Abşeron məktəblərində şantaj, anarxiya, tayfabazlıq... - Abdullayevadan faktlar

12:14 26.02.2024 46
Abşeron məktəblərində şantaj, anarxiya, tayfabazlıq... - Abdullayevadan faktlar

Abşeron rayon məktəblərində rüsvayçılıqlar baş verməkdədir. Anaxeber.info ötən gün məlumat vermişdi ki, onlardan biri rayonun 9 saylı tam orta məktəbində yaşanıb. Bu haqda vətəndaşlardan biri sosial mediada audio yazı yaymışdı. Həmin səsdə yuxarı sinif şagirdlərindən biri məktəbli qızı təhdid edir. Onu hədələyir ki, çılpaq fotolarını yayacaq. Sosial şəbəkədə həmin səsi yayan şəxs dövlət orqanlarına çağırış edir ki, Abşeron məktəblərində baş verən rəzilliklər barəsində ölçü götürülsün. Onun sözlərinə görə, məktəblərdə qruplaşmalar yaradılıb və şagirdlər şəbəkələşərək bir-birini votsap üzərindən biabır etməklə hədə-qorxu gəlirlər. Bu da göstərir ki, Abşeron təhsilində nizam-intizam yoxdur, tədris sıfırdır, şagirdlərə nəzarət edilmir, direktorların və Abşeron-Xızı Regional Təhsil idarəsi rəhbərinin başı ayrı işlərə qarışıb. Hətta təhsil şefinin qadın salonu açdığı iddiaları var. Ona görə də başı biznesdən açılmır və məktəblərdə vəziyyətlə maraqlanmır. Qeyd edək ki, bu günlərcə paytaxtın 156 saylı məktəbinin şagirdinə qarşı təhqiramiz hərəkətlərə yol verilmişdi və videosu yayılmışdı. İndisə Abşeronun 9 saylı məktəbində şagirdlərdən biri çılpaq fotolar yayacağı ilə həmcinsini təhdid edir. Bu da ciddi bir həyəcan təbili çalınmasını qaçılmaz edir. Anaxeber.info media üzərindən araşdırıb ki, ümumən Abşeron təhsilində anarxiya hökm sürür. Regional Təhsil İdarəsinin müdiri İlhamə Quliyevadır. O, 2022-ci ildə bu vəzifəyə təyin olunub. Lakin nə ondan əvvəlki rəhbər təhsilin keyfiyyətində, intizamda, rüşvət yığımında problemləri həll edib, nə İlhamə Abdullayeva özü...Son iki il ərzində vəziyyət olduğundan da pisdir. Bunun nəticəsidir ki, şagirdlər artıq şantajçı kimi yetişir. Fakt budur ki, bir məktəbli qız digərini lüt şəkillərini yayacağı ilə şantaj edir. Bu cür təhdid hallarının artması son dərəcə qorxuncdur. Abşeron məktəblərində nə baş verir ki, bu hallar yaşanır?! Görünür, İlhamə Abdullayeva tam başını buraxıb hər şeyin və işi biznes, gözəllik salonu, direktorlardan pul yığmaqdır. Bir müddət əvvəl istefada olan zabit Rzayev Vidadi Əsədulla oğlu Abşeron-Xızı Regional Təhsil İdarəsinin tayfabazlıq prinsipi ilə idarə olunmasından, ciddi korrupsiya faktlarından bəhs olununan yazı ilə çıxış etmişdi. Həmin materiallardan görünürdü ki, Abdullayeva Abşeron təhsilini hansı günə qoyub. Misal üçün Abşeron-Xızı Regional Təhsil idarəsin müdiri İlhamə Abdullayeva, Bakı şəhərindəki məktəblərdə direktor vəzifəsində çalışan yaxın qohumları Arifə Balakişiyevanı Xırdalan şəhəri 1 saylı orta məktəbə, Gülnaz Kərimovanı Xırdalan şəhəri 2 saylı orta məktəbə direktor vəzifəsinə yerdəyişmə edib. Sevinc Allahverdiyevanı (Arifə Balakişiyevanın doğma bacısı) da Sumqayıt şəhəri 36 saylı orta məktəbə direktor əvəzi təyin edib.
Sevinc xanımın Nicat adlı oğlunu da İlhamə xanım “öz idarəsində” təsərrüfat müdiri, yəni Abşeron rayonu üzrə TİQ-in rəisi vəzifəsinə təyin etmişdir. Sual olunur, bütün bu təyinatlar verilərkən, Korrupsiya haqqında Qanunvericiliyin, Maraqların toqquşması haqqında Prinsiplərin Tələbləri kobud şəkildə pozulmayıbmı?
Anaxeber.info zabitə istinadla bildirir ki, Abdullayevanın büdcə vəsaitlərini israf etməsi, həmkarlar birliyinin vəsaitlərini isə az qala şəxsi vəsaiti kimi, təyinatından kənar nəsnələrə sərf etməsi, onun bu əməllərindən əziyyət çəkən müəllim-işçi heyətinin də ciddi narazılığına səbəb olur. Abşeron-Xızı şəhər Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayeva haqda yayılan məlumatlardan birində onun gözəllik salonu biznesinə girişməsidir. Xəbər yayılıb ki, regional təhsil idarəsinin rəhbəri Abşeron ərazisində gözəllik salonu işlədir. Bir sözlə, təhsili bazara çevirmək belə olur... Amma biz mediada yayılan bu xəbərlərə görə qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Anaxeber.info
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO