Yevlaxda torpaq qalmaqalı ilə bağlı detallar - Keçmiş bələdiyyə sədri nələri açıqladı?

19:42 7.08.2023 62
Yevlaxda torpaq qalmaqalı ilə bağlı detallar - Keçmiş bələdiyyə sədri nələri açıqladı?

Yevlax rayonu Qoyunbinəsi kəndində torpaq qalmaqalı davam edir. Kəndin keçmiş bələdiyyə sədri Qabil Məmmədov Qarabağ qazisi Azər Səfərov və onun ailə üzvlərinə məxsus pay torpağı zəbt etməsi barədə deyilənlərin əsassız olduğunu bildirir.

Məlumat üçün deyək ki, Azər Səfərov Qaynarinfo-ya torpaq sahəsinin Qabil Məmmədov tərəfindən qanunsuz zəbt edildiyini bildirmişdi. Azər Səfərov həmçinin Qabil Məmmədovla övladları tərəfindən təhdidlərə məruz qaldığını iddia etmişdi.

Keçmiş bələdiyyə sədri isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azər Səfərov ona və övladlarına böhtan atır. Qabil Məmmədovun sözlərinə görə, 1995-ci ildə "Avdılar” Kəndli Fermer Təsərrüfatına (KFT) 50 ha torpaq sahəsi ayrılıb. Bunu təsdiq edən hüquqi sənədlər, o cümlədən dövlət aktı mülkiyyətçiyə verilib. KFT tərəfindən 1999 və 2005-ci il tarixli yenidən alınmış Dövlət Aktlarında da həmin 50 ha torpaq sahəsinin təsərrüfatın mülkiyyətində olması təsdiqini tapıb:

"Təsərrüfat yaradılanda onun rəhbəri atam Məmmədov Süleyman Avdı oğlu olub. O, 1999-cu il 17 mart tarixində rəhmətə getdikdən sonra həmin təsərrüfatın rəhbərliyinə qardaşım Məmmədov Tofiq Süleyman oğlu keçib. 2016-cı il 25 aprel tarixində qardaşım Tofiq Məmmədov vəfat edib. 2021-ci ildən isə mən təsərrüfata rəhbərlik etməyə başlamışam. Haqqında bəhs edilən torpaq sahəsi 1995-ci ildən təsərrüfatın mülkiyyətində və faktiki istifadəsində olub, 28 il ərzində Azər Səfərov və onun ailə üzvləri torpağa dair hər hansı iddia irəli sürməyiblər. 2022-ci ildə Azər Səfərov tərəfindən mənə qarşı iddia qaldırılıb və təsərrüfatın mülkiyyətində olan torpaq sahəsindən təqribən 6 hektar torpaq sahəsinin onlara məxsus olması iddia edilib. Təsərrüfat tərəfindən aidiyyəti orqanlara sorğu verildikdən sonra məlum olub ki, 1998-ci ildə həmin torpaq sahəsindən 6.06 ha "Avdılar” Kəndli Fermer Təsərrüfatına məlum olmadan Səfərov Saleh Allahverdi oğlu, Səfərov Azər Saleh oğlu, Səfərov Ceyhun Saleh oğlu, Səfərova Xatirə Musa qızı və Səfərova Samirə Saleh qızının adına rəsmiləşdirilib. Bundan sonra rəhbərlik etdiyim təsərrüfat KFT tərəfindən Yevlax Aqrar İslahat Komissiyasının bu barədə qərarı və Azər Səfərov, onun ailə üzvlərinin adına verilmiş dövlət aktı Şəki İnzibati Məhkəməsində mübahisələndirilib. KFT-nin iddiası 1-ci instansiya məhkəməsi tərəfindən qismən təmin edilib. Qərardan narazı qalan Azər Səfərov artıq apelyasiya şikayəti verib”.

Qabil Məmmədov əlavə edib ki, qanunvericilik kolxoz, sovxoz torpaqlarının mülkiyyətçisi ola bilən əhali kateqoriyasını müəyyən edib. Azər Səfərov isə bu kateqoriyaya aid deyl:

"Xüsusilə vurğulamaq istərdim ki, Azər Səfərov və iş üzrə digər cavabdehlər onlara torpaq sahəsi ayrılması barədə qərarı belə ortaya çıxara bilmədilər. Göründüyü kimi, məhz elə Azər Səfərovun özünün və ailə üzvlərinin iddiası tamamilə qanunsuzdur. Sadəcə qanuni əsaslarla məhkəmədə əleyhinə qərar çıxarıldığından məqsədi ara qarışdırmaq olan Azər Səfərov bununla bizi və məhkəmələri qorxutmaq istəyir.
Diqqətinizə təqdim etmək istərdik ki, 16 iyul 1996-cı il tarixli, № 155-IQ nömrəli "Torpaq İslahatı haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər müəyyən edilib. Sovxoz və kolxozlarda daimi işləyən şəxslər, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər, sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər, sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər, bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəs-sisələr olan şəxslər bu subyektlər dairəsinə aiddirlər. Azər Səfərov və onların ailə üzvləri bunların hər hansı birinə aid olmalarını sübut edə bilmədilərsə, hansı səbəbdən torpaq iddiasındadırlar”.

Qabil Məmmədov özü və övladları Azər Səfərovun evinə basqın etməsi barədə iddiaya da toxunub. Keçmiş bələdiyyə sədri deyib ki, Azər Səfərov onun baldızı oğludur. Onun yaşadığı ev isə həyat yoldaşının ata evidir. Qabil Məmmədovun sözlərinə görə, evə basqından söhbət gedə bilməz. Sadəcə qayınatasının il mərasimini vermək üçün həmin ünvana gediblər:

"Heç bir insident yaşanmayıb. Əgər həqiqətən də həmin yaşayış sahəsinə hər hansı basqın olmuşdursa və ya A.Səfərovun ailə üzvlərinə təhqiramiz sözlər işlədilmişdirsə və yaxud A.Səfərovun ərizədə göstərdiyi digər hallar baş vermişdisə, o zaman hüquq-mühafizə orqanlarına nə üçün şikayət edilməmişdir?”.

Bundan başqa, məlum olub ki, Azər Səfərov Qabil Məmmədovun oğlu Rahil Süleymanzadə tərəfindən məhkəməyə verilib. Səbəb isə Azər Səfərovun Rahil Süleymanzadəyə böhtan atması olub. Yevlax rayon Məhkəməsi iddia ərizəsini təmin edib:

"Həmin iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi qərarda qismən dəyişiklik etməklə (mənəvi zərər məbləğində) qüvvədə saxlayıb. Yevlax rayon İcra və Probasiya Xidməti tərəfindən qərar icra olunub. 31 avqust 2022-ci il tarixdə Azər Səfərov oğlum Rahil Süleymanzadə barəsində yaydığı həqiqətə uyğun olmayan məlumatların yalan olduğunu Komitəyə ərizə yazaraq təkzib edib”.

Keçmiş bələdiyyə sədri Azər Səfərovun qazi adı daşımasını da şübhə altına alıb. Qabil Məmmədov bildirib ki, 1994-ci ildə Azər Səfərov hərbi xidmətə yararsız kimi qeydiyyata düşüb:

"Daha sonra müvafiq olaraq 1997, 2000, 2004 və 2007-ci illərdə təkrar "tibbi komissiyadan” keçməklə hərbi xidmətdən yayınıb. Hansı ki, 1994-cü ildən Azər Səfərov Rusiya Federasiyasına qaçaraq ölkədən gedib. Atası Yevlax şəhər xəstəxanasının baş həkim olduğu dövrdə Hərbi Həkim Komissiyasına təziq etməklə, oğluna "Kontuziya” diaqnozu yazdırmaqa hərbi xidmətdən yayınmasına şərait yaradıb".

Sonda qeyd edək ki, Qabil Məmmədov söylədiyi fikirləri təsdiq edən sənədləri də redaksiyaya təqdim edib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO