Problemin böyüyü hələ irəlidədir... - AXI NİYƏ?

08:00 7.09.2023 55
Problemin böyüyü hələ irəlidədir... - AXI NİYƏ?


Azərbaycana payız hələ gəlməyib. Havalar isti keçir. Amma qışın özünü necə aparacağını da bilmək olmur. İstənilən halda istilik qayğıları başlayacaq. Ölkədə evlərin əksərində müxtəlif yollara müraciət edilir. Amma yaşayış binalarında konkret istilik sistemi olmalıdır.
Bizimyol.info xəbər verir ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2017-2020-ci illərdə istiliklə təmin edilən yaşayış binalarının sayının 5689-a çatacağı qeyd olunmuşdu. Amma say heç 4 minə çatmayıb. Ümumilikdə, 3850 yaşayış binasının istiliklə təchiz olunduğu məlumdur. İş orasındadır ki, 2016-cı ildən sonra çox şey dəyişməyib. Geridə qalan illər ərzində yeni istilik sistemi ilə təchiz edilən binaların sayı cəmi 80 olub. Yəni “Azəristiliktəchizat” yerində sayıb.

Hesablama Palatasının audit yoxlamaları göstərir ki, açıq səhmdar cəmiyyəti həmişə nöqsanla işləyib. Məsələn, hesabatlarda dövlət büdcəsindən ayrılan vəsaitdən istifadə zamanı lüzumsuz xərclərə yol verildiyi xüsusi qabardılıb. Nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edilib. Ümumiyyətlə, israfa yol verilib. Dövlət müəssisəsinin proqnozlarının tərtibi zamanı əvvəlki dövrlərin faktiki və davam edən illərin gözlənilən xərci, mal-material ehtiyatlarının anbar qalıqları müvafiq proqnozlaşdırmalarda nəzərə alınmayıb. Anbarda qalığı olan malların təkrar alınması nəticəsində zəruri olmayan xərcə vəsait yönəldilərək səmərəsiz xərcə yol verilib. O qədər nöqsan var ki, sadalamaqla bitmir...

Uzun sözün qısası odur ki, “Azəristiliktəchizat” pis fəaliyyət göstərib. Ölkədəki yaşayış binalarının yarıdan bir qədər az hissəsi istiliklə təchiz olunur. İndi əhalinin vəziyyətini təsəvvür edin. Qış aylarında, payızın soyuq günlərində mənzillərin isidilməsi əməlli-başlı problemə çevrilir. Açıq səhmdar cəmiyyəti isə vəzifənin öhdəsindən gəlmir. Tez-tez başqa dövlət qurumlarına böyük borc yarandığı məlum olur. Az qala hər il qaz borcu üzə çıxır. Hesablama Palatasının audit yoxlamaları isə dövlət vəsaitindən məsuliyyətsizcəsinə istifadə olunması faktını ortaya qoyur.

İlin soyuq günləri irəlidədir. Açıq-aşkar görünür ki, “Azəristiliktəchizat” mövsümə hazır deyil. Ya mənzillər istiliklə gec təmin olunacaq, ya da iş lazımınca görülməyəcək. Hər il eyni mənzərə yaranır. Gecikmə isə, adətən, borclara görə olur. “Azəristiliktəchizat” bütün ili yatır, qışda oyanır. Onda isə çox gec olur...
Bizimyol. İnfo
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO