Qarabağ veteranı məmurların qurbanına çevrilib - AXI NİYƏ?!

12:45 3.06.2023 35
Qarabağ veteranı məmurların qurbanına çevrilib - AXI NİYƏ?!
Təsəvvür edin yaşı 60-a çatmış birinci vətən müharibəsi veteranı 20 faiz torpaqlarımızı düşmən tapdağından azad etmək üçün könüllü olaraq 2020-ci ilin sentyabrında başlanan ikinci vətən müharibəsinə qatılır və adam o döyüşlərdə ölümü gözə alıb, düşmənlə döyüşürkən, evindən, övladlarından xəbər gəlir ki, "ata, evimizi başımıza uçurdular"?!

Yox, bunu düşmən tərəfi etməyib. Yəni, 60 yaşlı döyüşçünün özü döyüşdə olarkən, evini ailəsinin başına uçuran onun özünün iddialarına görə özgəsi deyil, Xətai rayon İcra Hakimiyyəti olub.

Söhbət əvvəllər - yəni evi özündən xəbərsiz sökülənə qədər Xətai rayonu turşu küçəsi ağ şəhər ev 4 mənzil 2 ünvanında yaşayan birinci və ikinci vətən müharibəsi veteranı Həbiyev Əhli Həbulla oğlundan gedir.

Əhli Həbiyev bir neçə gün əvvəl "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında başına gələnləri, daha doğrusu gətirilənləri danışıb.

Əhli bəy bildirir ki, "Mən birinci vətən müharibəsində 4 il könüllü vuruşmuşam. Lakin, təəssüflər olsun, bütün səylərimizə baxmayaraq, torpaqlarımızın 20% hissəsi düşmən tərəfindən işğal olundu. O, gündən bəri - 30 ildir ki, mən məclislərdə gülüb-əylənmirdim. 2020-ci ildə ölkə başçısının səfərbərlik çağırışını eşidən kimi könüllü olaraq cəbhəyə yollandım. Baxmayaraq ki, artıq, 60 yaşım var idi.

Müharibənin qızğın yerində, odun-alovun içində mən düşmənlə mübarizə aparırkən, qızım ağlaya-ağlaya mənə zəng edib bildirdi ki, "ata, evimizi uçurdular". İnanın, o an keçirdiyim hisslərimi ifadə edəcək söz tapa bilmirəm.

Demək, oğlum gecə növbəsində işləyirdi. O işdən çıxıb, gəlib evdə yatıb. Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri oğlum evdə yatdığı halda, traktor gətirib, evi uçurmağa başlayıb. Allahdan oğlum səs-küyə oyanıb, bayıra çıxıb və gözlərinə inanmayıb. O və ailəmin hadisəni eşidib, gələn digər üzvləri heçolmasa evdə olan qızılları, pulları, şəxsi əşyaları götürə bilmək üçün nə qədər yalvarsalar da polis vasitəsilə onlara mane olublar.

Mənim ailəmin mənim öz torpağımda, Bakının mərkəzində, özü də mən cəbhədə döyüşdüyüm bir vaxtda əyinlərinə əlavə bircə dəst paltar belə götürmədən evimizdən didərgin salınması mənim üçün dözülməz bir hiss idi.

Hadisəni eşidən kimi elə həmin gün şəxsi avtomobilim ilə Bakıya gəldim. Amma, mən gəlib çatanda artıq iş işdən keçmişdi. O gündən bu günə nə mənə düşən kompensasiyamı, nə evimdə olan qızıllarımı, pullarımı, nə iki qızımın cəhizlərini geri ala bilmirəm. Bir neçə ildir apardığım mübarizədə Xətai rayonunun hər yerdə Qarabağ veteranı olduğunu deyən yeni İcra başçısı Rafiq Quliyev də heç bir köməklik göstərməyib. Əslində, mənə kömək lazım deyil, mən nə Rafiq Quliyevdən, nə dəfələrlə müraciət etsəm də heç bir nəticə görmədiyim Prezident Aparatından artıq nəsə istəmirəm. Yalnız, illər boyu min bir zəhmətlə, əziyyətlə qurduğum evin əşyalarını, iki qızımın həvəslə illər ərzində topladığım cəhizlərini, qızılımı, pulumu - bir sözlə halal haqqımı istəyirəm. Bununla bağlı bir neçə ildir döymədiyim qapı, müraciət etmədiyim dövlət qurumu qalmayıb. Elə yalandan vəd verirlər... o ona tapşırıq verir, bu buna... nəticə isə sıfır.
Həyat yoldaşım bütün bu yaşananlar səbəbilə əsəbdən, stressdən şəkər xəstəliyinə yaxalandı.

Hələ icra hakimiyyətinin işçiləri utanmadan qonşularıma, "elə aranızdan Əhli də həmişə şikayət edirdi, etiraz edirdi noldu?" - deyə, susmaları üçün məni misal gətirirlər. Yeri gəlmişkən, bu vəziyyətdə olan təkcə mən deyiləm. "Ağ şəhər" proyektinə düşən bir çox ailələr var ki, mənim kimi onlar da, bu gün haqqlarını ala bilmirlər."

Keçmiş rəhbəri və həmyerlisi olan Razim Məmmədovdan "təhvil aldığı" problemlər görünür həmyerlisi Razim Məmmədov kimi Rafiq Quliyevin də maraq dairəsi xaricindədir.

Taa yerlisinin - Xətai rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun müavini olduğu dövrlərdən adı Xətai rayonu ərazisindəki yaşıllıqlara qənim kəsilməkdə hallanan Rafiq Quliyev tam səlahiyyət sahibi olandan da bəri (bəlkə də lap çoxdan) Xətai rayonu ərazisində qanunsuz tikintilərə "yaşıl işıqlar yandırılıb". Təbii ki, bütün bunlar səbəbsiz deyil, amma ki, o səbəblər nədir və nə qədərdir bu barədə də az-çox məlumatlara sahibik və növbəti yazılarımızda ona da mütləq yer ayıracağıq.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...