Paşinyan ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı ala bilməyib - Görünəni odur ki...

10:03 22.12.2023 56
Paşinyan ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı ala bilməyib - Görünəni odur ki...

Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin dəvətindən yararlanaraq, dekabrın 25-26-da Sankt-Peterburqa gələcəyini və Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcəyini güman edir. Bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib. O bildirib ki, MDB dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşündə bütün maraq doğuran sualları qaldırmaq olar: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün aspektləri ilə bağlı mövqeyimiz həm prezident, həm də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən dəfələrlə və ətraflı şəkildə ifadə olunub. Ermənistanla münasibətlərin müttəfiq xarakterini rəhbər tutaraq, hər zaman məsələləri sakit, peşəkar və tərəfdaşlıq şəraitində müzakirə etməyə hazırıq”. Erməni politoloq Suren Surenyants da deyib ki, Paşinyan Aİİ liderlərinin Sankt-Peterburq görüşünə mütləq gedəcək və hətta Putinlə ikitərəfli görüş keçirməyə çalışacaq. Onun fikrincə, Nikol ölkənin Aİİ üzvlüyünü qoruyub saxlamağa çalışacaq, çünki indiki mərhələdə Ermənistanın bu təşkilatdan çıxması tam dağılmasına gətirib çıxaracaq: “Paşinyan həm Qərbin Ukraynadakı tam fiaskosunu, həm də Qərbin zəmanətlərinin qiymətini mükəmməl görür. Baş nazir başa düşür ki, ən azı indiki mərhələdə Qərbin zəmanətlərinə bel bağlamaq çətindir. Paşinyan çox gözəl bilir ki, Qərbin cazibədar bəyanatlarının arxasında heç nə yoxdur, tam sıfır. Bu baxımdan da İrəvan hakimiyyəti Rusiya ilə münasibətləri böhrandan çıxarmağa çalışacaq. Paşinyan həm Qərbə, həm də Rusiyaya eyni dərəcədə lazımdır. Qərb Paşinyandan Rusiyaya qarşı silah kimi istifadə edirsə, o zaman Paşinyan Rusiya üçün sadəcə bir hədiyyədir. Çünki indiki reallıqda Moskvanın Bakı və Ankara ilə razılaşmalarına görə məsuliyyəti Ermənistandakı anti-Rusiya hakimiyyətinin üzərinə qoymaq çox asandır. Əslində, Rusiya Ermənistanın Qərbə üz tutmasından çox da qorxmur. Moskva başa düşür ki, Paşinyan ancaq müəyyən nöqtəyə qədər gələ biləcək, sonra proses dayanacaq. Çünki nə Qərb Ermənistanı qəbul etməyə, nə də Ermənistan irəliləməyə hazırdır”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər erməni rəsmilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) sərt tənqid etsələr, son zamanlar qurumun toplantılarına qatılmasalar və “bu təşkilatın Ermənistana heç bir faydası yoxdur” desələr də, birdəfəlik yolları ayırmaqdan açıq-aşkar ehtiyat edirlər:

"Çünki Paşinyan ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı ala bilməyib. Vaşinqtonun və Brüsselin İrəvana belə bir təminat verməsi mümkün də deyil. Ermənistan NATO üzvü ola bilməyəcək. Qərbdə isə NATO-dan başqa üzvlərini qoruyacaq təhlükəsizlik qurumu yoxdur. Ona görə də erməni rəsmiləri hələ bir müddət də KTMT-yə daş atmaqla məşğul olacaqlar, ancaq ardını gətirməyəcəklər. Kreml sahibi Vladimir Putin son geniş mətbuat konfransında Paşinyanı “Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyini tərk etməyəcək” cümləsiylə hədələyib. Yəni Putin Paşinyana demək istəyib ki, “Sənin bütün şıltaqlıqlarına dözdük, ancaq qırmızı çizgilərimizi keçməməlisən”. KTMT-nin baş katibinin İrəvana səfəri də mühümdür".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO