Koroğlu körpüsündə intihara cəhd edən kişi: həyat yoldaşım gizlicə telefon işlədirdi

15:20 1.08.2018 506
Koroğlu körpüsündə intihara cəhd edən kişi: həyat yoldaşım gizlicə telefon işlədirdi


İntihara cəhd edən kişi: Baş nazirə inandım və geri çəkildim
Baş nazir mənə dedi ki, intihardan geri çəkil, problemlərin həll olunacaq.

Zamantv.az bildiri ki, bunu oxu.az-a açıqlamasında bir neçə gün öncə intihara cəhdinin qarşısı baş nazir Novruz Məmmədov tərəfindən alınan Yaşar Əhmədov bildirib.

Onun sözlərinə görə, bir il yarımdır ki, həyat yoldaşı iki azyaşlı uşağını götürüb və evi tərk edib:

"Həyat yoldaşım gizlicə telefon işlədirdi. Bundan xəbər tutdum və mübahisə etdik. Daha sonra o, uşaqlarımı da götürüb evdən getdi. Eşitdim ki, uşaqlarımı Bakıda Azərbaycan Uşaqlar Birliyinin təkibində olan Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində atıb.

Sığınacağa gəldim və uşaqlarımı tələb etdim. Mənə bildirdilər ki, uşaqları anası mərkəzdən aparıb və buna Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi icazə verib".

Yaşar Əhmədov bildirib ki, komitə nümayəndələri onun müraciətinə əhəmiyyət verməyib:

"Məni eşitmək istəmədilər. Onlara bildirdim ki, uşaqlarım barədə məlumat olmasa, intihar edəcəyəm. Hadisədən 10 gün əvvəl Daxili İşlər Nazirliyinə də məlumat verdim ki, körpüyə çıxıb intihar edəcəyəm.

Heç kim mənə əhəmiyyət vermirdi. İntihara cəhddən iki gün əvvəl komitədə Cəmilə adlı qadına dedim ki, intihar edəcəyəm. Mənə "get, işinlə məşğul ol" dedi və telefonu söndürdü. Həmin gün səhər saat 05:30-da "Koroğlu" metrostansiyası yaxınlığındakı körpüyə çıxdım. Polislər gəldilər, amma fikrimdən daşınmadım".

Yaşar Əhmədov deyir ki, o, baş nazirlə danışandan sonra intihar fikrindən daşınıb:

"Artıq intiharın bir addımlığında idim. Mənə dedilər ki, sənə telefon qaldırırıq. Baş nazir səninlə danışmaq istəyir.

Novruz müəllim məndən intihara cəhd etməyimin səbəbini soruşdu. Başıma gələn hadisəni danışdım. Mənə dedi ki, problemlərim həll olunacaq. Uşaqlarımın yerinin tapılması üçün araşdırma aparılacaq.

Baş nazirə inandım və intihardan geri çəkildim. Sonra məni Nazirlər Kabinetinə gətirdilər. Xeyli danışdıq. Novruz Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göstəriş verdi ki, problemim araşdırılsın, övladlarımın harada olduğu öyrənilsin.

Hazırda komitədə araşdırma davam edir. Həyat yoldaşım və uşaqlarımın harada olması barədə axtarış aparılır".

Qeyd edək ki, bir neçə gün öncə Yaşar Əhmədov Bakıda intihara cəhd edib. Onun bu addımının qarşısını baş nazir Novruz Məmmədov alıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO