Başçının `SAĞ ƏLİ` də, `SOL ƏLİ` də `BUDANDI`: BƏS ÖZÜ... - İLGİNC GƏLİŞMƏ

16:19 2.08.2023 70
Başçının `SAĞ ƏLİ` də, `SOL ƏLİ` də `BUDANDI`: BƏS ÖZÜ... - İLGİNC GƏLİŞMƏ

Cəlilabadda həyata keçirilən səs-küylü həbslərin yaratdığı rezonans hələ uzun müddət diqqət mərkəzində olacaq. DİA.AZ olaraq xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintiyə icazələrin verilməsi sahəsində baş verən korrupsiya hallarına qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin qanunsuz əməlləri ifşa edilib.

Məlumatlarda deyilir ki, həyata keçirilmiş tədbirlərlə Sahil Qənbərlinin Mehdi Kərimovla əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübələr müəyyən edilib və həmin şəxslər cinayət başında yaxalanıb.

DİA.AZ bildirir ki, bundan başqa, Əmrah Quliyevin Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşların 3 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Göstərilən faktlarla bağlı başlanmış cinayət işi üzrə Sahil Qənbərli və Mehdi Kərimov müvafiq olaraq Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), Əmrah Quliyev isə həmin Məcəllənin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Sahil Qənbərli və Mehdi Kərimovun barəsində məhkəmənin qərarilə həbs və vəzifədən kənarlaşdırma, Əmrah Quliyevin barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma, istintaq orqanının qərarilə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİA.AZ qeyd edir ki, burada xüsusi diqqət olunmalı məqamlardan biri də saxlanılanların vəzifələrindən məhz MƏHKƏMƏ QƏRARI ilə azad olunmalarıdır. Görünür, belə bir zərurət yaranıb. Halbuki, bu kimi məqamlarda səlahiyyət sahibinə "hədəfdə olan məmurlarla" bağlı "qabaqcadan tədbir görmə" fütrsəti tanınardı. Amma göründüyü kimi, Cəlilabad RİH başçısı Rafiq Cəlilova belə bir şans tanınmadı.

Onu da qeyd edək ki, həıbs olunan şəxsləri Cəlilabad sakinləri Rafiq Cəlilovun "sağ əli" və "sol əli" kimi dəyərkləndirirlər. Deməli, hüquq-mühafizə orqanları Rafiq Cəlilovu əməlli-başlı "budayıblar"... Bu budama iki məqsəd üçün hesablana bilər:

1. Ya bşçını bu yolla zərərsiz hala gətirirlər və hər şey onun görəvdən alınmasına hesablanır...

2. Ya da başçıya növbəti şans verilir.

Bunu isə irəliləyən zamanda görəcəyik.

Yazı ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO