Qubada məmur özbaşınalığı... - İDDİA

14:40 1.08.2018 636
Qubada məmur özbaşınalığı... - İDDİA

"Quba rayon icra başçısı Yaşar Məmmədovun təsərrüfat işləri üzrə müavini Nəsrulla Vəliyev rayonun bütün torpaqlarını satıb talan edib". Bu sözlər DİA.AZ-a ünvanlanan şikayət məktubundandır. Narazı qubalılar iddia edir ki, başçının müavini icra başçıs Yaşar Məmmədova və özünə kapital toplamaqla məşğul olur.

Daha sonra dia.az-a bildirilir: "Nəsrulla Vəliyev əslində bazar alverçisi olub onun indi belə bir dövlət vəzifəsində işləməsi rayon sakinlərinə baha başa gəlib. Quba rayon icra başçısının təsərrüfat işləri üzrə müavini Nəsrulla Vəliyev Azərbaycan müstəqilliyini bərpa edən ilk dövrlərdə Rusiya Fedreasiyasında bizneslə məşqul olub. Fəaliyyəti sahəsinə kriminal aləmdə tanınan şəxslərlə tanışlıq, müxtəlif "razborkalar”da iştirak daxıldir ki, bu da Perm vilayətində Edik kimi tanınan qardaşı Eynullanın kriminal keçmişi ilə bağlıdır. Rusiyada biznes fəaliyyəti zamanı Nəsrulla Vəliyevi küt alətlə vuraraq zibil yeşiyinə atırlar. Uzun müddət axtarıldıqdan sonra zibillikdən təsadüfən sağ tapılır. Ağır kontuziya alan Nəsrulla Vəliyev və qardaşı Eynulla Permdə bizneslə məşqul olan iş adamına 5 milyon dollar pul ataraq Rusiyadan Azərbaycana qaçırlar.

Azərbaycana qayıtdıqdan sonra, Nəsrulla Vəliyev həyatda qalmağını dövlət işilə bağlayıb. Belə ki, o öncə Quba rayonu Vəl-vələ kənd icra nümayəndəsi, 2010-cu ildə Quba şəhəri üzrə nümayəndəsi, daha sonra icra başçısının müavini vəzifəsinə təyin edilir.

Hazırda, Nəsrulla Vəliyevin kurasiyasında- Quba şəhərinin abadlaşdırılmasına nəzarət, sahibkarların örüşlərlə təmin edilməsi və bu sahəyə nəzarət daxildir. Ötən ilin sonlarında intihar edərək dünyasını dəyişən Quba rayonu Xınalıq kənd icra nümayəndəsi Fizuli Şərifovun ölümündə də Nəsrullanın adı hallanmaqdadır. Nəsrulla Vəliyev örüş sahələrini əhatə edən ərazilərin icra nümayəndələri tərəfindən qışlaqdan qayıdan mal-qoyun sürüsü sahiblərindən hər il icra başçısınına haqq toplayır. Həmin tapşırığı təmin etməli olan mərhum Fizuli Şərifov 70000 manat ziyana düşür. Nəsrulla Vəliyev mərhum Fizuli Şərifova banklardan kredit almağı tövsiyə edir və bütün icra nümayəndələrinə bank müqavilələrində zamin durmağı tapşırır. Ölümündən bir müddət əvvəl mərhum Fizuli Şərifov Vladimirovka kəndində yaşayan bacanağının qonşusu məktəbdə xadimə işləyən Rafinad Məmmədovanın adına kredit almış, zamini də Quba rayonu Tüləkərən kənd icra nümayəndəsi Oqtay İsayev olur. Ölümündən sonra isə, alınmış kredit borcu xadimənin adında olduğuna görə, elə xadimənin əmək haqqından tutulur.

Hazırda Quba rayonu ərazisində və Hacıqabul və bir neçə başqa rayonunda, Qubaya aid olan örüş sahələri Nəsrulla Vəliyevin tapşırığı ilə sıxışdırılaraq yerli sakinlərdən alınır. Proses – yerli sahibkarlardan hektarına 500 manat illik rüşvət tələb edilməsi ilə başlanıldı.Buna razı olmadıqları üçün icarə müqavilələri ləğv edilərək həmin torpaqlar imkanlı şəxslərə satılır.

Aqrar islahat zamanı Səməd Vurğun adına sovxozdan qalan çoxlu yerləri saxtakarlıqla özəlləşdirib. Hazırda Vəl-vələ kəndi ərazisində Nəsrulla Vəliyevə aid daş karyeri, "Qoşa bulaq” istirahət mərkəzi və meyvə tərəvəz saxlanılması üçün soyuducu anbar fəaliyyətdədir. Bundan əlavə, Nəsrulla Vəliyevə məxsus Şabran rayon istiqamətində olan meyvə bağları, mal-qara sürüsü var ki, bütün bunlara nəzarəti qardaşı Eynulla həyata keçirir.

Son 4-5 ildə Nəsrulla Vəliyevin daşınmaz əmlaknın sayı da xeyli artıb. Belə ki, təkcə Quba şəhəri ərazisində 4 mənzili var. Bütün mənzilləri qohumlarının adına rəsmiləşdirilib. Həmin mənzillər Quba şəhəri Vaqif küçəsində, SAF Konserv zavodu ətrafındakı küçədə, Nügədi yolunda, Lisey yaxınlığında yerləşir. Həmin mənzillərin hamısı hazırda kirayədədir.

Nəsrulla Vəliyevin şəxsi həyatı da qalmaqallarla müşahidə edilir. Qeyd edim ki, əldə etdiyim məlumatlara görə Nəsrulla Vəliyev Rusiyada qeyri-rəsmi nikahdan 2 oğlu dünyaya gəlib və hazırda Perm vilayətində yaşayır".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Dia.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO