın İrəvana rəsmi səfəri zamanı onun erməni həmkarı Suren Papikyanla apardığı danışıqların qayəsini də tərəfdaşlığın gücləndirilməsi, Ankara və Bakının strateji müttəfiqliyinə qarşı "effektiv müqavimət yolları"nın aranması müzakirə olunub.

Eyni zamanda, Ermənistanla Yunanıstan arasında hərbi-texniki əməkdaşlığın gücləndirilməsi barədə qərar qəbul olunub.

İrəvan hərbi potensialını sürətlə gücləndirməyə, yeni hərbi-siyasi ittifaqlar qurmağa can atır və bu, Rusiyadan kənarlaşma, Moskvanın təsir dairəsindən çıxma cəhdləri ilə müşayiət olunur.

Nikol Paşinyan və komandası aktiv şəkildə anti-Rusiya narrativlərini gücləndirməyə, "erməni bloku" formalaşdırmağa meyillidirlər, niyyətlərini də gizlətmirlər.

Ancaq həmişə olduğu kimi, ermənilərin istəkləri ilə reallıq tərs mütənasibdir. Sürətlə silahlanmaq, hərbi potensialını gücləndirmək və xüsusilə hərbi blok təsiri bağışlayan işbirliyi formatını gerçəkləşdirmək üçün Ermənistan gərəkli potensiala, imkanlara, ən əsası, geosiyasi çəkiyə və diplomatik nüfuza malik deyil.

Hindistan, Fransa və Yunanıstanla bağlanmış hərbi-texniki anlaşmalar, xarici siyasətdə Fransaya istinad etmək, KTMT-dən çıxmaq istəyini bəyan etmək və bu kimi digər addımlar Rusiyanı, təbii ki, ifrat dərəcədə qıcıqlandırıb, Moskvanın səbr kasasını daşma həddinə çatdırıb.

Xüsusilə Ermənistanın əsas strateji müttəfiqi və "hami"si statusunda Rusiyanı əvəzləmək niyyətində olan Fransanın aktivliyi Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinə qətiyyən yol verməyəcəyini vurğulayan Rusiyanı hədsiz dərəcədə qıcıqlandırır.

Fransa prezidenti Emmanuel Makronun Ukraynaya NATO hərbi kontingentinin göndərilməsini təklif etməsindən sonra isə Moskvanın Parisə olan münasibətinin hansı formaya düşdüyünü nəzərə alsaq, Paşinyan administrasiyasını qarşıda heç də asan olmayan günlər gözləyir.

Yunanıstanla bağlı da təxminən eyni situasiyadır. Moskva ilə Afina arasındakı münasibətlərin indi Ukraynadakı hərbi əməliyyatlarda yunanların ABŞ-ni tam dəstəkləmələri və Rusiyaya qarşı sanksiyalar qatılmalarından dolayı kəskinləşdiyini nəzərə alsaq, İrəvanla Afina arasındakı sıx işbirliyi Rusiya üçün əlavə sinir amilidir.

Ukrayna ordusunu fasiləsiz silahlandıran Fransa ilə Rusiyanın satdığı zirehli texnikanı Ukraynaya hədiyyə edən Yunanıstanın Ermənistanda aktivləşmələrinə Moskva mütləq cavab verəcək.

Rusiyanın belə "qıcıqlandırıcı nüans"lara cavab stili məlumdur:

"Siz Rusiyaya qarşı yönəlmiş nə isə pis işlər görürsünüzsə, Rusiyadan lap ağır cavab gözləyin". Bu səbəbdən Fransa və Yunanıstla aktiv hərbi-texniki əməkdaşlığı daha da intensivləşdirən İrəvanın Moskvadan ala biləcəyi reaksiya kəskin, qəfil və gözlənilməz ola bilər.

Ermənistan hazırda ordusunun qalıqlarını sürətlə silahlandırmaqla yanaşı, hava hücumundan müdafiə sistemlərini bərpa etməklə yanaşı, yeniləməyə çalışır. İrəvan Fransadan, Yunanıstandan və Hindistandan antidron mübarizə vasitələri, zenit-raket kompleksləri, radiolokasiya stansiyaalrı alır. Eyni zamanda, reaktiv yaylım atəşi sistemləri, uzaqvuran artilleriya da əldə edən Ermənistan ilkin mərhələdə bərpa prosesini başa vurmaq niyyətindədir.

Məsələn, 44 günlük İkinci Qarabağ Müharibəsində Ermənistan ordusu 87 reaktiv yaylım atəş sistemini itirdi. Hindistandan 74 ədəd, yəni hər birində 3 batareya olan 4 divizion 214 mm çaplı "Pinaka" sistemini almaqla İrəvan itkilərin yerini doldurmağa çalışır.

Eyni zamanda, ilkin mərhələdə Hindistandan və Fransadan 28 haubitsa alacaq Ermənistan uzaqvuran artilleriya sistemlərini də bərpa etməklə yanaşı, gücləndirmək niyyətindədir.

İlkin hesablamalar aparsaq, sürətlə silahlanan Ermənistan yaxın iki ildə ordusunun müdafiə və hücum potensialını 2020-ci il səviyyəsinə çatdıraraq bərpa edəcək.

Ermənistan sonra dayanacaqmı? Əsla.

Nikol Paşinyan silahlanma prosesini daha da aktivləşdirmək, büdcədən ayrılan hərbi xərcləri ilbəil artırmaqda qətiyyətlidir.

Lakin Ermənistan ordusunu Azərbaycanın silahlı qüvvələri ilə paritet müstəviyə çatdırmaq üçün hərbi xərclərini minimum 4 dəfə artırmalı, 100-ə yaxın yeni kazarma inşa etməli, şəxsi heyətin döyüş və peşə hazırlıq səviyyəsini dəfələrlə artırmalı, maddi-texniki təminat, o cümlədən, nəqliyyat və loqistika ilə bağlı indiyədək primitiv səviyyədə görülən işləri müasir səviyyəyə çatdırmalıdır.

Sadalanan proseslərin yerinə yetirilməsi Ermənistandan nəhəng həcmdə vəsaitlə yanaşı, vaxt tələb edir.

Ermənilərin xəyallarındakı ideal situasiya belə olardı ki, onlar sürətlə silahlansınlar, xərcləri artırsınlar, Azərbaycan isə laqeyd müşahidəçi mövqe tutaraq, baş verənləri sakit seyr etsin.

Təbii ki, bütün bunlar illüziyadır və reallıqla heç bir əlaqəsi yoxdur.

Ermənistan ordusunun qalıqlarını nə qədər sürətlə silahlandırsa da, Azərbaycan ordusunda döyüş hazırlığı və təminat dəfələrlə artıqdır, daha da artıq olacaq.

Ermənilər bu qarşıdurmanı çoxdan uduzublar.

Paşinyan siyasi səhvlərlə yanaşı, ordu quruculuğunda da olduqca ciddi yanlışlıqlara yol verir.

Zaman keçdikcə, onlar fatal səciyyə ala bilər.(TREND)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO