Ermənistanın ikinci prezidenti Robert Koçaryan ifadə vermək üçün Yerevandakı İstintaq Komitəsinin binasına gəlib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, 1 mart 2008-ci il hadisələri ilə bağlı istintaqa ifadə verəcək.
İstintaq Komitəsinin mətbuat xidmətinin rəhbəri Marat Ohacanyan Koçaryanla yanaşı, Kollektiv Təhlükəsizlik Təşkilatının baş katibi Yuri Xaçaturovun da istintaq idarəsində ifadə verdiyini deyib.
Xatırladaq ki, 2008-ci il 1 martda prezident seçkilərinin nəticələrinə etiraz edən kütlə ilə polis arasında qarşidurma zamanı 10 nəfər ölmüşdü
Zamantv.az