İİTKM-də yeni vəzifələrə təyinatlar olub - DETALLAR

19:56 13.10.2023 98
İİTKM-də yeni vəzifələrə təyinatlar olub - DETALLAR
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının əmri ilə qurumda bir neçə vəzifəyə təyinat olub.

Bu barədə Mərkəzdən bildirilib.

Məlumata görə, Ayaz Müseyibov icraçı direktorun müşaviri təyin edilib. O, bu təyinata qədər Azərbaycan Mərkəzi Bankında, "Azərbaycan Kredit Bürosu" MMC-də, İqtisadiyyat Nazirliyi yanında VI Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində, eləcə də İİTKM-də müxtəlif vəzifələrdə çalışıb, 2021-ci ildə Asiya İnkişaf Bankının təqaüdü ilə Böyük Britaniyanın Kembric Hakim Biznes Məktəbində "Finteks və tənzimləyici innovasiyalar" üzrə təhsil alıb. O, Birləşmiş Millətlər Təşkilatının müxtəlif qurumlarının icra etdiyi layihələrdə məsləhətçi kimi fəaliyyət göstərib.

İİTKM-də digər təyinat qurumun Monitorinq və qiymətləndirmə şöbəsində həyata keçirilib. Buna qədər Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri vəzifəsində çalışan Təranə Salıfova həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. T.Salıfova Azərbaycan Texniki Universitetində bir neçə fənni tədris edir. O, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Şöbə müdiri “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri vəzifəsinə isə baş məsləhətçi Şəbnəm Məmmədli təyin olunub. Ş.Məmmədli daha əvvəl Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyində Enerji səmərəliliyi və investisiyalar üzrə mütəxəssis vəzifələrində çalışıb.

İİTKM-in tabeliyindəki Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri vəzifələrini müvəqqəti icra edən Ayhan Satıcı həmin vəzifəyə təsdiqlənib. Şöbə rəhbəri buna qədər “British Council” Azərbaycanda, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA), “Bosshelf” MMC-də, eləcə də İİTKM-də müxtəlif vəzifələrdə çalışıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO