Ağcabədi Mədəniyyət İdarəsinin SAXTAKAR RƏİSİ... - İTTİHAM VAR...

08:33 30.10.2023 32
Ağcabədi Mədəniyyət İdarəsinin SAXTAKAR RƏİSİ... - İTTİHAM VAR...

Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin keçmiş direktoru Sevda Malışova deyir ki, saxtakarlıq nəticəsində işdən çıxarılıb. Onun sözlərinə görə, əmək müqaviləsini də saxtalaşdırıblar, əmək kitabçasını da qaralayıblar. Məqsəd isə nə olursa olsun, onu işdən çıxarmaq olub…

“O müqaviləni gözümün qabağında cırıb atdı…”

Sevda Malışova saxtakarlığa görə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovu ittiham edir.

Rəsmi sənədlərə görə, Sevda Malışova 2021-ci il oktyabrın 21-də əmək müqaviləsinin müddəti başa çatdığına görə işdən azad edilib. İddia olunub ki, yaş həddi ilə əlaqədar Mədəniyyət Nazirliyi müqaviləni uzatmağa razılıq verməyib.

Daha doğrusu, müqavilə müddəti sentyabrda bitib. Regional idarə özü müqaviləni 1 aylıq uzadıb, bu müddətdə nazirliyə sorğu göndərib. Lakin nazirlikdən “yox” cavabı gəldiyinə görə oktyabrda işdən çıxarılıb.
Ağcabədi Mədəniyyət İdarəsinin SAXTAKAR RƏİSİ... - İTTİHAM VAR...

Sevda Malışova

Sevda Malışova isə bildirir ki, yalandır, onun müqaviləsi 2022-ci ilin aprelində başa çatırdı. Çünki 2021-ci ilin sentyabrında onunla bağlanmış müqavilənin müddəti 2022-ci il aprelin 17-nə qədər idi:

“Məni işdən azad eləyəndə həmin müqaviləni gözümün qarşısında cırıb atdı…”.

“Əməkdar mədəniyyət işçisiyəm, belə saxtakarlıqla üzləşmək mənə zərbədir”

Lakin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bərdə Regional Ərazi Şöbəsi də sorğuya cavab məktubunda Sevda Malışova ilə müqavilə müddətinin 2022-ci ilin aprelində başa çatdığını təsdiqləyib.

Keçmiş direktor deyir ki, bu məsələni ört-basdır eləməkdən ötrü əmək kitabçasını da qaralayıblar.

Sevda Malışova Ağcabədi Regional Mədəniyyət İdarəsinə məxsus əmr kitabına müdaxilə və pozuntular, 1 aylıq müqavilənin saxta olması və s. iddiaların araşdırılması, bu hallar təsdiqini tapdığı halda, həmin əməllərə yol verən şəxslər haqqında xüsusi qərardad çıxarılması tələbiylə məhkəməyə üz tutub. Xocavənd Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsində, o, həmçinin mənəvi ziyana görə 100 min manat təzminat tutulub, Heydər Əliyev Fonduna və “Yaşat” Fonduna yönəldilməsini istəyib.

“7 ay müddəti olan əmək müqaviləsini saxtakarlıqla yox eləmək çox ciddi saxtakarlıqdır, qanun pozuntusudur. Regional Mədəniyyət İdarəsinin rəisinin mənimlə bağlı əmri ləğv olunmalıdır. Mən 24 ildən çox qüsursuz işləmişəm. Mədəniyyət nazirinin əmrilə 2015-ci ildə “Fəxri mədəniyyət işçisi” adı almışam. 2018-ci ildə Prezidentin fərmanıyla “Əməkdar mədəniyyət işçisi” fəxri adıyla təltif olunmuşam. İndi belə bir saxtakarlıqla üzləşmək çox böyük zərbədir”, – Sevda Malışovanın sözləridir.

Regional Mədəniyyət İdarəsi: “Yaş həddinə görə nazirlik müqaviləni uzatmağa razılıq verməyib”

Cavabdeh tərəf – Ağcabədi Regional Mədəniyyət İdarəsi keçmiş direktorun iddiasına etiraz edib. Etirazında göstərib ki, Sevda Malışovanın işdən çıxarılmasının səbəbi onun müqavilə müddətinin bitməsi olub:

“Onun işlədiyi müəssisə dövlət büdcəsindən maliyyələşir. Müqaviləsinə xitam verilərkən o, artıq dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmışdı. Qanunvericilik burada müqavilə müddətinin uzadılmasını müəyyən edilən şərtlərlə ehtiva edir. Yəni burada sonrakı gedişat yuxarı orqan olan Mədəniyyət Nazirliyinin razılığından asılıdır. Məhkəməyə təqdim olunan sənədlərdən də göründüyü kimi, nazirlik buna razılıq verməyib. İddiaçının müqaviləsinin 1 ay uzadılmasına səbəb isə nazirlikdən rəsmi cavab məktubunun gözlənilməsi olub”.
Ağcabədi Mədəniyyət İdarəsinin SAXTAKAR RƏİSİ... - İTTİHAM VAR...

Xocavənd Rayon Məhkəməsi Sevda Malışovanın iddiasını təmin eləməyib. Apelyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb. Amma Ali Məhkəmə işi geri qaytarıb. Hesab edib ki, sabiq direktorun dediyi kimi, əmək müqaviləsi və əmək kitabçasına müdaxilə halları açıq-aşkar ortada olduğu halda, aşağı instansiya məhkəmələri buna qiymət verməyib. İş Şirvan Apelyasiya Məhkəməsinə göndərilib ki, yenidən araşdırma aparılsın.

Təkrar araşdırma zamanı Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov da məhkəmədə dindirilib. O iddia edib ki, Sevda Malışovanın Uşaq İncəsənət Məktəbində işlədiyi dövrdə yeyintiyə yol verməsilə əlaqədar prokurorluqda cinayət işi başlanıb. Onun sözlərinə görə, Sevda Malışovanın şikayəti təmin oluna bilməz.

Ekspertiza da saxtalaşdırmanı təsdiqləyib

Məhkəmə araşdırmaları zamanı ekspertiza təyin olunub və ekspertlər də rəy verib ki, “Əmək kitabçası”nda əvvəl “17 aprel 2022-ci” yazısı olub. Sonradan ağardıcı boya çəkilib və üstündən başqa yazı yazılıb.

Məhkəmədə əmək müqaviləsinin 2021-ci ilin oktyabrında yox, 2022-ci ilin aprelində bitməsi, əmək kitabçasına müdaxilə edilib, tarixin saxtalaşdırılması kimi hallar təsdiqlənib. Şirvan Apelyasiya Məhkəməsində Samir Mayılovun sədrlik etdiyi hakimlər kollegiyası qərarında da bunları yazıb, amma Sevda Malışovanın şikayətini təmin etməyib. Heç saxtakarlığa yol verən şəxslərin əməllərinə də məhkəmə münasibət bildirməyib. Bu üzdən qərardan narazı qalan 68 yaşlı Sevda Malışova yenidən Ali Məhkəməyə şikayət eləmək niyyətindədir:

“Açıq-aşkar ortada saxtakarlıq faktları var, məhkəmə buna münasibət bildirmir, bu, nə deməkdir? Təsdiqləyir ki, bu hallar olub, amma şikayəti təmin eləmir. Çox ədalətsiz qərardır”.

Sevda Malışovanın vəkili Bəxtiyar Hacıyev də hesab edir ki, bu qərarda yazılanlarla nümayəndəsi olduğu şəxsin təqsirsizlik prezumpsiyası hüququ pozulub. Vəkil deyir ki, Şirvan Apelyasiya Məhkəməsi Sevda Malışovanın əmək hüquqlarının pozulması məsələsinə baxırdı. O məsələdə də haqlı olduğu təsdiqlənsə də, tamam başqa bir məsələdən sui-istifadə edib, əleyhinə qərar verildi:

“Əvvəla, prokurorluqdakı cinayət işi fakt üzrədir. İkincisi, həmin məsələnin bu işə aidiyyəti yoxdur. Burada Sevda xanımın əmək müqaviləsinə xitam verilməsi məsələsinin qanuni olub-olmaması araşdırılırdı. Sevda xanım təqsirləndirilən şəxs deyil, haqqında qanuni qüvvəyə minmiş ittiham hökmü yoxdur. Hansı əsasla ona istinad edib, əleyhinə qərar çıxardı, anlamaq olmur…”.

Sevda Malışova Ali Məhkəmənin sədri İnam Kərimovun qəbuluna gedəcəyini, Şivan Apelyasiya Məhkəməsinin hakimlərinin belə bir qərar çıxarmaları haqda onu məlumatlandıracağını deyir. O, həmçinin Prezidentin hüquq-mühafizə orqanlarıyla iş üzrə köməkçisi Fuad Ələsgərovun da qəbuluna yazılıb.

Sənədləri saxtalaşdırmaqda ittiham olunan Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovun atası Şamil Həsənov 1994-2005-ci illərdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı olub. //meydanTV//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:18

“Məktəblər bağlana bilər?” sualına - Nazirdən cavab

18:31

Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...

18:07

FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb

17:47

“SİPARK” MTK sakinləri süründürür - GİLEY

17:29

İnstitutda professorlar arasında DAVA - Elmlər doktoru Elmi Şuradan qovuldu

17:23

Emin Ağalarov Bakıda daha 2 yaşayış binası inşa edir - TƏFƏRRÜAT

16:13

“BANK OF BAKU” BANKAMATINDAN PUL ÇƏKMƏK ZÜLMDÜR – ŞİKAYƏT

15:40

Xarici sifarişlərdə limit 150 dollara endirilir? - RƏSMİ AÇIQLAMA

12:48

“KONTAKT HOME”DAN NÖVBƏTİ ŞİKAYƏT… XARAB MƏHSULU SATDI

11:39

Qarabağdan qaçan separatçılar arasında qarşıdurma GÜCLƏNDİ - “Hraparak”

11:14

Cocuq Mərcanlı sakinləri nədən NARAZIDIR? - MÜRACİƏT

10:30

AXI NİYƏ: Bakıda parklama soyğunçuluğu... - Yeni binalara köçən sakinləri cərimələyirlər

10:08

"Dövlətin mənə borcu var" deyən dələduz MTK rəhbəri Rauf Əliyev kimdir? - Prezidentə dosye

09:28

Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizindən də danışıldı

08:34

Naxçıvan səhiyyəsi AĞLAR GÜNƏ QALIB... - NARAZILIQ VAR...

08:14

Karqo şirkətlərindən şikayət!: “Trendyol”un məhsulları niyə gecikir? - SƏBƏBLƏR

07:30

“İnternational Medical Center 1” xəstəxanasında taleyindən xəbər olmayan yeni doğulmuş körpə vəfat etdi

22:10

Hansı müğənnini Zeynəb Xanlarovaya bənzətdilər? – Heyrətləndirici PAYLAŞIM - FOTO

21:32

Sələmçi Göyçay sakinini aldadaraq, evini əlindən alıb - GİLEY

21:10

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

14:29

Prezident Suqovuşan‒Kəlbəcər yoluna pul ayırdı

14:13

“İnternational Medical Center 1” xəstəxanasında yeni doğulmuş körpənin taleyindən xəbər yoxdur - VİDEO

13:40

DSMF-in pensiya təminatı orqanlarının məhkəmə dələduzluğu 9 aydır sürür

12:30

Cəlilabadda dövlət əmlakına RƏSMİ XƏYANƏT... - İTTİHAM VAR...

11:52

Kamaləddin Heydərovun qohumu Ağdaşı belə məhv edir

11:04

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ŞÜBHƏLİ TENDER... - BU NƏDİ BELƏ?!

07:52

Qazaxın icra başçısı yeni naziri “ağzından süd iyi gələn uşaq” adlandırıb?

07:34

Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞINALIQ: Direktor iki ildə NECƏ VARLANIB? – ŞOK FAKTLAR

07:13

Vaşinqton tərəflərə nə deyib? - Bölgədə daha maraqlı proses başlayır

06:56

Paytaxtda avtomobillər qanunsuz park edilərək tıxac yaradır - VİDEO

06:30

Konor Makqreqor Dublində iğtişaşları qızışdırmaqda şübhəli bilinir

06:09

“Sea Breeze”dəki dava ilə bağlı daha bir məhkəmə araşdırması başladı – 2-ci CİNAYƏT DOSYESİ

05:56

Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi VƏ... - Putyovkalar 30 faiz bahalaşdı

21:33

Arvadından bir ay sonra da özü öldü