Avtomobil bazarında qiymət artımı: niyə və nə vaxtadək? - Ekspertlər danışır

10:00 9.09.2023 63
Avtomobil bazarında qiymət artımı: niyə və nə vaxtadək? - Ekspertlər danışır


Azərbaycana xaricdən gətirilən avtomobillərin idxal qiyməti artıb. 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana ümumilikdə 900 milyon 590.16 min dollar dəyərində 56 766 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 37.2 faiz və ya 15 404 ədəd artıb. Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə və ya 1306 ədəd çoxalıb.

İdxal qiymətin bahalaşması nə ilə bağlıdır? Ölkə daxilində avtomobillər yenidən bahalaşacaqmı?

İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, avtomobil bazarında qiymət artımlarını şərtləndirən əsas səbəb elektrik və hibrid avtomobillərin idxalında artımın olmasıdır: “Daha bir səbəb isə 10 ildən çox istismar müddəti olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılması ilə bağlı qəbul edilən qərardır. Bu qərardan sonra Azərbaycana gətirilən, istehsal tarixi yeni və baha olan avtomobillərin sayı çoxaldı. Bütün bunlar avtomobilin dəyərini artıran amil rounda çıxış edir”.

“Lakin kəskin qiymət artımlarının olduğu qənaətində deyiləm. Düzdür, son dövrlər bütün məhsullarla yanaşı, avtomobillərin də qiyməti artıb. Qiymətlər kəskin şəkildə artarsa, bu, bazarda alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq. Elektrik avtomobillərinin gətirilməsinə müəyyən güzəştlər nəzərdə tutulub. Lakin bu güzəşt 3 ilin istehsalı olan avtomobillərlə məhdudlaşdırılıb. Hesab edirəm ki, bu, doğru addım deyil. Çünki yaşı 1 və ya 10 il olan elektrikli avtomobilin ekologiyaya vurduğu ziyan sıfıra bərabərdir. Ona görə də elektrik və hibrid avtomobillər ilə bağlı məhdudiyyətin 3 ildən 5 ilə qaldırılması ölkənin avtoparkının yenilənməsinə müsbət göstərə bilər”, - deyə həmsöhbətimiz bildirib.

Cəfərli qeyd edib ki, ölkədə olan avtomobillərin əksəriyyətinin istehsal tarixi 10 ilin üzərindədir: “Əgər biz bu sahədə vəziyyətin müsbətə doğru dəyişməsini istəyiriksə, təşviq proqramlarını artırmalı, gömrük rüsumları və vergi dərəcələrinə yenidən baxmalıyıq. Hibrid avtomobillərə artan marağı doğruan daha bir səbəb isə əhalinin taksi xidmətinə yönəlməsidir. Bu gün taksi fəaliyyətində əsasən hibrid avtomobillərdən istifadə olunur. İlin ilk birinci və son iki ayı avtomobil bazarında durğunluq yaranır. Ehtimal edirəm ki, qarşıdakı aylarda qiymətlər nisbətən enəcək. Çünki hər yay dövründə avtomobil tələbatı artır ki, son qiymət artımları həm də bundan qaynaqlanır”.

Əmlak eksperti Ramil Osmanlı isə AYNA-ya açıqlamasında söyləyib ki, qiymət artımına əsas səbəb logistika xərclərinin artmasıdır: “Həm birinci, həm də ikinci əl avtomobil bazarında qiymət artımları müşahidə edilir. Elektrik və hibrid avtomobillərin idxalında olan artım, taksi fəaliyyətinə marağın çoxalması, əhalinin müəyyən bir qisminin bu fəaliyyətlə məşğul olması, dünya miqyasında və ölkəmizdə baş verən iqtisadi amillər avtomobil bazarından da yan ötməyib”.

“Bu bahalaşma qarşıdakı aylardan etibarən nisbətən səngiyəcək. Çünki mövsümi amillər avtomobil bazarına təsirsiz ötüşmür. Əmlak bazarında - istər daşınar, istər daşınmaz olsun - qiymət artımları sürətlə gedir. Əvvəllər müəyyən ödəniş qarşılığında bir o qədər də uzun olmayan müddətə ev və maşın sahibi olmaq olurdusa, artıq bu, mümkün deyil. Kredit şərtləri ilə ev və maşın əldə edənlər bir çox hallarda mövcud qiymətdən iki dəfə daha çox xərcə düşürlər. Lakin bu da mənzil və avtomobil bazarında qiymətləri azaltmır”, - deyə müsahibimiz vurğulayıb.

Osmanlının sözlərinə görə, bunun da öz növbəsində müxtəlif səbəbləri var: “Əsas səbəblərdən biri psixoloji amillərdir. Hər kəs istəyir ki, evi və maşını olsun. Fərqlənmək ehtirası insanlara xasdır və buna təbii yanaşmaq lazımdır. Qarşılıqlı münasibətlərdə bəzən qarşı tərəfə münasibət də məhz hansı avtomobilə sahib olması fonunda verilir. Əgər maşın bahalı və komfortludursa, bu, qarşındakının özünə verdiyi dəyər və maddi statusu kimi qiymətləndirilir. Bu kontekstdə hər kəs çalışır ki, evi və avtomobili olsun. Düzdür, taksi xidmətinin əlçatan olması bu situasiyanı nisbətən yüngülləşdirir, amma tam qarşısını almır. Daşınar əmlak bazarında ciddi qiymət azalması gözlənilmir. Qiymət artımları isə davam edəcək. Yalnız mövsümi amillərlə bağlı müəyyən qiymət azalmaları baş verə bilər”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO