İsmayıllıda SOS: `YENƏ BU QIŞ AC QALACAĞIQ...` - Sakinlər KÖMƏK İSTƏYİR

11:06 28.08.2023 60
İsmayıllıda SOS: `YENƏ BU QIŞ AC QALACAĞIQ...` - Sakinlər KÖMƏK İSTƏYİR


“Toyuq-cücəni, qoyun-quzunu sel apardı, taxıl suyun altında qaldı. Yenə bu qış ac qalacağıq”.

Bunu Meydan TV-yə İsmayıllı rayon Mollaisaqlı kənd sakinləri bildiriblər. Onların sözlərinə görə, avqustun 26-da yağan yağışdan yaranan sel nəticəsində kənddə hər üç ailədən biri zərər görüb. Evlərə, həyətlərə, tövlələrə su dolub, damlar uçub.

“Kəndin yolları elə gündədir ki, qonşu qonşunu haraylayıb xəbər tutur. Bilirik ki, çoxunun mal-qarasını, qoyunlarını sel aparıb. Taxıl yığılmışdı, preslənmiş taxıl suyun içindədir. Qış azuqələrimiz məhv oldu”,-sakinlərdən biri danışıb.

Vaqif adlı sakin isə bildirib ki, evlərinə dolmuş suyu vedrələrlə təmizləyirlər:

“Bu, ilk dəfədir baş vermir. Bütün yayı əziyyət çəkib, əkib-becəririk, sel gəlir, əziyyətimiz puç olur. Deyirlər ki, heyvanları, əkin sahələrini sığorta etdirin. Amma nə şərtlərdən, nə də sığortanın qiymətlərindən xəbəriniz yoxdur. Gəlib baxsınlar, qapı-qapı döyüb sorusunlar, o şərtlərlə tək bizim kənddə deyil, digər kəndlərdə də kim sığorta olunub?”.

Kənd sakinləri ən azı 250-dən çox xırdabuynuzlu heyvanın, 100-ə yaxın mal-qaranın sel apardığını deyirlər:

“İnternet yoxdur, işıq bərpa edilib, vəziyyətimizi çəkib göstərə bilmirik”.

Kəndin 1300 əhalisi, 260 təsərrüfatı var.
Mollaisaqlı Kənd Bələdiyyəsinin sədri Rövşən Babayev Meydan TV-yə bildirib ki, kənd yolları tamamilə dağılıb, hərəkət çətinləşib. Hazırda kənd yollarının təmizlənməsi istiqamətində tədbirlər görülür.

“Qaz verilişi dayandırılıb, evlərin birini mərtəbəsinə, tövlələrə su dolub, bir çox sakinin taxılı su altında qalıb. Toyuq-cücəni sel aparıb. Nə qədər mal-qaranın tələf olması hələ dəqiqləşdirilir, sakinlər yəqin ki, təxmini rəqəmlər deyirlər. Bu gündən dəymiş zərərin müəyyənləşdirilməsinə başlanılıb”,-bələdiyyə sədri deyib. Onun sölərinə görə, bir neçə sakin köməksiz vəziyyətdə qalsa da, xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Mollaisaqlı kəndində çaya sel gəlməsi səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində çaya sel gəlməsi səbəbindən Mollaisaqlı kəndində vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1978-ci il təvəllüdlü Raqif Elman oğlu Şirinov, 1981-ci il təvəllüdlü Cəlil Ağasif oğlu Bağıyev, 1981-ci il təvəllüdlü Etiram Niyazi oğlu Bağıyev və 1980-ci il təvəllüdlü Abuzər Qurban oğlu Şirinovu sel gəlmiş ərazidən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər. //meydanTV//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO