Zaur Mikayılovun çevrəsində HAKİMİYYƏT UĞRUNDA DAVA... - İLGİNC İDDİALAR...

11:17 20.12.2023 57
Zaur Mikayılovun çevrəsində HAKİMİYYƏT UĞRUNDA DAVA... - İLGİNC İDDİALAR...

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 17 noyabr 2023-cü il tarixdə imzaladığı Fərmanla təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5. 4-cü maddəsində göstərilir ki, sədrin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin edəcəyi və vəzifədən azad edəcəyi birinci müavini və 3 (üç) müavini olacaq….

Artiq bu postlara təyinatların an məsələsi olduğu bildirilir. Hətta ötən həftənin cümə günü bu təyinatlarla bağlı Prezidentin sərəncamları da gözlənilirdi…

Yenixeber.org-a daxil olan məlumata görə sədrin birinci müavini məsələsi artıq bitib: bu posta su təsərrüfatına birbaşa aidiyyatı olmayan, kənar şəxsin gətiriləcəyi ilə bağlı siyasi qərar verilib. (Ötən yazımızda bu ehtimalı da qeyd etmişdik. Red.)

Digər üç müavin postları ilə bağlı isə bu sahədə təcrübəli və həm də, vəzifəli şəxslərin adları hallanır. Bu sırada Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Rafiq Aslanovun, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun və Dövlət Su Ehtiyatları Agentliyinin şöbə müdiri Elçin Məmmədovun adları yer alır.

Rafiq Aslanov kimdir?

Google üzərindən araşdırmalarla məlum olur ki, Rafiq Sabir oğlu Aslanov 1962-ci ildə Füzuli rayonunda anadan olub. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, sonralar Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləyib. 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb. 2006-cı ildən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini olub. Hazırda Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavinidir.

Elə xatırladığımız Google üzərindən bir axtarış da yetər ki, hörmətli Rafiq Aslanovla bağlı “N” sayda korrupsiya, mənimsəmə faktları ilə bağlı yazılarla rastlaşaq…

Rafiq Aslanovun oğlunun və beləliklə də özünün Bakıdan tutmuş, uzaq Londondan belə səsi gələn biznes şəbəkəsi ilə bağlı yerli mediada çox yazılıb. ( Bu linklərdən tanış ola bilərsiniz: https://teref.az/manset/162841-rafiq-aslanov-ehmedzadenin-etimadini-bele-dogruldub-gozqamasdiran-emlaklari-ilefotolar.html ) , (https://bolgexeber.com/agenda/64465-ehmedzadenin-etimadi-rafiq-aslanovun-topdagtmaz-xanedan-shok-melumatlar-foto.html )

Maraqlıdır ki, vəzifədə olduğu müddətdə cənab Aslanov doğmalarını da unutmayıb. Belə ki, Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev “Meliorasiya və Su Təsərrüfatı” ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinə sahiblənə bilib. Ki, bu haqda da, dövrü mətbuatda yumşaq desək, birmənalı qarşılanmayan məlumatlar yer alıb. Misal üçün bir nümunə: (Bu linkdən oxuya bilərsiniz: ( https://xebertv.info/13697-rafiq-aslanov-batrd-gmilrin-vzini-harada-v-kiminl-cxarr.html )

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov kimdir?

Zaur Mikayılovun üç müavinindən biri olmaq istəyən “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovla bağlı məlum mənzərə bir az fərqlidir. Doğrudur cənab Məmmədov da “süddən çıxmış ağ qaşıq” sayıla bilməz… Amma Rafiq Aslanovla bəlli mənada müqaysə də edilə bilməz. Baxmayaraq ki, Etibar müəllimin də adı mediada birmənalı hallanmayıb. (Bu linkdən oxuya bilərsiniz: (https://www.faktinfo.az/news/azersu-asc-nin-sedr-muavini-bu-labirintden-cixa-bilecekmi-etibar-memmedovun-basi-derdde )

Mənbəmiz Etibar Məmmədovun müəyyən dairələrdə “yaxşı oğlan” kimi qəbul edildiyini bildirir… Əlaqələri və beləliklə də nüfuzu var. “Altay “ dağları qədər uca…

Nəhayət, Elçin Məmmədov

Elçin Məmmədovun adı demək olar ki, məlum mənada heç kimə tanış deyil… Bu adam peşəkar su təsərrüfatı mütəxəssisidir. Ali təhsili də, sonrakı fəaliyyəti də bu sahəylə bağlıdır. Əvvəl “Meliorasiya və Su Təsərrüfati” ASC-də, indi isə Dövlət Su Ehtiyatları Agentliyində məsul şöbələrdən birində müdir kimi çalışır. Qeyd etdiyimiz kimi, adı heç kəsə məlum omadığı kimi, hansısa korrupsiya, mənimsəmə faktlarında da hallanmayıb. “Meliorasiya və Su Təsərrüfati” ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin bacı oğludur. Bəlkə də bu səbəbdəndir ki, hələ də, layiq olduğu postda deyil…

Regional Su Meliorasiya Xidmətləri də “yaddan çıxmayıb”

Yuxarıda qeyd etdiyimiz kimi, bu Fərmanla Regional Su Meliorasiya Xidmətləri də yaradılacaq. Yenixeber.org-a daxil olan məlumata görə bu Xidmətlərdən biri də Abşeron, Xızı, Siyəzən və Qobustan rayonlarını əhatə edəcək. Ki, bu Regional Su Meliorasiya Xidmətinin rəisi postu uğrunda da, hazırda Agentliyin Abşeron rayonu ərazisində fəaliyyət göstərən iki müxtəlif idarələrinə rəhbərlik edən şəxslər mübarizə aparır. Hələlik bu detalla bağlı məlumatımızın azlığı səbəbindən geniş yaza bilmirik. Bildiyimiz odur ki, hər iki şəxs “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarə rəisləri postunda “saç ağardıblar”. Tərəflərdən birinin hazırda fəaliyyət göstərən birləşmə ilə bağlı komissiyanın sədri, Zaur Mikayılovun müavini Rafiq Aslanovun stavka etdiyi deyilir.

Digərinin adı isə Zaur Mikayılovun müavini postuna iddialı Etibar Məmmədovla bərabər, həm də yüksək çinli hüquq-mühafizə orqanlarından birinə rəhbərlik edən məmurun adı ilə qoşa çəkilir…

Mənbə: "Yenixeber.org"
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO