Bu məsələ Məcnun müəllimin VECİNƏ OLMALIDIR... - Sabah onun yaxasından yapışacaqlar...

12:09 29.09.2023 92
Bu məsələ Məcnun müəllimin VECİNƏ OLMALIDIR... - Sabah onun yaxasından yapışacaqlar...


Azərbaycan əhalisi son illər qida rasionundakı ətin çəkisini azaltmaq məcburiyyətində qalıb. Getdikcə məhsul daha əlçatmaz olur. Bir tərəfdən heyvandarlıq çətin dövrünü keçirir. Bunun məntiqi nəticəsi olaraq qiymətlər bahalaşır. Əhali isə daha az ət yemək reallığı ilə üz-üzə qalır.

Zamantv.az Bizimyol.info-ya istinadla xəbər verir ki, ölkədə mal-qara, qoyun, keçi sayı dayanmadan azalır. Biz, adətən, bu xəbərləri ciddiyə almırıq. Hətta qoyunların sayının azalması lağ mövzusuna çevrilir. Halbuki heyvandarlıqla bağlı vəziyyət çox acınacaqlı istiqamət alıb. Son bir ildə ölkədə qoyun və keçilərin sayında 8,8 faiz azalma olub. Mal-qara baş sayında da eyni tendensiya müşahidə edilib. Bu istiqamətdə azalma 4 faizi keçib. Ekspertlər vəziyyətin zamanla yalnız pisləşdiyini xüsusi vurğulayırlar. Məsələn, keçən il azalma indiki ilə müqayisədə təxminən 5 dəfə az idi. Aşkar görünür ki, son bir ildə durum daha da korlanıb.

Ölkədə mal-qara, qoyun sayı niyə azalır?
Səbəblər çoxdur. Hər şeydən əvvəl heyvanların qidalandırılması istiqamətində ciddi problem var. Fərdi təsərrüfatlar yükü daşıya bilmir. Ölkədəki su qıtlığı kəndlini çətin vəziyyətdə qoyub. Ekspertlər bildirir ki, yemçilikdə işlərin qaydasında getməsi üçün yarımqapalı şəraitə keçilməsi vacibdir. Yəni təsərrüfat kooperasiyaları olmalıdır. Ölkədə belə kooperasiyalar var, amma olduqca azdır. Kənd təsərrüfatı kooperasiyası haqqında qanun isə yalnız kağız üzərində qalıb. Örüş yerlərinin xeyli azalması da özünü göstərir. Bir çox ərazilər əkin altına verilib. Məsələn, pambıqçılıqla bağlı böyük təbliğat dalğası dövründə örüş yerləri buna qurban verildi. Pambıq ölkəyə ciddi xeyir gətirmədi. Amma örüş yerləri sıradan çıxdı. Heyvandarlıq böyük zərbə aldı. Fərdi təsərrüfatın idarə olunmasında problemlər ortaya çıxır. Dağ örüş yerlərində bir çox prosedurları həyata keçirmək asan deyil. Xəstəliklər yayılanda kəndli çarəsiz görünür. Vaksinasiya məsələləri, xəstəliklərə qarşı mübarizə təşkilatlanma tələb edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyir ki, problemlər ənənəvi köçəri modelinin bugünkü sosial həyat tərzi ilə uyğunlaşmamasına görə ortaya çıxır. Burada müəyyən qədər həqiqət payı ola bilər. Amma əsas səbəb bu deyil. Ölkədə heyvandarlıq da inhisara alınıb. Ayrı-ayrı oliqarxlar otlaq sahələrindən rahatlıqla istifadə edir. Kəndli əli-qolu bağlı qalıb. Su mənbələrinə çıxış yoxdur. Buna görə də ölkə əhalisinin az qala yarısı paytaxtda toplaşıb. Heyvandarlığa yanaşma dəyişməli, bu işlə məşğul olan sadə insanlara şərait yaradılmalıdır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO