Paşinyanın arvadı: Azərbaycanlı əsgərlərə baxanda başa düşdüm ki ...

20:50 27.07.2018 718
Paşinyanın arvadı: Azərbaycanlı əsgərlərə baxanda başa düşdüm ki ...

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı, jurnalist Anna Akopyan Moskvada səfərdə olub və Dövlət Tretyakov qalereyasına baş çəkib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, iyulun 24-də Akopyan Tretyakov qalereyasında müxtəlif sferalarda fəaliyyət göstərən bir sıra rusiyalı qadın-xadimlərlə görüşüb.

Görüşdə Anna Akopyan iştirakçılara bildirib ki, o, Qarabağa görə "Qadınlar sülh naminə" kampaniyası başladır. Paşinyanın arvadı bu bəyanatı müstəsna olaraq qadın və ana sözü kimi qəbul etməyi xahiş edib. Anna Akopyanın dediyinə görə onun təşəbbüsünün əsas məqsədi Qarabağ münaqişəsinin dinc nizamlanmasına dəstək olmaqdır. Ermənistanın birinci xanımı bunları deyib: "Əslində mən hesab edirəm ki, bu münaqişənin mənşəyinin əhəmiyyəti yoxdur. Mühüm olanı insan həyatıdır, bu münaqişəyə görə qurban gedən gənc insanlardır".

A.Akopyan çıxışında 2016-cı ilin aprelindəki dörd günlük müharibəni xatırladıb. Deyib ki, həmin günlərdə o, KİV rəhbəri kimi həm erməni, həm azərbaycan KİV-lərini izləyirdi, bütün reportajlara baxırdı. "İnanın mənə, azərbaycanlı əsgərlərə baxanda, onların baxışlarını görəndə başa düşdüm ki, bu uşaqlar bizim əsgərlərdən fərqlənmir. Onların da baxışlarında həmin həyəcan və qorxu ifadəsi yer alırdı"-Akopyan bildirib.

"Mən demək istəyirəm ki, heç bir siyasət, heç bir siyasi mənfəət həyata yeni atılmış uşaqların zorakı ölümünə, valideyinlərin ağrısına və yetim uşaqların əzablarına dəyməz"-Ermənistan baş nazirinin arvadı, bu günlərdə oğlunu Qarabağda ön xətdə xidmətə yola salan Anna Akopyan deyib.

Əlavə edib ki, hazırda dövlət başçısının arvadı rolunda olduğuna görə susa və öz səsini ucaltmaya bilməz. Anna Akopyan bütün tərəfləri atışmaların dayandırılması üçün mümkün olan hər şeyi etməyə çağırıb, görüş iştirakçılarından xahiş edib ki, təmas xəttinin hər iki tərəfində dayanan gənc insanların həyatını qorumaq naminə onun sülhə yönəlmiş təşəbbüsünə qoşulsunlar.

Bu məqsədlə Anna Akopyan görüş iştirakçılarını Ermənistana və Dağlıq Qarabağa səfər etməyə, oradan səslərini ucaltmağa çağırıb. Habelə o xahiş edib ki, görüşdə iştirak edən qadınlar öz imkanlarından istifadə edərək bu mühüm mesajı sərhədin digər tərəfinə-Azərbaycana çatdırsınlar. Bildirilir ki, görüş iştirakçıları Anna Akopyanın çıxışına və təşəbbüsünə dəstək veriblər, onun başlatdığı kampaniyaya qoşulacaqlarını və regionda sülh naminə səslərini birləşdirəcəklərini deyiblər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO