"Ayşən LTD" MMC rəhbərliyindən özbaşınalıq - Vergilər Nazirliyi hara baxır?

10:45 8.08.2018 705
"Ayşən LTD" MMC rəhbərliyindən özbaşınalıq - Vergilər Nazirliyi hara baxır?

Bildiyiniz kimi, Tarif Şurasının iyulun 30-da keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Belə ki, adıçəkilən qurumun iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Məsələnin maraqlı tərəfi ondadır ki, ictimai nəqliyyatdan istifadə edən vətəndaşların böyük əksəriyyəti, eyni zamanda ekspertlərin bir qismi Tarif Şurasının sözügedən qərarının yersiz olduğunu, mənfi nəticələrə, əsasən də müxtəlif sahələrdə bahalaşmaya səbəb olacağını bildirsələr də, bəzi rəsmi qurumlar və deputatlar sərnişindaşıma xidmətləri üzrə yeni tariflərin tətbiqini, daha dəqiq desək, qiymət artımını özlərinə məxsus tərzdə doğrulamağa çalışıblar. Məsələn, Bakı Nəqliyyat Agentliyinin (BNA) mövzu ilə bağlı yaydığı məlumatda qeyd olunub ki, Tarif Şurasının təsdiqlədiyi yeni tariflər ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə artan xərclərin qarşılanmasına, avtobus parkının yenilənməsinə, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasına və son nəticədə isə bu sahədə xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək. Deputat Aydın Hüseynov isə Tarif Şurasının məlum qərarını şərh edərkən bildirib ki, bu, nəqliyyat sahəsindəki mövcud çatışmazlıqların aradan qaldırılmasına dəstək olacaq. Sözügedən artımın o qədər də böyük olmadığını iddia edən deputat hesab edir ki, Azərbaycanda nəqliyyatdan istifadə üçün ödənişlər digər MDB ölkələri ilə müqayisədə aşağıdır. Məhz bu məqamda hörmətli deputatın nəzərinə çatdırmaq istərdik ki, Azərbaycanla eyni vaxtda müstəqillik əldə edən Estoniyanın 15 regionundan 11-də ötən aydan etibarən ictimai nəqliyyat ödənişsiz fəaliyyət göstərməyə başlayıb. Qeyd edək ki, ölkənin paytaxtı Tallinn şəhərində ictimai nəqliyyat hələ 2013-cü ildən şəhər sakinləri üçün pulsuzdur. Bundan başqa, "Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər əksər MDB və region ölkələri ilə müqayisədə aşağıdır" deyən deputat Aydın Hüseynov və digər rəsmi qurumlar önəmli bir məqamı unudurlar ki, həmin müqayisə edilən ölkələrdə əməkhaqqı da Azərbaycandakı orta aylıq əməkhaqqından kifayət qədər yüksəkdir. Beləliklə, məhz bu amili nəzərə aldıqda Tarif Şurasının məlum qərarının vətəndaşların maraqlarına cavab verməyini, eləcə də bunun ölkədə ciddi qiymət artımına səbəb olacağını demək mümkündür.

Bu arada, ictimai nəqliyyatda qiymət artımının sərnişindaşımada xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcəyi ilə bağlı səsləndirilən fikirlərə gəlincə, bunun baş verəcəyi o qədər də real görünmür. Çünki indiyədək bir neçə dəfə bəyan edilib ki, tezliklə avtobusların hamısı kart sistemi ilə işə başlayacaq və bundan sonra sürücülər əməkhaqqı alacaq. Bunun da nəticəsində plan vermək məsələsi birdəfəlik aradan qalxacaq. Lakin görünən odur ki, Tarif Şurasının məlum qərarından sonra nağd ödənişlə çalışan avtobus sürücülərinin gündəlik planı da ciddi şəkildə artıb. Buna misal olaraq keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi kimi tanınan "Ayşən LTD" MMC-nin direktoru İradə Əliyevanın sahibi olduğu marşrut xəttlərini göstərmək olar. Əldə etdiyimiz bilgilərə görə, hazırda Bakıda 149 marşrut üzrə 2168 sərnişindaşıma avtobusu fəaliyyət göstərir ki, onlardan 7 marşrut xətti məhz "Ayşən LTD" MMC-yə məxsusdur. Qeyd edək ki, mütəmadi olaraq vətəndaşların narazılığına səbəb olan, Sabunçu rayonu yeni Ramana qəsəbəsindən Şuşa qaçqınlarının məskunlaşdığı Şuşa şəhərciyinə gedən yeganə marşrut olan 214 saylı avtobus xəttinin də sahibi İradə Əliyevadır. Bu həmin İradə Əliyevadır ki, Tarif Şurasının ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflərin tətbiq olunması ilə bağlı qərarından dərhal sonra 214 saylı marşrut sürücülərindən alınan gündəlik planı 130 manatdan 180 manata qaldırıb. Məsələ ilə bağlı redaksiyamıza daxil olan informasiyada bildirilir ki, 214 saylı marşrut xəttində 18 avtobus fəaliyyət göstərməli olduğu halda hazırda xəttdə 14 avtobus var. Belə çıxır ki, "Ayşən LTD" MMC-nin direktoru İradə Əliyeva 14 avtobusdan gün ərzində 2520 manat (180x14) gəlir əldə edir. Halbuki qiymət artımına qədər bu məbləğ 1820 manat (130x14) olub. Deməli, Tarif Şurasının məlum qərarı marşrut sahibinə hər gün üçün 700, hər aya isə 21000 manat əlavə qazanc gətirir. Ümumilikdə götürdükdə isə "Ayşən LTD" MMC təkcə 214 saylı marşrut xəttindəki 14 avtobusdan hər ay 75600 manat (180x14x30) gəlir əldə edir.

Onu da nəzərinizə çatdıraq ki, marşrut sürücüləri "Ayşən LTD" MMC-yə hər gün 180 manat plan ödəməklə yanaşı, təxminən 60-65 manatlıq yanacaq istifadə edirlər. Əldə etdiyimiz məlumatlara görə, sürücülər həmin yanacağı MMC-nin qarajından satın alırlar. Ehtimal etmək olar ki, MMC rəhbərliyi yanacağı bir qədər ucuz qiymətə əldə edib onu sürücülərə standart bazar qiymətinə satırlar. Yəni bu yolla da bir xeyli qazanc əldə olunur. Odur ki, bütün bunları nəzərə alaraq Vergilər Nazirliyinin İradə Əliyevanın rəhbərlik etdiyi "Ayşən LTD" MMC-də, o cümlədən digər marşrut xəttlərində müvafiq yoxlamalar aparması, onların əldə etdikləri gəlirdən nə qədər vergi ödədiklərinə bir daha nəzər yetirməsi məqsədəmüvafiq olardı. Çünki hazırkı şəraitdə belə qənaətə gəlmək olar ki, Tarif Şurası marşrut xətt sahibləri ilə anlaşdıqdan sonra ictimai nəqliyyatda qiymət artımı ilə bağlı qərar qəbul edib. Düzdür, "Ayşən LTD" MMC-nin Tarif Şurasının qərarından sonra sürücülərdən alınan gündəlik planı nə az, nə çox düz 50 manat artırması bir təsadüf də ola bilər. Lakin unutmaq lazım deyil ki, təsadüflər zərurətdən doğur...

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, son illər ərzində paytaxtın müxtəlif ərazilərində yeni körpülər, yeraltı və yerüstü keçidlər inşa olunsa da, Bakının nəqliyyat sistemi hələ də tıxac problemindən canını qurtara bilməyib. Buradan da belə qənaətə gəlmək olar ki, tıxac problemi heç də körpü inşası ilə həll edilən deyil. Bunun bir neçə səbəbi var ki, onların sırasında əsasən sərişdəsiz sürücülərin varlığı, şəhərdəki avtomobil sıxlığı və yolların darlığını göstərmək olar. Bir sözlə, Bakının nəqliyyat sektorunda mövcud olan əsas problemlərdən biri və bəlkə də birincisi məhz marşrutlarla bağlıdır. Odur ki, paytaxtda yaşayan və mütəmadi sərnişin nəqliyyatdan istifadə edən çox az adam tapılar ki, marşurutların işindən razılıqla danışsın. Bu problem Bakının hər yerində mövcuddur, lakin şəhərin bir qədər kənar hissələrində özünü daha qabarıq şəkildə biruzə verməkdədir. Məsələn, bir qədər öncə barəsində danışdığımız, Sabunçu rayonu yeni Ramana qəsəbəsindən Şuşa şəhərciyinə gedən 214 saylı marşrut avtobusların demək olar ki, hamısında sərnişinlər ayaqüstə, özü də "basabas"da daşınırlar. Belə ki, az qala günün bütün saatlarında 214 saylı avtobus dayanacaqlarında insan izdihamı ilə rastlaşmaq mümkündür. Bunun əsas səbəbi isə marşrutların dəqiq qrafiklə işləməməsi və buna nəzarət etməli olan qurumların vəzifəsinin öhdəsindən lazımınca gələ bilməməsidir. Nəticədə isə sərnişinlər əziyyət çəkir, marşurutlarda az qalır ki, "mehribançılıq"dan bir-birinin belinə minsinlər. Çünki bütün oturacaqların dolmasına baxmayaraq, sürücülər marşurutda "basabas" yaranmayınca tərpənmirlər. Etiraz edəndə də "hələ yer var, bir az mehriban olun", deyə cavab verirlər. Qeyd edək ki, isti yay günlərində vəziyyət daha da acınacaqlı olur. İstidən, üfunətdən nəfəs almaq mümkün olmur. Hələ bu azmış kimi, əksər sürücülər biri digərini qabaqlamaqdan ötrü sürəti artırır, avtobusu təhlükəli idarə edirlər. Özünüz fikirləşin, belə vəziyyətdə sərnişinlərin təhlükəsizliyindən danışmaq olarmı? Təbii ki, xeyr. Sözün açığı, bu məsələdə yalnız marşurut sürücülərini qınamaq da düzgün olmazdı. Çünki onlar özləri də bu cür vəziyyətdən bezdiklərini, bunun arzuolunmaz hal olduğunu bilir və qəbul edirlər. Lakin çarəsizlikdən, daha dəqiq desək, gündəlik planı ödəmək, xərcləri çıxdıqdan sonra evlərinə bir tikə çörək aparmaq naminə sərnişinləri normadan artıq daşımaq məcburiyyətində qalırlar. Odur ki, Tarif Şurasının yeni qərarının ictimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcəyini iddia edən qurumlar sürücülərin boynuna yük olan plan məsələsinə, avtobuslardakı "basabas"a, intervalın düzgün tərtib olunmamasına və mövcud olan digər neqativ hallara lazımınca diqqət ayırsalar daha yaxşı olar.
hurriyyet.prg
P.S. Mövzu ilə əlaqədar maraqlı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO