"ŞAKİR" MTK-NIN RƏHBƏRİ BARƏDƏ CİNAYƏT İŞİ TƏZƏLƏNDİ -BAKI ŞƏHƏR PROKURORLUĞU

19:26 28.12.2023 66
"ŞAKİR" MTK-NIN RƏHBƏRİ BARƏDƏ CİNAYƏT İŞİ TƏZƏLƏNDİ -BAKI ŞƏHƏR PROKURORLUĞU

 
Əgər xatırlayırsınızsa, Bakı şəhər sakini Niftəliyev Nurəddin Xasay oğlunun etdiyi müraciətinin kömək gözləmə ünvanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idi. 

Zərərçəkmişin cənab Prezidentə ünvanlı şikayətini oxuduqca ciddi düşünməyə və həm də təəssüflənməyə bilmirdik. Axı niyə Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov Prezidentin imzaladığı «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş vəzifəsini qanuni səviyyədə icra etmir ki, şikayətçi də Azərbaycanın Qarabağ kimi yüzillik problemini həll etməkdə olan, dünyanın ermənipərəst dövlətləri ilə mübarizə aparan Prezident İlham Əliyevdən kömək istəsin?! Hansı ki, prokuror fəaliyyət göstərdiyi rayonda Polis İdarəsinin istintaq icraatına nəzarət etməlidir. Bəs necə olur ki, Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov Nərimanov rayon Polis İdarəsi istintaq şöbəsinin müstəntiqi Elnur Məmmədovun bir cinayət işi üzrə artıq 14 dəfə qəbul edib ləğv etdiyi qərarına susub və niyə müstəntiqin barəsində müvafiq tədbir görmür?
"ŞAKİR" MTK-NIN RƏHBƏRİ BARƏDƏ CİNAYƏT İŞİ TƏZƏLƏNDİ -BAKI ŞƏHƏR PROKURORLUĞU

Nərimanov RPİ-nin müstəntiqi Elnur Məmmədov Ginnesin rekordlar kitabına düşə bilər...

Ona görə ki, onun icraatına verilmiş cinayət işi materiallarına dair qəbul etdiyi qərarları 14 dəfədir ləğv edilib geri qaytarılır. 

Qısa olaraq deyək ki, Niftəliyev Nurəddin Xasay oğlu həmin cinayət işi üzrə zərərçəkmişdir. Onu mənzil almaq adı ilə "Şakir" MTK-nın sahibi Tural Şakir oğlu Hüseynov mənzilini və ya pulunu qaytarmaması bir yana, hələ bir döyüb də... Təsəvvür edirsinizmi, MTK sədri adam da yox, aldatdığı şəxsi döyür, xəsarət yetirir...

Beləliklə, Niftəliyev Nurəddin Xasay oğlunun ərizəsi əsasmda toplanmış material üzrə fakta görə, 12 oktyabr 2022-ci il tarixdə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Elnur Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. Cinayət işinin başlanmasına əsas və səbəb budur ki, Niftəliyev Nurəddin Xasay oğlu Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanda yerləşən 165 kvm. sahəli 110 A saylı mənzili almaq üçün Şükürov Ramil Əkbər oğluna 80.000 (səksən min) ABŞ dolları məbləğdə pul vermiş, lakin sonunsu tərəfındən aldadılmış, bundan sonra aralarında yaranmış məsələlərə aydınlıq gətirmək üçün mübahisələri olmuş, 20 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi 7A ünvanmda yerləşən “Dostluq” kafesinin 7 saylı yemək otağında Hüseynov Tural Şakir oğlu və Səfərov İlizbar Vəliyəddin oğlu N.Niftəliyevi döyərək qəsdən sağlamlığına zərərvuran xəsarət yetirmələri ilə müşayiət edilən qərəzli hərəkətlər edib xuliqanlıq etmələri barədə Niftəliyev Nurəddin Xasay oğlunun verdiyi ərizələr əsasında toplanmış material olmuşdur.  Bundan sonra müstəntiq icraatındakı bu qalmaqallı işə bərk girişir, amma...
"ŞAKİR" MTK-NIN RƏHBƏRİ BARƏDƏ CİNAYƏT İŞİ TƏZƏLƏNDİ -BAKI ŞƏHƏR PROKURORLUĞU

AMMA NƏ MƏSƏLƏDİRSƏ, NƏ BAŞ VERİRSƏ, MÜSTƏNTİQİN ÜZÜ ÇÖNÜR... 

Və müstəntiq cinayət işi başlanmasının rədd olunması barədə qərar qəbul edir. Bilmirik, müstəntiq "Şakir" MTK-nın ala gözünə, yoxsa qara qaşına aşiq olur, yoxsa nə... Amma məlum olur ki, onun vəkili Asif Mədətov (onun barəsində bizə təqdim edilən sənəd və sübutları Vəkillər Kollegiyasına göndərmək qərarına gəldik) onu düzgün təlimatlandırməır, haqqın və ədalətin nə olduğunu əməlli izah etmir... Və indiyədək, həmin materiallar üzrə cinayət işinin başlanması 14 dəfə ləğv edilir.
"ŞAKİR" MTK-NIN RƏHBƏRİ BARƏDƏ CİNAYƏT İŞİ TƏZƏLƏNDİ -BAKI ŞƏHƏR PROKURORLUĞU

"Dəvədən böyük Fil də var" və...

Nəhayət, bu gün Bakı şəhər Prokurorluğu 15-ci dəfə müstəntiq Elnur Məmmədovun qərarını ləğv edərək Tural Hüseynovla bağlı məlum materialın bu dəfə qanuni və ədalətli halda yenidən istintaq olunması tapşırığını verir... 

N.Niftəliyev "Təzadlar"ın Araşdırma Qrupuna  bildirdi ki, artıq bu gün həm də Baş Prokurorluqda olub və Tural Hüseynovla bağlı bu cinayət işinin obyektiv araşdırılıb qanuni tədbir görülməsi qət edilib...

Hələlik adını çəkmək istəmədiyimiz tanınmış vəkillərdən və hüquqşünaslardan ikisi ilə söhbətimizdə isə bu qərar ifadə edildi: "İlk növbədə müstəntiq Elnur Məmmədovun barəsində araşdırma aparılmalı, nazir Vilayət Eyvazova və Baş Prokuror Kamran Əliyevə müraciət edilməlidir, müstəntiq ciddi şəkildə cəzalandırılmalıdır... İkincisi, bu dəfə artıq iş materialları Bakı şəhər Prokurorluğunun nəzarətindədirsə, güman edirik ki, "Şakir" MTK rəhbəri məsuliyyətə cəlb edilə biləcək. Cünki Bakı şəhər Prokurorluğunun sonuncu qərarı bunu deməyə əsas verir...".

Xatırladırıq ki, Tural Hüseynovun özünün dəı vaxtilə atası Şakir Hüseyn oğlu Hüseynov və əmisi Vidadi Hüseynovla birlikdə fiziki şəxs kimi isə Ş.Hüseynovun 125 zərərçəkmişi dələduzluq yolu ilə aldatması istintaq və məhkəmə hökmü ilə təsdiqini tapmışdır. Şakir Hüseynov həbsxanada keçinmiş, Vidadi Hüseynov hələ də həbsdədir. Amma maraqlıdır ki, aldadılan zərərçəkmişlərdən pulları qəbul edən Tural Hüseynov olduğu halda (məhkəmə hökmlərində aydın şəkildə ifadə edilir), o, hələ də azadlıqdadır...(Təzadlar")

(Davamı var)

P.S.şağıda Bakı Şəhər Prokurorluğunun bu günkü qərarının surətini təqdim edirik...
"ŞAKİR" MTK-NIN RƏHBƏRİ BARƏDƏ CİNAYƏT İŞİ TƏZƏLƏNDİ -BAKI ŞƏHƏR PROKURORLUĞU
"ŞAKİR" MTK-NIN RƏHBƏRİ BARƏDƏ CİNAYƏT İŞİ TƏZƏLƏNDİ -BAKI ŞƏHƏR PROKURORLUĞU
"ŞAKİR" MTK-NIN RƏHBƏRİ BARƏDƏ CİNAYƏT İŞİ TƏZƏLƏNDİ -BAKI ŞƏHƏR PROKURORLUĞU
"ŞAKİR" MTK-NIN RƏHBƏRİ BARƏDƏ CİNAYƏT İŞİ TƏZƏLƏNDİ -BAKI ŞƏHƏR PROKURORLUĞU

 
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO