Səfər Mehdiyevin işçiləri nədən bu qədər HƏYƏCANLANIBLAR - Və yaxud bir reaksiyaya REAKSİYA

13:00 11.08.2018 557
Səfər Mehdiyevin işçiləri nədən bu qədər HƏYƏCANLANIBLAR - Və yaxud bir reaksiyaya REAKSİYA

Ötən gün bəzi internet resurslarında gömrük orqanları, xüsusilə də Avtonəqliyyat Baş Gömrük İdarəsi haqqında Masallı rayon sakini Abıyev Cəlal Hamlet oğlunun məktubuna əsasən yalan və qərəzli məlumat yayımlanıb.

Dövlət Gömrük Komitəsindən AzVision.az-a bildirilib ki, məlumatda Masallı rayon sakini Abıyev Cəlal Hamlet oğlundan xaricdən gətirdiyi nəqliyyyat vasitəsinə görə qanunvericilikdə nəzərdə tutulandan daha artıq gömrük rüsumunun alındığı iddia edilir.

Dövlət Gömrük Komitəsi bildirir ki, cari ilin iyun ayının 11-də Abıyev Cəlal Hamlet oğlu xaricdən gətirdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün Avtonəqliyyat Baş Gömrük İdarəsinə müraciət edib. Rəsmiləşdirilmə üçün təqdim edilən sənədlərin araşdırılması prosesində risk analizlərinə əsasən avtomobilin gömrük dəyərinin aşağı göstərildiyi müəyyən edilib. Bu barədə Abıyev Cəlal Hamlet oğlu ilə qanunvericiliyə uyğun olaraq müvafiq izahat işləri aparılıb. Gömrükçülərin haqlı tələblərinə etiraz etməyən Cəlal Abıyev dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarının bank vasitəsilə ödənişini həyata keçirib.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Abıyev Cəlal Hamlet oğlunun yazdığı bildirilən məktubda irəli sürülən iddialar tamamilə əsassızdır və aparılan araşdırmalar nəticəsində bütün gömrük əməliyyatlarının şəffaf, asan və sürətli şəkildə həyata keçirildiyi məlum olub.

Komitənin Mətbuat Xidməti olaraq bu səpkili məlumatlarla bağlı açıqlamaların sonuna adətən rəsmi mövqenin də nəzərə alınmasının ümumi işə fayda verəcəyi barədə cümlə əlavə edirdik. Ancaq bu dəfə buna ehtiyac görmürük. Çünki hər hansı fakta söykənməyən iddialar əsasında gömrük orqanlarının fəaliyyətinə kölgə düşürməyə çalışan, gömrük yığımını gömrük rüsumundan ayıra bilməyən şəxs və ya qurumların gömrük və ya digər dövlət qurumuna sual verəcək, sorğu göndərəcək səviyyəyə sahib olduğuna dair ciddi şübhələrimiz var.

DİA.AZ-dan: İlk əvvəl gömrük komitəsinin reaksiyasına səbəb olan şikayət yazısının linkini təqdim edirik: http://www.dia.az/1/185380-gomruk-ozbashinaliqlari-tugyan-edr.html

Daha sonra bildiririk ki, əslində DGK-nın bu şəkildə reaksiyası artıq bu qurumun başbilənlərinin özlərini itirmələrindən xəbər verir. Ona görə ki, hansısa mətbuat orqanı hansısa vətəndaşın başına gələnləri havadan götürmək imkanına malik deyil. Bəlkə də möhtərəm gömrükçülərimizin belə bir fitri istedadları var, amma mətbuat işçiləri belə sehrbazlığı bacarmırlar ki, kiminsə dərdindən onun xəbəri olmadan yaza bilsinlər...

Yəni tam çılpaq mənzərədir ki, ortada şikayət olunası fakt da olub, şikayətçi də... Sadəcə olaraq, hər zamankı kimi DGK rəhbərliyi dərhal narazı vətəndaşı RAZI SALIBLAR və bundan sonra da özlərini ağıllı göstərərək belə bir açıqlamada bulunublar. Yəni şikayəti şübhəyə alaraq bu şikayət məktubunu yayanları da SƏVİYYƏSİZ kimi təqdim ediblər...

Halbuki söylədikləri keyfiyyətsizlik daha çox bu gün vətəndaşın başına oyun açanlara daha doğma xüsusiyyətdir, nəinki vətəndaşın dərdindən yazanlara... O ki qaldı sorğu göndərməyə...

Cənablar, bu bilirsiniz nəyə oxşayır... Əlinizə narazılıq haqda bir məlumat keçəndə yazmayın, bizə xəbər edin, biz də öz istədiyimiz kimi ictimailəşdirək...

Çox səviyyəlisiniz VALLAH...

Əslində sizləri yaxşı anlayırıq. Bu qədər özbaşınalığın fonunda ictimaiyyətdə GÖZƏLLİYİ VƏSF EDƏN AB-HAVA haqqında təəssüratlar yaratmaq olduqca çətindir. Belə bir fəaliyyət hətta insanın psixikasını belə poza bilər...

P.S. Sonda onu da vurğulayaq ki, şikayət məktubunu "BakuNews.az" saytına istinadla yaymışıq. Amma yenə də cavab verməyi özümüzə borc hesab etdik. Şünki haqlı ola-ola haqsız görünmək kimi xüsusiyyətimiz yoxdur...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO