Niyə nazirin əmri icra edilmir, problem nədir? - Ceyhun Bayramova ritorik sual...

13:15 11.08.2018 626
Niyə nazirin əmri icra edilmir, problem nədir? - Ceyhun Bayramova ritorik sual...

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin iştirakçısı olan bir iddiaçı Moderator.az-a aşağıdakı məzmunda şikayət məktubu göndərib:

Dünən Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin axırıncı günü idi.

Ötən il olduğu kimi bu il də vakant yerlər imtahanlardan sonra açıqlandı. Bu müsabiqəyə qatılan namizədlərin haqlı narazılığına səbəb oldu.

Bu il keçirilən Müəllimlərin işə qəbulu üzrə müsabiqə onu göstərdi ki, müəllimlərin işə qəbulu prosesində neçə illərdir deyilən, şikayət edilən ciddi nöqsanlar da aradan qaldırılmayıb. Əksinə, yeni nöqsanlar buraxılıb.

Müəllim namizədlərin ən çox şikayət etdiyi problemlərdən biri vakant yerlərin imtahandan sonra açıqlanmasıdır. Bu görülən işə kölgə salmaqla yanaşı vakant yerlərin gizlədildiyi şübhələrini artırır. Sanki məsul şəxslər məktəblərdən vakant yerləri aşkar etməkdə acizdir. Qeyd edək ki, vakant yerlərin toplanması və təhlilinin son tarixi təhsil nazirinin əmrində açıq şəkildə göstərilib. Belə ki, Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrində qeyd olunur ki, cari il mayın 31-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerlərinin toplanılmasını və təhlilini təmin edilsin. Ancaq miq.edu.az saytında vakant yerlər barədə məlumatın müsabiqənin üçüncü mərhələsində (avqust ayında) elan ediləcəyi bildirilir.

Vakant yerlərin vaxtında elan edilməməsi bir neçə böyük problemə səbəb olur. Belə ki, vakant yerlərin vaxtında elan edilməməsi ən əsası qoşa ixtisaslı müəllimləri qeyri müəyyən seçim qarşısında qoyaraq çətinlik yaradır. Məsələn, Kimya və Biologiya müəllimliyi ixtisaslı namizəd hər iki fənndən imtahan vermək hüququna malikdir. Lakin Vakant yerlərin vaxtında elan edilməməsi həmin namizədə düzgün seçim etməyə imkan vermir. Belə ki, namizəd yaşadığı ərazidə hansı fənnə daha çox ehtiyac olduğunu bilməli və həmin fənni seçməlidir. Əks halda namizəd daha az vakant yer çıxarılmış və ya ümumiyyətlə vakant yer çıxarılmamış fənn seçir və nəticədə uğursuzluqla qarşılaşır. Vakant yerlərin vaxtında elan edilməməsi namizədlər üçün əlavə xərclərə səbəb olur. Əgər namizəd rayonda yaşayırsa Bakıya gələrək imtahan verir və sonda görür ki, vakant yer yoxdur. Beləliklə, əlavə yol xərci və zaman israfı etmiş olur.

Digər bir problem vakant yerlərin gizlədilməsi və ya aşkar edilməməsi problemidir. Necə ola bilər ki, bəzi şəhər və rayonlarda bir dənə də olsun Tarix müəlliminə, Biologiya müəlliminə ehtiyac olmasın? Bu necə araşdırmadır ki, namizədlər özü qaynar xətti yığıb, müəllim ehtiyacı olan məktəbləri bir-bir sadalayır. Əgər direktorlar vakant yerləri gizlətməkdə maraqlıdırsa, niyə həmin direktorlar barəsində ciddi tədbir görülmür. Fakt var ki, namizəd 58 bal toplayıb, ancaq yaşadığı şəhərdə 1 dənə də olsun vakant yer verilməyib. Qeyri-müəyyən səbəblərdən qurum vakant yerləri aşkar edə bilmir. Soruşanda ki, vakant yerləri niyə imtahandan sonra açıqlayırsız, bildirirlər ki, vakant yerlərin toplanması prosesi davam edir. Ancaq təhsil nazirin əmrində qeyd olunur ki, mayın 31-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerlərinin toplanılmasını və təhlilini təmin edilsin. Demək vakant yerlərin toplanılması mayın 31-dək bitməli idi. Niyə nazirin əmri icra edilmir? Problem nədir? Bu prosesə məsul olan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu bunu açıqlamalıdır.

Başqa bir problem isə, imtahan verib lazimi bal toplamış şəxslərin seçimində yardımçı vasitələrin olmamasıdır. Buna niyə zərurət var? Misal göstərim. Mən 53 bal yığmışam tarix fənnindən. Bakı şəhərindəki məktəblərin birində çalışmaq istəyirəm. 8 yer yazacam hamı kimi. Ancaq şəxsi səhifəmə girirəm ki, bütün yerlərdə ən yüksək bal 59 göstərir. Bu balın bütün yerlərdə göstərilməsi ondan aşağı bal toplayanların üstünü örtərək görünməsinə mane olur. Fikrimcə, bu yalnışdır. Ən yüksək nəticə indiqatorunda yalnız birinci yeri seçənlərin balı göstərilməlidi.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO