Quru meyvə biznesi ilə məşğul olan Ordubadlı Anar Rzayevin cinayət əməlləri… – Anar Rzayev dini nikahda olduğu Zülfiyyə Şirinovanın 400 min pulunu necə mənimsəyib..?

08:16 19.10.2023 95
Quru meyvə biznesi ilə məşğul olan Ordubadlı Anar Rzayevin cinayət əməlləri… – Anar Rzayev dini nikahda olduğu Zülfiyyə Şirinovanın 400 min pulunu necə mənimsəyib..?

Söhbət quru meyvə biznesindən düşmüşkən, oxucular üçün məlumat olaraq qeyd edək ki, Azərbaycanda quru meyvələrin əsas məkanı Ordubad rayonudur.
Hələ qədim dövrlərdə Ordubadın quru meyvələri Şərqin bir çox regionlarına ixrac edilib. Həqiqətən də Ordubadın quru meyvələri həm istifadə, həm də müalicə üçün çox faydalıdır.
Vaxtilə Ordubada faydalı meyvələrinə görə, “Cənnətməkan” adını veriblər.
Onu da qeyd edək ki, Ordubadda hər cür meyvə yetişdirilib. Ərik, şaftalı, cəviz, limon, heyva dünyanın heç bir yerində Ordubaddakı kimi tamli və dadlı olmayıb. Digər meyvələr də üstün dada-tama malikdir.
Ordubad meyvələrinin qurusu qış dövründə daha çox faydalı olur.
Ordubad meyvələrindən ən məşhuru ərikdir. Ordubad əriyi vaxtilə “Çörək ağacı” adı ilə dillər əzbəri olub. İkinci Dünya müharibəsi illərində Ordubad əriyini Azərbaycanın digər rayonlarında buğda ilə dəyişirdilər.
Azərbaycanda əriyin 30-dan çox növünün olması məlumdur. Ağ və qırmızı təbərzə, badami, ağ ərik, haqverdi, ağcanabaş, xosrovi, qara ərik, hamna ərik, əsgərabad, limon ərik, şalax, qırmızıyanaq, fındığı ərik, kababı, göy ərik və sairə sortları rayonumuza müvəffəqiyyətlə becərilib. Bu meyvələrdən qax, konserv məhsulları, miyanpur, kompot, cem, lavaş hazırlanıb. Ərik əsasən kaliumla zəngin olub tərkibində 9-10 mikroelement, vitaminlər, turşular və sairə vardır. Qurudulduqda şəkərliliyi artır və ən gözəl çərəzlərdən sayılır.
Sözün qısası, Ordubadın quru meyvələri bu gün öz keçmiş şöhrətini davam etdirir.
Paytaxt Bakının, Sumqayıtın və digər şəhərlərimizin harasına gedirsənsə, mütləq “Ordubad” quru meyvələr mağazasına rast gəlirik.
Ordubadın halal meyvələri ilə bu gün özünə haram biznes quran Anar Rzayev...
Bəli, Ordubadın halal meyvələri ilə bu gün özünə haram biznes quranlar da az deyil.
Birincisi, bu meyvə dükanlarında qiymətlər az qala “əl yandırır”, yəni kasıbın büdcəsinə uyğun deyil.
İkincisi, bu meyvə mağazalarında heç bir kassa aparatı-filan yoxdur. Yəni Ordubad meyvə mağazaları əməlli-başlı maxinasiya məkanıdır. Vergilər ödənmir, işçilər rəsmi olaraq müqavilə əsasında işə qəbul olunmur, işçiləri çox işlədib az maaş verirlər...
Bəli, bu marketlərdə vətəndaşlarımız gün ərzində 10 saatdan çox işləsə də verilən əmək haqqı da yetərli olmur. Digər tərəfdən işçilərə əmək haqqı qanuni yolla deyil, nağd verilir.
Sözün qısası, millətimizin təbii sərvəti olan Ordubad quru meyvələri kimlər üçünsə yüz minlər deməkdir.
Belələrindən biri də Anar Rzayev adlı şəxsdir.
Əslən Ordubad rayonunun Əylis kəndindən olan Anar Rzayev uzun müddətdir ki, quru meyvə biznesi ilə məşğuldur.
Bu adamın meyvə sahiblərini, sıravi alıcıları, müştəriləri aldatması bir yana, bu adam bir dələduz olaraq insanların etibarından sui-istifadə edərək onların əmlakını, pulunu mənimsəyib.
Belə ki, Zülfiyyə Şirinova adlı şəxsin dediklərindən bəlli olur ki, o Anar Rzayevlə tanış olub, ona etibar edib, amma...
Əmması odur ki, Anar Rzayev bu sadə xanımın etibarından sui-istiafdə edərək onunla Masallıda oteldə qalmaqallı olay yaşayıb. Və sonda Zülfiyyə Şirinova ilə dini nikaha girərək ər-arvad kimi yaşamağa başlayıblar.
Anar Rzayev daha sonra bir ailə kimi Zülfiyyə Şirinovanı inandıraraq onun 400 min pulunu mənimsəyib.
Hazırda Anar Rzayevlə Zülfiyyə Şirinova arasında 400 minə görə, münaqişə yaşanır.
Anar Rzayev Zülfiyyə Şirinovanın halal pulunu, 400 minini qaytarmaq istəmir. Biz isə öz növbəmizdə Anar Rzayevə demək istəyirik ki, bir zamanlar bəzi məsul, vəzifəli şəxsləri şərləyərək qadını qabağa verəndə həyat yoldaşım deyirdin, indi nə oldu? Bu məsələnin tam çılpaqlığı ilə oxucularımıza və Hüquq Mühafizə Orqanlarımıza çatdıraraq araşdırma aparmalarını xahiş edirik.
Geniş araşdırma yazımız yaxın günlərdə dərc olunacaq.
gundelik baki.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO