Yüzlərlə sakinin məsələsi AYNA-nın ümidinə qalıb... - AXI NİYƏ?

12:44 7.11.2023 84
Yüzlərlə sakinin məsələsi AYNA-nın ümidinə qalıb... - AXI NİYƏ?

Binə qəsəbəsində "Hövsan yolu" adlanan yolun ətrafında yaşayan sakinlərin həyatı təhlükə qarşısında qalıb. Bu barədə Sputnik Azərbaycan-a qəsəbə sakinləri şikayət ediblər. Onların sözlərinə görə, yolun hər iki tərəfində yaşayış evləri olsa da, yolda sürəti tənzimləyən lövhələr və digər zəruri yol nişanları qoyulmayıb. Onlar yaşadıqları ərazidəki küçələrə ad verilmədiyindən rəsmi şəkildə heç bir quruma şikayət edə bilmədiklərindən gileylənirlər. Sakinlər bildiriblər ki, yolda avtomobillər sürətlə hərəkət etdiyindən, piyadavurma hadisələri də tez-tez baş verir. Bundan əlavə yolun heç bir yerində piyada keçidi də quraşdırılmayıb.
"Bizim küçəmizə nə ad verilir, nədəki piyada keçidi, yol nişanları quraşdırılır. Buranı camaat "Hövsan yolu", "Gürcüstanlılar məhləsi", "Bağça yolu" kimi tanıyır. Ərazidə evlərin tikilməsinə icazə verilib, amma küçələrə ad verilmir. Yolu asfaltlayandan sonra avtomobillər sürətlə hərəkət edir. Avtomobillər 110-120 sürətlə sürürlər. Yaşayış olan ərazidən keçən bu yolda dəfələrlə döngələrdə qəza hadisələri, piyadavurmalar olub. Amma yenə də yolda sürəti tənzimləyən yol nişanı yoxdur. Heç yola piyada zolağı belə çəkməyiblər. Bu uzunluqda yolu camaat necə gəldi keçir. Bir sözlə, həyatımız təhlükədədir" - sakinlər bildiriblər.

Xəzər Rayon İcra Hakimiyyətinin Binə Qəsəbə İcra Nümayəndəliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, hələlik sözügedən ərazidə torpaqların hansı rayona aid olması mübahisəlidir. Çünki, bu ərazidə torpaqların bir hissəsi Abşeronun köhnə Südçülük sovxozuna, bir hissəsi Suraxanı rayonunun Hövsan qəsəbəsinə, bir hissəsi isə Xəzər rayonuna düşür. İcra nümayəndəliyindən o da bildirilib ki, ərazidə evlərin çoxu qanunsuz tikili olduğundan, küçələrə ad verilməyib. Amma portalda həmin küçələr nömrələnib.
Nümayəndəlikdən yola yol nişanlarının qoyulması, eləcə də sürətin tənzimlənməsi üçün aidiyyatı qurumlara müraciət edildiyi də bildirilib.
Sakinlər isə torpaq sərəncamlarında ərazinin Xəzər rayonu Binə qəsəbəsi olduğunun göstərildiyini söyləyiblər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Sputnik Azərbaycan-a bildirib ki, Bakı şəhəri ərazisində yol nişanlarının qoyulması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) səlahiyyətindədir. Yaşayış massivlərindəki yollarda sürət həddini məhdudlaşdıran nişan yoxdursa, belə yollarda maksimal hərəkət sürəti saatda 60 km-dir. Bu isə "Yol Hərəkəti Haqqında" qanunun 50-ci maddəsinin tələbidir.
Əsgərli ətraf qəsəbələrdə əsas yollarda sürət həddini tənzimləyən yol nişanlarının qoyulmasının, piyada zolaqlarının çəkilməsinin ciddi problem olduğunu da söyləyib. Bildirib ki, belə müraciət olduqca, onlar bunu AYNA-a yönəldirlər.
AYNA-dan isə Sputnik Azərbaycan-a problemin araşdırılacağını bildiriblər. //Sputnik Azərbaycan//

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO