Tovuzda biabırçı mənzərə: Şəhid bulağına VƏSAİT TAPILMIR... - VİDEO, FOTOLAR

16:49 23.08.2023 70
Tovuzda biabırçı mənzərə: Şəhid bulağına VƏSAİT TAPILMIR... - VİDEO, FOTOLAR


TvPress internet qəzetinin baş redaktoru, Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı ötən ilin yayında təşkilatın Feysbuk səhifəsində 2-ci Qarabağ müharibəsində şəhid olmuş tovuzlu qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün Tovuz şəhərinin Xaqani küçəsində yerləşən binaların həyətində sakinlər tərəfindən tikintisinə başlanmış və maliyyə çatışmazlığından yarımçıq qalmış xatirə bulağı haqda tənqidi yazı ilə çıxış edib fotolar paylaşmışdı.

Məsələyə reaksiya verən Tovuz rayon İcra Hakimiyyətinin açıqlaması isə problemin həllinə səbəb olmayıb. Keçən 1 ildə həmin bulaq olduğu kimi yarımçıq qalıb və tamamlanmayıb. Zamantv.az olaraq TvPress saytına istinadla keçən ilki yazını və fotoları yenidən təqdim edirik.

Baş redaktorun yazısını və fotoları, həmçinin Tovuz RİH-in cavabını olduğu kimi dərc edirik. (Fotoskanlar əlavə olunur).

Elçin Bayramlı: Gördüyünüz bu xatirə bulağı Tovuz şəhəri Xaqanı küçəsindəki 6 və 8 nömrəli binaların həyətindədir. Bunu sakinləri özləri pul yığıb Vətən müharibəsi şəhidlərinin xatirəsinə tikiblər, lakin pulları bura qədər çatıb, indi rayonda bir adam, idarə, biznes obyekti tapılmır ki, qalan xərci də ödəsin, 90 faizi tamamlanmış tikilinin üz-başını da düzəldib istifadəyə versinlər. Amma rayonun pullu, vəzifəli şəxsləri hər gün restoranda neçə belə tikilinin xərcini yeyib-içməyə verə bilirlər. Şəhidlərimizə qoyulan hörmət budurmu? Əgər rayonda heç kimin bu 5-10 manat xərci ödəməyə həvəsi yoxdursa, Tovuzdan kənarda yaşayan tovuzlulara müraciət edək, bəlkə onlar yardım edələr.

Tovuz rayon İcra Hakimiyyəti: Məlumat üçün bildiririk ki, sözügedən bulaq şəhid ailəsi tərəfindən tikilməmişdir. Bulağın tikintisinə həmin ünvanda yaşayan sakin tərəfindən başlanılmış, maliyyə vəsaiti səbəbindən tamamlanmamışdır. Sözügedən şəxslə telefon əlaqəsi saxlanılmış, vətəndaş tikintini tamamlayacağını bildirmişdir. Bildiririk ki, birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün RİH tərəfindən Tovuz şəhərində Şəhidlər Xiyabanında abidə komleksi inşa olunmuşdur.

Elçin Bayramlı: Açıqlama qaneedici deyil. Yazıda iddia olunmur ki, şəhid ailəsi tikib. Nə də bir nəfər şəxs tikməyib. 2 binadan sakinlər pul toplayıb birgə tikiblər. Amma pulları çatmayıb 1 ildən çoxdur ki beləcə qalıb. Şəhidlər Xiyabanı başqa mövzudur. Adi bir kiçik bulaq çox xərc tələb etməz, bu boyda rayon üçün beş-on kvadrat kafel üzlük vurmaq və 5 metr boru çəkmək problem olmamalıdır. Yadımdadır, keçən yay mən Tovuzda olarkən oraya gələn İH nümayəndələri mənə və sakinlərə söz vermişdi ki, kömək edəcəyik. Mən də bu xeyirxah işi mediada işıqlandıracağımı demişdim. Amma bu baş vermədi. Yəqin keçən ilyarımda buna vaxt olmayıb ya da rayonda bir neçə yüz manat tapmaq mümkün olmayıb. Belədirsə, biz xaricdə yaşayan imkanlı tovuzlulara açıq müraciət hazırlayıb bütün mediada dərc edəcəyik. İnşallah onların bu xırda məbləği ödəməyə gücləri çatar.

Redaksiyadan: Bu açıqlamadan sonra daha 1 il keçib və bulaq kompleksi olduğu kimi yarımçıq qalıb. Müharibədən sonra 3 il keçib və bu 3 ildə nə rayon orqanları, nə də sakinlər bu bulağı tamamlaya bilməyib. Ümidvarıq ki, bu baibırçılığa bu dəfə son qoyulacaq.

Videokadrlara buradan baxa bilərsiniz:

Tovuzda biabırçı mənzərə: Şəhid bulağına VƏSAİT TAPILMIR... - VİDEO, FOTOLAR
Tovuzda biabırçı mənzərə: Şəhid bulağına VƏSAİT TAPILMIR... - VİDEO, FOTOLAR
Tovuzda biabırçı mənzərə: Şəhid bulağına VƏSAİT TAPILMIR... - VİDEO, FOTOLAR
Tovuzda biabırçı mənzərə: Şəhid bulağına VƏSAİT TAPILMIR... - VİDEO, FOTOLAR
Tovuzda biabırçı mənzərə: Şəhid bulağına VƏSAİT TAPILMIR... - VİDEO, FOTOLAR
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO