Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Albaniya təmsilçisi “Kukesi”ni qəbul edəcək.
İlk oyunda rəqib meydanda qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri doğma azarkeş önündə qələbə qazanmaq niyyətindədir.
“Qarabağ” bu mərhələni keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
21:00. “Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya)
Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Qrçka (hakimlər briqadası Slovakiyadandır)
Zamantv.az