Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Kukesi" (Albaniya) matçına bilet satışı davam edir.
Milli.Az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun qol.az-a verdiyi məlumata görə, qarşılaşmaya maraq böyükdür. Artıq 5 min bilet satılıb.
Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kukesi" matçı saat 21:00-da başlayacaq.
Zamantv.az