Ailə vəziyyəti ağır olan vətəndaşa şirkət tərəfindən hansı zərbə vuruldu !! Video

10:15 27.07.2018 644
Ailə vəziyyəti ağır olan vətəndaşa şirkət tərəfindən hansı zərbə vuruldu !! Video


Son günlər 70-in (ç) maddəsi ilə işdən azad olunmuş şəxslər tərəfindən redaksiyamıza müraciət edənlərin sayı çoxdur. Bu maddədə nə göstərilir və işdən azad olunanlar doğrudanmı maddənin tələblərini pozurlar,yoxsa haqsız yerə işdən azad edilirlər !
İlk öncə maddəni diqqətinizə çatdıraq:

Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

DogruXeber.az xəbər berir ki, yuxarda qeyd olunan məcəllə ilə işdən azad edilən Ələkbərov Yusif Səbuhi oğlu tərəfindən redaksiyamıza etdiyi müraciətin nə dərəcədə doğru və yaxud yalan olub-olmadığını informasiya agentliyi olaraq araşdırmağa başladıq.
Beləki Ələkbərov Yusif Səbuhi oğlu müraciətində qeyd edir ki, 21.08.2014-cü ildən Etalon “Security” MMC şirkətində mühafizəçi vəzifəsində işə düzəlmişdim. İşə düzəldiyim vaxtdan mənimlə bağlanan müqavilədə göstərilirdi ki, əmək haqlarımızı Xalq bank tərəfindən verilən plastik kart vasitəsi ilə alacağıq. Həmçinin mənimlə bağlanan müqavilənin 4.4-cü bəndində işçiyə iş vaxtından artıq vaxtda,istirahət,səsvermə,ümümxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə ikiqat məbləğdə əlavə əmək haqqı verilir. Həmçinin 4.5-ci bəndində də qeyd olunur ki, əmək haqqı ayda bir dəfə verilir.

Gəlin görək belədirmi :

DogruXeber.az-a müraciət edən Qaradağ rayonu Ələt qəsəbəsi Fizuli küçəsi ev 46 mənzil 33-də yaşayan Ələkbərov Yusif Səbuhi oğlu müsahibəsi zamanı bir çox xoşagəlməz məsələləri qeyd edib. Həmin xoşagəlməz məsələlərin bir neçəsini diqqətinizə çatdırırıq. Vətəndaş qeyd edir ki,əmək haqqlarımızı almaq üçün bizə iki vedmusta qol çəktirirdilər, eyni zamanda onuda qeyd edir ki, plastik kart vasitəsi ilə əmək haqqlarımızı 2014-cü ildə deyil 2017-ci ildən etibarən alırdıq. Bu sözləri deyən vətəndaş Y.Ələkbərov həmçinin onuda bildirib ki, 4 il ərzində müqavilədə göstərilən qeyri iş günləri üçün nəzərdə tutulan ikiqat əmək haqlarımızın bir manatına da sahib ola bilməmişik. Əksinə şirkətin bu haqqsızlığına qarşı hər hansı bir işçi haqqını tələb edərsə, onu 70-in (ç) ilə işdən azad edirlər. Bu sözləri deyən Y.Ələkbərov deyir ki,məni də elə bu səbəbdən işdən azad ediblər.

Vətəndaş deyir ki, Etalon “Security” MMC şirkəti mənə qarşı etdiyi haqsızlıqlara görə ƏƏSMN-in142 qaynar xətt çağrı mərkəzinə müraciət edərək şikayətimi bildirdim. Şikayətimdən bir neçə gün sonra çalışdığım şirkətin rəis müavini Anar müəllim yaşadığım ünvana gəlib mənə bildirdi ki,rəis səni görmək istəyir və mən dərhal Anar müəllimin maşınına əyləşdim və rəisin yanina getdik. Etalon “Security” MMC şirkətinin Rəisi Avtandil Rafiq oğlu Ağayarovun yaninda olarkən mənə bildirdi ki, “sən bu məsələni işçilərin yanında demə onları da ayağa qaldırma sənə veriləsi pulların hamısını verəcəyik.” Həmçinin həmin vaxt 300 ( üç yüz ) manat pul verib mənə sikayətçi olmadığım barədə sənətə imza atdırdiqdan sonra rəis mənə vəd etdi ki,qalan məbləğ olan 1200 ( min iki yüz ) manatını da aylıq əmək haqqlarında alacaqsan. Təəssüflər olsun ki, bu heç də belə olmadı əksinə bir müddətdən sonra məni işdən 70-in (ç)-si ilə azad etdilər.
Düşünürəm ki, bu cür hallar heç də xoşa gəlməyən hadisələrə səbəb olası məsələlərdir. Çünki son bir neçə ildir ki, bir çox idarə və müəssisə tərəfindən işçiləri tutduqları vəzifələrindən azad edilmələrinin şahidi oluruq. Əslində şirkətlər hakimiyyətə dəstək nümayiş etdirib boş qalan insanları işə cəlb etməli, qisməndə olsa öz köməyini xalqa və dövlətə nümayiş etdirməlidirlər.

Qarşı tərəfin mövqeyi:

DogruXeber.az informasiya agentliyinin baş redaktoru Kamal Əsgərov Etalon “Security” MMC –in rəis müavini Anar müəllim ilə telefon əlaqəsi saxlayıb. Vətəndaş Y.Ələkbərovun redaksiyamıza etdiyi müraciətinə münasibətlərini bildirmələrini xahiş edib. Rəis müavini Anar müəllim verdiyimiz suallara cavab olaraq bildirib ki, keçmiş işçimiz olan Y.Ələkbərovun dediklərinin hamısı yalandır. Anar müəllim onuda qeyd etdi ki, şikayətçi Y.Ələkbərov dəfələrlə böyük nöqsanlara yol vermiş və etdiyi nöqsanlara görə tərəfimizdən işdən azad olunacağı ilə bağlı xəbərdarlıq etmişdik. Amma hər dəfə Y.Ələkbərov ailə vəziyyətinin ağır olmasını və bir daha bu cür nöqsanlara yol verməyəcəyini bildirməklə yanaşı üzürxahlıq edərək onu işdən azad edilməməsi ilə bağlı şirkət rəhbərindən üzr istəyib. Sirkət rəhbəri də ailə vəziyyətini nəzərə alaraq işdə qalmasını təmin edib. Sonunda Anar müəllim onu da qeyd edib ki,Y.Ələkbərov etdiyi nöqsana görə şirkətin rəhbəri tərəfindən 70-in “ç” ilə işdən azad edilib.

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO