Mikayılov tenderi yenə eyni şirkətə verdi: Qaradağın yolları bir ildə nə qədər pul "yeyib"?

15:49 2.08.2023 68
Mikayılov tenderi yenə eyni şirkətə verdi: Qaradağın yolları bir ildə nə qədər pul "yeyib"?

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) yolların əsaslı təmir olunması işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi "Təmir-Təchizat-4” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 720.131,46 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Təmir-Təchizat-4” MMC 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 50A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur.

"Təmir-Təchizat-4” MMC 18 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinmir. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə telefonları var. Elburus Həsənov haqqında da heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının elektron portalına yerləşdirilən məlumatlara diqqət etdikdə "Təmir-Təchizat-4” MMC-nin tenderlərdə fəal iştirak etdiyi aydın olur. Şirkət əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların iri məbləğli tenderlərinin qalibi olur.

Yeri gəlmişkən, Qaradağ MKTİB ötən il də yolların təmiri ilə bağlı "Təmir-Təchizat-4” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin maliyyə dəyəri 720.146,68 AZN olub. Beləliklə, aydın olur ki, ötən il yolların təmirinə 720 min manat xərcləyən MKTİB hansısa səbəblərdən bu il də yollara 720 min manat xərcləmək zərurəti yaranıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir. Ümumiyyətlə isə Süleyman Mikayılovun icra başçısı kimi karyerası 2005-ci ildən başlayır. O, həmin ilin mayında Yardımlının icra başçısı vəzifəsi təyinat alıb. 2005-ci ilin dekabrında isə Lənkəranın icra başçısı təyin edilib və 2010-cu ilə qədər bu rayona rəhbərlik edib. Mediada Süleyman Mikayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs kimi təqdim edilir. Onun karyera yüksəlişində də nazirin böyük rolunun olduğu bildirilir.AMİA.AZ
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO